Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Əliyevin istehzalı təbəssümü və özünü itirmiş Paşinyan
Tarix: 05.02.2019 | Saat: 12:30:00
Bölmə:Siyasət | çapa göndər

Aravot, Ermənistan
05.02.2019

Müəllif: Arpine Simonyan

Politoloq Qurgen Yeğiazaryan Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin görüşündə Qarabağ münaqişəsinin həlli yollarının müzakirə olunmamasını anlamır.

“Ölkəmizi təmsil edən şəxs çox savadlı, böyük siyasi təcrübəsi olan adamla görüşüb. Odur ki, söhbət uğurlu alınmayıb. Bunu görüşdən çəkilmiş şəkillərdən də anlamaq olur”.

Bunu politoloq Qurgen Yeğiazaryan deyib. “Simasında istehzalı təbəssüm olan Əliyev və özünü itirmiş Paşinyan. Şəkildən hər şey aydın olur. Vəziyyət niyə belədir? Niyə bu günə düşmüşük?”, - deyə o, sual edib.

Politoloq xatırladıb ki, bəzi mənbələr son zamanlar azərbaycanlıların Naxçıvan istiqamətində xeyli irəlilədiyini deyir: “Əgər kənd bələdiyyələrinin başçıları əhali arasında əsassız təlaş yaradırsa, sərt şəkildə cəzalandırılmalıdırlar. Yox, əgər belə deyilsə, 11 min hektar ərazinin itirilməsini necə başa düşək? Bundan öncə də 800 hektar torpağı düşmənə verib adını “lazımsız ərazi” qoydular. Bu 11 min hektar da lazımsızdır?”.

Qurgen Yeğiazaryan hesab edir ki, Qarabağ münaqişəsinin həlli prosesində sülh qarşılığında ərazilərin qaytarılmasına razılaşmaq Ermənistan üçün məğlubiyyət deməkdir: “Sanki biz yalvarırıq: xahiş edirəm bizi döyməyin. Əlimdəki bulkanı da sizə verəcəyəm, əmi, yalvarıram, bircə bizi döyməyin... Paşinyan deyir ki, heç zaman “sülh qarşılığında ərazilər” ifadəsini işlətməyib. Əlbəttə, bunu deməyəcəksən. Çünki bu, artıq “Madrid prinsipləri”ndə əks olunub. Sən məhz bunun sayəsində baş nazir olmusan. 2017-ci ilin sentyabrında Serj Sarqsyan artıq çantasını toplayaraq qaçmağa hazırlaşırdı. Sadəcə, hakimiyyəti təhvil verməyə adam tapmaq lazım idi, o da səni tapdı. Hakimiyyəti sənə verdi ki, evində rahat otursun”.

Politoloq hesab edir ki, bu gün Ermənistanın daxili siyasətində də biabırçı vəziyyət yaranıb. O, esk-prezident Robert Köçəryanın həbsinə toxunaraq deyib: “Sizdən üzr istəyirəm. Yanılmışam. Demişdim ki, Robert Köçəryanı ayyarım sonra sərbəst buraxacaqlar. Dediyim müddətdən keçib. Bununla belə, fikrimi dəyişməmişəm. Düşünürəm ki, onu yaxın vaxtlarda azad edəcəklər”.

Yeğiazaryanın fikrincə, baş nazirin heç bir ideologiyası yoxdur və o, Ermənistanı ha yana apardığını özü də bilmir: “Dövlətin idarəetmə institutları məhv edilib. Ətrafına savadsız məsləhətçilər toplamısan. Özünə savadlı məsləhətçi tap və ondan bu institutların işə salması yollarını öyrən”.

Erməni dilindən tərcümə -

www.worldmedia.az



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
27.06.2019
26.06.2019
"İşəgötürən qızların ayaqlarından və cəlbediciliyindən istifadə etmək istəyir" - Mehriban Zeynalova
Rüstəm Usubov Ağstafadakı 4 nəfərin öldürüldüyü güllələnmədən danışdı
Prezident İlham Əliyev Bolqarıstanın “Dostluq” medalına layiq görülüb
Türkiyədə hərbi çevrilişə cəhd edənlərə hökm oxundu
Türkiyə Cənubi Qafqazdakı münaqişələrə biganə qala bilməz - Ərdoğan
Binədə yolu keçən qadını avtomobil vurub öldürdü
“İran Xəzər üzərindən qlobal layihələrə daxil olmağa çalışır” – Cenk Tamer
BDU-da yay imtahan sessiyasına ictimai baxış keçirilib - FOTO
Özəl sektorda çalışanların da əməkhaqqının artırılması nəzərdə tutulur - Əli Əhmədov
"Əmi" ləqəbli narkotacir Hacıqabulda saxlanıldı
Heydər Əliyev Fondu Qarabağ müharibəsi əlili üçün yeni ev tikib
Moskvanın Azərbaycan İcması iftar süfrəsi təşkil edib - FOTO
Respublika Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib - FOTO
Peru Konqresi Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib - FOTO
Gədəbəydə güclü leysan yağışları rayonun elektrik enerjisi infrastrukturuna ciddi ziyan vurub - “Azərişıq”
Dənizkənarı Milli Parkda azarkeş festivalına böyük sayda turist gəlib - FOTO
Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli üçün ciddi işlər görüləcək - Nazir
Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi Xorvatiyada qeyd olunub - FOTO
ABŞ səfirliyi Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib
Magistraturaya qəbul imtahanının II mərhələsinin nəticələri elan olunub