Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
BP-nin mənfəəti ötən il üçqat artıb
Tarix: 05.02.2019 | Saat: 17:01:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Böyük Britaniyanın “British Petroleum” neft-qaz şirkətinin xalis mənfəəti 2018-ci ildə 12,7 milyard ABŞ dollar təşkil edib ki, bu da əvvəlki ilə nisbətən 2,8 dəfə çoxdur.

BP-nin press-relizinə əsasən verilən xəbərə görə, şirkətin gəliri həmin müddət ərzində 24% artaraq 298.756 milyon dollara çatıb. Həmçinin xalis borcun həcmi ötən il ərzində 37,8 milyard dollardan 44,1 milyard dollaradək artıb.

2018-ci ildə BP-nin gündəlik hasilatı “Rosneft”in payı da daxil olmaqla neft ekvivalentində 3,683 milyon barel, yəni əvvəlki ilə nisbətən 2,4% artıq, “Rosneft”in payı hesablanmadan isə 2,539 milyon barel olub. Bunun 2010-cu ildən ən yüksək göstərici olduğu bildirilir.

Bununla yanaşı, 2018-ci ildə şirkət Meksika körfəzində əvvəlki neft dağılmaları ilə bağlı ödəmələrə 3,2 milyard dollar vəsait yönəldib.

BP 10 milyard dollardan artıq məbləğindəki aktivlərini yaxın iki il ərzində satıb qurtarmağı nəzərdə tutur.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.02.2019
21.02.2019