Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Lady Sharm"da qiymətlər yarıbayarı endirildi – FOTOLAR
Tarix: 05.02.2019 | Saat: 14:09:00
Bölmə:Reportaj | çapa göndər

Sizə nədən deyim, haradan xəbər verim – “Lady Sharm”dan. Tələffüzümüzə uyğunlaşdırsam, “ledi şarm”... Bilirəm, orada baş verənlərdən xəbəriniz var. Hüquqlarınızın pozulduğunu da bilirik. Aşağı keyfiyyətli Çin mallarını sizə brend adı altında sırıyanlara nə qədər pul saymağınızdan xəbərimiz olmasa da, baş verən son hadisələrdən sonra “Lady Sharm” mağazalar şəbəkəsinin bir neçə satış mərkəzinə baş çəkdik. Ziyarətimizin səbəbi isə həmin mağazalardakı hazırkı qiymətlər, eləcə də bəzi şayiələrə aydınlıq gətirmək idi. Elə bu məqsədlə hafta.az-ın obyektivini adıçəkilən ünvana çevirdik.

Mağazalar bağlanmayıb...

Əvvəla, onu deyim ki, adıçəkilən mağazanın “Memar Əcəmi” metro stansiyası yaxınlığındakı mağazasının bağlanması ilə bağlı şaiyələr elə öz “mod”unda qalır. Yəni, mağaza bağlanmayıb. Hətta nəinki bağlanmaq, əksinə bir alver var ki, gəl-görəsən. Yaşlı-cavan demədən hər kəs adıçəkilən mağazaya axın edir. Pəncərəyə vurulan böyük qırmızı reklam panelindən də 50 faiz endirim olduğu elan olunub. Yaxınlıqdakı mağazada işləyənlər yarıbayarıya salınan qiymətlərin son hadisələrdən sonra yapışdırıldığını deyirlər. Satıcılar isə bir müddətdir ki, mağazada endirim kampaniyası olduğunu vurğulayırlar. Bir sözlə, polisin yaydığı məlumatdan sonra da müştərilərin “Lady Sharm”a axını ara vermir.

Anti-reklam da reklamdır...

“İnşaatçılar” metrostansiyasının yaxınlığında da anoloji vəziyyətdir. Baş çəkdiyimiz saatlarda “Lady sharm” alıcı məmnunluğu yaşayırdı. İçəridə səssizlik hökm sürsə də uşaq paltarları bölməsində alıcı sıxlığını müşahidə etdik. Hətta deyərdik ki, hazırda anti-reklam da reklama çevrilib. Yəni, hər kəs 50 faiz endirimi görüb “Lady sharm”a axışır.

Diqqətimizi isə endirimlər çəkdi. Ayaqqabılar, bəylik kostyumlar, pencəklər, köynəklərdə endirimlər 50 faiz göstərilirdi. Məsələn, bir neçə gün öncə 90-100 manat arasında olan ayaqqabılar indi 49 manata təklif olunur. Satıcılardan Bakı istehsalı olub-olmadığını soruşuruq. İsrarla deyirlər ki, xeyr, Türkiyədən gətirilib.

Bəzi alıcılar isə deyir ki, mağazalar tezliklə bağlanacaq. Ona görə də qiymətlər yarıya qədər aşağı endirilib.

İçəridə səssizlik...

Mağazalarda Anadolu türkcəsində danışanlar da vardı, bizim dilimizdə də. Amma alıcılardan fərqli olaraq satıcılar öz ampulasında deyildi. Verilən suallara sönük cavab verirdilər. Adətən kassanın yanında baş-başa verib söhbətləşir, qapıdan içəri müştəri girəndə söhbətlərinə ara verirdilər. Bundan başqa, “Lady sharm”ın bəzi mağazalarında satıcı təsiri bağışlamayan, enlikürək, idmançı bədənli şəxslər də kassanın yanında dayanaraq gedib-gələn müştərilərə baxırdılar...

11 manata köynəklər...

Endirimdə olan köynəklər və digər geyimlər ön sıralara – girişə çəkilmişdi. Yəqin ki, göz önündə daha tez nəzərəçarpılması üçün edilmişdi. Əsas endirimlər ayaqqabı və köynəklərdə idi. Məsələn, əvvəllər 30-40 manat arası olan köynəklər indi 11-17 manata alıcılara təklif edilirdi. Satıcılardan bu qədər qiymət endiriminin səbəbini soruşduq. Dedilər ki, bunlar yay mallarıdır, ona görə də qiymətləri aşağıdır. Üstəlik, hər ölçüdən qalmayıb. Ölçü baxımından məhdud sayda müştərinin təlabatını ödəyə bilər deyə, qiymətlər aşağı salınıb.

“Od qiymətinə” olan mallar hələ də qalır...

Endirimlərlə yanaşı, od qiymətinə olan məhsullarında da satışı davam edir. Daha doğrusu, alıcısı yoxdur, üzərindəki qiymətlər isə göz qamaşdırır. “Made in Turkey” etiketləri olan bəylik kostyumların üzərində qiymətlər 250 manatdan başlayır. Bəzi uşaq geyimlərində də baha qiymətlərə rast gəldik. Məsələn azyaşlı uşaqlar üçün gödəkçələr 40-50 manatdan başlayır.

Bir sözlə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin yaydığı məlumatdan sonra mağazada alış-satış işlərində axsama nəzərə çarpmır.

Qeyd edək ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən iqtisadi cinayətkarlıqla mübarizə, milyonlarla pul vəsaitinin büdcədən gizlədilməsi və bu qanunazidd əməllərlə məşğul olan cinayətkar şəbəkənin aşkar edilməsi istiqamətində növbəti xüsusi əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən (DİN) hafta.az-a verilən məlumata görə, Baş İdarəyə daxil olan çoxsaylı şikayətlər əsasında paytaxt və bölgələrdə fəaliyyət göstərən “Lady Sharm” mağazalar şəbəkələrində, həmin mağazaların anbarlarında keçirilən əməliyyat zamanı çoxsaylı qanun pozuntuları, istehlakçıların hüquqlarının kobud şəkildə pozulması və müştərilərin aldanılması halları aşkar edilib.

Nəticədə qeyd edilən şirkətin sahiblərindən biri, Cəlilabad rayon sakini Elnur İsmayılov, həmin şirkətin baş mühasibi Ziyarət Abbasov, şirkətin məsul əməkdaşları Valeh Qarayev və Fuad Əlizadə saxlanılaraq istintaqa təqdim ediliblər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019