Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Yaxın vaxtlarda universitetlərin Bakıdan kənara köçürülməsinin şahidi ola bilərik" - PROBLEM
Tarix: 05.02.2019 | Saat: 14:31:00
Bölmə:Sosial | çapa göndər

Bir müddət əvvəl Bakı şəhərində yerləşən universitetlərin şəhərdən kənar ərazilərə köçürülməsi ilə bağlı mətbuatda xəbərlər yer aldı. Bu prosesin şəhərdə yaranan sıxlığın qarşısını alacağı bildirilirdi. Üstündən bir neçə il keçsə də, universitetlərin köçürülməsi prosesinə başlanılmadı. Məsələni aydınlaşdırmaq üçün Təhsil Nazirliyi ilə əlaqə saxladıq.

Qurumun mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov hafta.az-a sualımızla bağlı məlumat verdi:

“Ali məktəblərin şəhərdən kənara köçürüləcəyi ilə bağlı hələ ki yenilik yoxdur. Bu haqda məlumat olanda mətbuata açıqlanacaq. Lakin tələbə yataqxanaların tikilməsi prosesi davam edir. Yeni layihələr üstündə iş aparılır”.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov hesab edir ki, paytaxtdakı universitetlərin əksəriyyətinin şəhərin mərkəzində yerləşməsi avtomobil sıxlığının daha da artmasına səbəb olur:

“Belə ki, bu universitetlərdə təhsil alan tələbələrin də öz şəxsi avtomobillərindən istifadə etməsi ya valideynlərin övladlarını maşınla gətirməsi də şəhərdə tıxacların yaranmasına şərait yaradır. Danılmazdır ki, ali təhsil müəsissələrinin şəhərdən kənara köçürülməsinin paytaxtda tıxac probleminin həll edilməsində vacib amillərdən biri ola bilər. Əslində bu gün pik saatlarda yaranan sıxlıq yollara bitişik ərazilərdəki ali təhsil müəsissələrinin hesabınadır. Buna görə də universitetlərin şəhərdən kənara köçürülməsi məqsədəuyğundur. Əgər belə olarsa ali təhsil müəsissələrinin yerləşdiyi küçə və prospektlərdə tıxacların qarşısı alınar. Hesab edirəm ki, paytaxtdan kənara köçürülməyə ehtiyac olan univerisitetlər əsasən Dillər Universiteti , İqtisad Univeristeti, Slavyan Universiteti və Pedaqoji Universitetidir. Çünki bu universitetlərin tədris binaları paytaxtın mərkəzində, nəqliyyatın sıx hərəkətdə olduğu yerlərdə yerləşir. Düşünürəm ki, həmin ali məktəblərin Sumqayıt , Abşeron, Saray və Ceyranbatan ərazilərində yerləşdirilməsi daha effektiv olardı. Bu həm də Bakı ərtafı ərazilərin də inkişafına təkan verərdi. Dünya təcrübəsinə baxanda görürük ki, Amerikada və dünyanın başqa böyük ölkələrində universitetlər şəhərdə də, şəhərdən kənarda da yerləşir. Qardaş Türkiyədə universitetlərin çoxunun tələbə şəhərcikləri var. Bu tip tələbə şəhərcikləri tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunub. Avtomobili olmayan tələbələr isə aylıq ödəniş etməklə, xüsusi avtobuslarla universitetə gedib gələ bilərlər. Xatırladım ki, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə yeni Dövlət Strategiyasında kampusların yaradılması nəzərdə tutulur. Bu o deməkdir ki, yaxın vaxtlarda biz universitetlərin Bakıdan kənara köçürülməsinin şahidi ola bilərik. Düşünürəm ki, bütün universitetlərin şəhərdən kənara köçürülməsinə ehtiyac yoxdur. O universitetləri köçürmək lazımdır ki, onlar şəhərin mərkəzində tıxacların yaranmasına səbəb olur, gediş-gəlişi çətinləşdirir. Elə universitetlər var ki, onların həyətləri, sahəsi, bağ-baxçası yoxdur. Həmin universitetlərin şəhərin mərkəzində olmasının heç bir əhəmiyyəti yoxdur. Bəzi institutların, maşın saxlamaq, tələbələrin hərəkəti üçün yol problemi var. Şəraiti olmayan ali təhsil ocaqlarının şəhər kənarında ayrıca bir şəhərcikdə yerləşdirilməsi daha məqsədəuyğun olardı. Qeyd edim ki, artıq Lomonosov adına Moskva Dövlət Univeristetinin Bakıdakı filialı və Bakı Ali Neft Məktəbi şəhər ətrafına köçürülüb. Hesab edirəm, önəmli olan təhsilin keyfiyyətidir. Universitetin harada olmasından aslı olmayaraq, bütün güc təhsilin səviyyəsinin qaldırılmasına yönəldilməlidir”.

Xatırladaq ki, bir müddət əvvəl Təhsil Nazirliyi ali məktəblərin şəhərdən kənara köçürüləcəyi ilə bağlı sualları cavablandırarkən bəyan edilmişdi ki, hazırda Dövlət Strategiyasının icrası ilə əlaqədar Fəaliyyət Planı hazırlanır. Fəaliyyət Planı təsdiq olunduqdan sonra nəzərdə tutulan tədbirlərin icrasına başlanılacaq.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019