Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Biz ölkə başçısının qayğısı ilə əhatələnmişik”
Tarix: 05.02.2019 | Saat: 19:30:00
Bölmə:Sosial | çapa göndər

18 yanvar 2019-cu il tarixdə ölkə başçısının şəhid ailələri ilə görüşü hər bir şəhid ailəsinin qəlbində sabaha bir ümid, sevinc işartısı yaratdı. Şəhid anası Lətifə Novruzova “Həftə içi”nə bildirdi ki, iki oğlu şəhid olub. Onun sözlərinə görə, 1994-cü il yanvar ayının 1-də bir övladı – Natiq Telman oğlu Novruzov Murov dağında şəhid olub:

«Həmin il yanvar ayının 16-da ikinci oğlum – Azər Novruzov Murov dağında komandiri ilə 22 nəfəri mühasirədən azad edərkən qəhrəmanlıqla şəhid olub. Dövlətimiz tərəfindən oğlanlarımın adları əbədiləşdirilib. Natiq Novruzov göstərdiyi şücaətə görə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Eləcə də Bakı şəhər 32 saylı tam orta məktəb hər iki oğlumun adını – Novruzovlar adını daşıyır, o cümlədən, Nəsimi rayonundakı bir küçə də Novruzovlar küçəsi adlanır”.
Lətifə ana deyir ki, oğlanları Vətən yolunda, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olublar: ”Dövlətimiz və Prezident İlham Əliyev həmişə biz şəhid ailələrinin qayğısına qalıb. Elə bu qayğının nəticəsidir ki, hər ay hər bir oğluma görə, 240 manat pensiya alıram. Prezidentin sərəncamı ilə təqaüd artırılaraq 300 manata çatdırıldı. Fevral ayından hər iki oğluma görə birlikdə 600 manat təqaüd alacağam. Eləcə də ölkə başçısının Fərmanı ilə şəhid ailələrinə verilən 11 min manat birdəfəlik ödəməni də aldıq. Hər iki öğluma görə mənə 24 min manat təqdim edildi. Bunların özü imkansız şəhid ailələri üçün böyük köməklikdir. Nəsimi rayonunda keçirilən bütün tədbirlərə dəvət alıram. Bayram günlərində bizə köməklik göstərilir, yardımlar edilir. Prezident İlham Əliyevin qayğısını daim hiss etmişik. Biz şəhid ailəsi kimi hər zaman Prezidentimizi dəstəkləyirik. Bizə göstərilən yüksək qayğıya və hörmətə görə olkə başçısına ailəmiz adından öz təşəkkürümüzü bildiririk».



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.02.2019
21.02.2019