Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"İş adamları turistə birgünlük yox, daimi qazanc yeri kimi baxmalıdır" - EKSPERT
Tarix: 05.02.2019 | Saat: 12:33:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycana gələn turistlərlə bağlı tez-tez mətbuatda xəbərlər yer alır. Onlar nə qədər şəhərimizi çirkləndirsələr də, ölkədə fəaliyyət göstərən xidmət məkanların əvəzedilməz qonaqlarıdır. Çünki turistlərin ölkəyə gəlişi iqtisadiyyatımız üçün xeyirlidir. Lakin ölkədə bəzi işbazlar turistlərə bir toy tutur ki, bir daha o turisdən xəbər çıxmır. Söhbət xidməthaqlarının həddindən artıq şişirdilməsindən gedir. Bu proses ölkəyə gələn turist sayına da mənfi təsir edir.

İş adamları turistə bir günlük yox, daimi qazanc mənbəyi kimi baxmalıdırlar.

Bu sözləri hafta.az-a iqtisadçı ekspert Natiq Cəfərli sualımızı şərh edərkən deyib:

“Nə qədər qəribə səslənsə də, əslində bu problemə böyük qlobal problem kimi yanaşmaq düzgün deyil. Turizm potensialının yüksək olduğu və bu sahədə fərqlanən lkələrlə, şəhərlərlə digər yerlər arasında böyük fərqlər mövcuddur. Azərbaycanda seçim imkanları məhduddur. Həmçinin Azərbaycanda bizneslə məşğul olan adamlar turist görəndə elə davranırlar ki, sanki bir daha onu görməyəcəklər. Qiymətlərin yüksək olması bütün dünyada var, məkanlara uyğun olaraq bu mexanizm müxtəlif formada tənzimlənir. Sadəcə bizdə iş adamları, bizneslə məşğul olanlarla iş aparmaq lazımdır. Turistik məkanlarda iş adamları ilə sosial layihələr reallaşdırılmalıdır. Onlara anlatmaq lazımdır ki, sizin bir turisti aldatmanız, gələcəkdə yüksək qazancı itirməniz deməkdir. Bu şuarla, bu yanaşma ilə onlarla iş aparmaq lazımdır. Elə qiymət müəyyənləşdirilməlidir ki, müvafiq olsun. Düzdür, şəxsi biznesdə fərqli xüsusiyyətlər var. Özəl bir kafe işlədən şəxs istədiyi qiyməti tətbiq edə bilər. Buna dövlətin müdaxiləsi yalnız vergidə ola bilər. Satışdan gələn qazancdan vergi verməlidir. Ancaq iş adamlarına öyrətmək lazımdır ki, turistə bir günlük yox, daimi qazanc yeri kimi baxsınlar. Onlara bizneslə bağlı təlimlər keçirilməlidir”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019