Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycan çempionatında yeni rekord
Tarix: 05.02.2019 | Saat: 16:36:00
Bölmə:İdman | çapa göndər

Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünün yeni rekordu qeydə alınıb.

PFL-in məlumatına görə, bu, XV turun “Qarabağ” - “Neftçi” qarşılaşmasına təsadüf edib. 1:1 hesabı ilə başa çatan görüşü 6000 tamaşaçı izləyib.

Bunadək ən çox tamaşaçı “Sabah” - “Qarabağ” matçında (0:2) qeydə alınmışdı. “Əlincə Arena”da keçirilmiş VI turun qarşılaşmasını 4500 tamaşaçı seyr etmişdi.

Mövsümün 3-cü göstəricisi isə IX turda keçirilən “Neftçi” - “Qarabağ” oyununa (3:1) təsadüf edib. “Bakcell Arena”dakı matçda 4000 tamaşaçı qeydə alınıb.

Ümumilikdə isə XV turun 4 oyununu 7180 tamaşaçı izləyib. Bu da mövsümün əvvəlki rekordunun qeydə alındığı VI turdakından 280 nəfər çoxdur.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.02.2019
21.02.2019