Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Xaçmazda evdən oğurluq edən şəxs saxlanılıb
Tarix: 05.02.2019 | Saat: 16:47:00
Bölmə:Bölgə Hadisə | çapa göndər

Xaçmazda evdən məişət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan hafta.az-a verilən məlumata görə, Xaçmaz şəhər sakini olan bir qadın Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus fərdi yaşayış evindən təmir-tikinti aləti, su mühərriki və məişət əşyalarının oğurlandığı barədə məlumat verib.

Faktla bağlı Xaçmaz RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli 22 yaşlı Samir Həsənov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edərək, zərərçəkmişə məxsus evin birinci mərtəbəsində yerləşən saxlanc yerinə şüşəni sındırma yolu ilə qanunsuz daxil olduğunu, oradan bir ədəd monitor, bir ədəd elektrik təsərrüfat mişarı və su nasosu, bir ədəd video müşahidə kamerası, bir ədəd peyk antena, bir ədəd tonometr (təzyiq ölçən) və fanendaskop (ürək döyüntülərini müəyyən edən cihaz) oğurladığını bildirib.

Oğurlanan əşyaların bir qismi maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019