Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
YAP bələdiyyə seçkilərində gəncləri önə verəcək
Tarix: 05.02.2019 | Saat: 14:00:00
Bölmə:Siyasət | çapa göndər

Bu gün Yeni Azərbaycan Partiyasında gənclərlə görüş keçirilib. 

Hafta.az xəbər verir ki, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi - sədr müavini Əli Əhmədov görüşdə bildirib ki, fevral ayının 1-də Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev 2 Fevral Gənclər Günü münasibətilə gənclərlə böyük bir toplantı keçirdi, onlara öz tövsiyələrini verdi, gənclərin dövlətin diqqət mərkəzində olması ilə bağlı mesajlarını çatdırdı:

 "Azərbaycan Prezidenti gənclərlə dialoqa böyük önəm verir. Bütövlükdə əhali ilə dialoqun qurulması Azərbaycanda həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir. Bir halda ki siyasətin əsas qayəsini insanlara qayğı təşkil edir, onlarla dialoq mühüm əhəmiyyət kəsb edir. İnsanların arzu və istəklərini bilmədən onlara düzgün xidmət göstərmək çətin olar. Cənab Prezident çox tez-tez Azərbaycanın müxtəlif güşələrinə səfər edir və vətəndaşlarla görüşür, onlarla dialoq qurur ki, istək və arzularını öyrənsin və bunu həyata keçirilən siyasətdə nəzərə alsın. Bu mənada gənclərlə olan görüş də xüsusi önəm təşkil edir”.

 YAP sədrinin müavini qeyd edib ki, partiyanın sıralarında çoxlu sayda gənclər var:

“YAP-ın 700 mindən çox üzvünün əksəriyyəti gənclərdir. Hər il partiyaya 25-30 min arasında yeni üzvlər qəbul olunur və bu üzvlər arasında gənclər üstünlük təşkil edir. Bu o deməkdir ki, gənclər Heydər Əliyev irsini öyrənməyə önəm verir, Prezident İlham Əliyevin siyasətini dəstəkləyir və bunu YAP-a üzv olmaqla nümayiş etdirirlər”.

 Ə.Əhmədovun sözlərinə görə, seçki kampaniyalarının uğurla baş tutmasına da gənclər böyük töhfələrini verirlər:

“Bütün bunların hamısı ondan xəbər verir ki, gənclər YAP-ın fəaliyyətinə dəstək verirlər. Bizim də gənclərdən gözləntilərimiz odur ki, yaxşı oxusunlar, biliklərə yiyələnsinlər, yaxşı mütəxəsislər olsunlar. Ən əsası gənclərimiz vətənpərvər olmalıdır. Harda olmalarından asılı olmayaraq vətənpərvərlik prinsipi əsasında davranmalıdır. Gənclər, eyni zamanda ictimai-siyasi həyatda da fəal olmalıdırlar, çünki bugünkü gənclər gələcək siyasətçilərdir, idarəedicilərdir”.

 YAP-ın icra katibi vurğulayıb ki, partiya öz imkanları çərçivəsində gənclərə şərait yaradır ki, fəallıqlarını nümayiş etdirsinlər: "2019-cu ilin dekabrında növbəti bələdiyyə seçkiləri keçiriləcək. Biz çalışacağıq ki, fəal gənclərimiz seçkidə namizəd qismində iştirak etsin və özlərini sınasınlar. Bununla da ölkənin ictimai-siyasi həyatında daha yaxından iştirak etmək imkanları əldə etsinlər”.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019