Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Kəlbəcərli məcburi köçkün ailəsi altı ildir mənzillə təmin olunmur
Tarix: 05.02.2019 | Saat: 19:15:00
Bölmə:Sosial | çapa göndər

Son illərdə qaçqın və məcburi köçkün ailələrinin mənzillərlə təmin edilməsi prosesi geniş vüsət alıb. Dövlətin maliyyə dəstəyi ilə inşa edilən, müasir standartlara cavab verən qəsəbələrdəki mənzillər illərlə şəraitsiz vəziyyətdə yaşayan məcburi köçkünlərə təhvil verilir.

Lakin dövlətin yaratdığı bu imkandan bəhrələnə bilməyən məcburi köçkünlər də var. Onlardan biri hazırda Bakı şəhər Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi Samir Cəfərov küçəsi, ev 2, mənzil 5-də kirayədə yaşayan Kəlbəcər rayon məcburi köçkünü, Qarabağ Müharibəsi əlili Asif Kamal oğlu İbrahimovun ailəsidir.
Asif İbrahimov “Həftə içi”nə göndərdiyi şikayət məktubunda bildirir ki, Qarabağ döyüşlərində iştirak edib, ağır döyüşlərdə 12 güllə yarası alıb: «Hələ də güllə yaraları bədənimdə sağalmaz iz olaraq qalmaqdadır. 24 ildir Bakı şəhərində köçkün kimi qeydiyyatdayıq. Hazırda Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi Samir Cəfərov küçəsi, bina 2, mənzil 5-da kirayədə yaşayırıq. Yeddi nəfər ailə üzvü ilə birlikdə 6 ildir kirayədə qalırıq.
Heç bir yerdə işləmirəm. Dövlətdən aldığımız çörəkpulu yeməyimizə və dərmanlarıma çatmır. İmkansızlıqdan kirayə pulunu verə bilmədiyimdən dəfələrlə çölə atılmışıq. Üç aya yaxındır ki, kirayə pulunu verməkdə çətinlik çəkirik. Heç bir aidiyyəti qurum da bizə köməklik etmir”.

A.İbrahimov deyir ki, 6 ildən çoxdur, idarə və təşkilatların qapılarında qalıb: «Heç kəs bizim üzləşdiyimiz çətinliklərlə maraqlanmır. “Dövlətqaçqınkom”a və səlahiyyətli dövlət orqanlarına göndərdiyimiz müraciətlərdəki istəyimiz isə 6 ildir ki, reallaşdırılmır. Əgər köməklik olmasa, azyaşlı uşaqlarımla birlikdə ailəm yenidən küçəyə atılamaq məcburiyyətində qalacaq. Bununla bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etmişik ki, heç olmasa, bizə daldalanmaq, yaşamaq üçün sığınacaqla təmin etsinlər. Heç olmasa məskunlaşdığımız Suraxanı rayonu ərazisindən bir-iki sot torpaq sahəsi versinlər. Özümüz borc-xərc edib bir koma tikib içinə girə bilək. Çox təəssüflər olsun ki, onu da edən yoxdur. Aidiyyəti qurumlara müraciətlər etsək də, şikayətimizə baxan olmayıb. Bütün müraciətlər Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinin ünvanına göndərilir. Adıçəkilən qurumdan da bizə bu 6 ildə eyni cavab yazırlar ki, nə vaxt ev tikilər, onda sizi mənzillə təmin edəcəyik. Hətta keçən il ”Dövlətqaçqınkom” məskunlaçma, miqrasiya, məşğulluq və status şöbəsinin müdri Sənan Hüseynovun imzası ilə bizə göndərilən 01/ 51/2 saylı cavab məktubunda bildirilir ki, sizin yaşayış sahəsi ilə təmin olunmağınıza köməklik göstərilməsi ilə bağlı ərizənizə baxılmışdır.

Bildiririk ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsinin balansında Bakı, Sumqayıt şəhərləri və Bakıətrafı rayonlarda boş mənzil fondu olmadığından, sizi yaşayış sahəsi ilə təmin etmək hələlik imkan xaricindədir. Gələcəkdə məcburi köçkünlər üçün yeni qəsəbələr inşa edilərkən, ailə vəziyyətiniz nəzərə alınaraq müraciətinizə qanunla nəzərdə tutulmuş qaydada baxılacaq. Bu 6 ildə “Dövlətqaçqınkom”dan eyni cavabları və eyni şablon sözləri, vədləri eşitmişik. Halbuki bu müddətdə ölkə başçısının sərəncamı ilə Abşeron rayonunun Müşviqabad qəsəbəsində, Qobu qəsəbəsində köçkün şəhərcikləri salıınıb. Eləcə də Sumqayıt və Bakı şəhərində, hətta Sabunçu rayon ərazisində də köçkünlər üçün şəhərcik salınıb və yeniləri də tikilməkdədir. Lakin biz köçkün statusundan və imtiyazlarından yetərincə yararlana bilmirik”.
Köçkün ailəsi həyata nikbin baxdıqlarını və ümidlərini ölkə başçısına bağladıqlarını deyir: “İnanırıq ki, dövlətimizin başçısı hər yerdən əlini üzmüş biz imkansızları küçələrə atılmağa qoymayacaq, bizim mənzillə təmin edilməmizdə öz köməkliyini əsirgəməyəcək. Biz Qarabağ qaziləri həmişə dövlətimizin başçısını dəstəkləyir və hər vaxt Ali Baş Komandanımızın əmrinə hazırıq!”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019