Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Mübariz - 31” layihəsi uğurla davam edir
Tarix: 05.02.2019 | Saat: 19:00:00
Bölmə:Sosial | çapa göndər

Son dövrlərdə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun qəhrəmanlığına kölgə salmaq istəyənlərin anlaşılmaz hərəkətləri fonunda olduqca vacib və zamanlaması uğurlu hesab edilən, Zaur Ustacın başlatdığı “Mübariz - 31” layihəsi çərçivəsində anım-tanıtım tədbirləri uğurla davam edir.

Belə ki, Ağdam rayonu Quzanlı – 1 qəsəbə tam orta məktəbində keçirilmiş tədbirlərin ardınca bu dəfə də Bakı şəhəri, Nizami rayonu 201 nömrəli tam orta məktəbdə anım-tanıtım tədbirləri müvəffəqiyyətlə həyata keçirilib. “Ustac.az” Yaradıcılıq və İnkişaf Portalının təşəbbüsü və Azərbaycan Respublikasının Əməkdar müəllimi Afət Xəlilovanın təşkilatçılığı ilə baş tutan tədbirdə Milli Qəhrəman Mübariz İbrahimovun həyatından, döyüş yolundan geniş söhbət açılmış, şagirdlər bu barədə məlumatlandırılmışdır. Fəal diskussiya şəraitində keçən tədbirdə fərqlənən şagirdlərə Milli Qəhrəman Mübariz İbrahimovun son döyüşündən bəhs edən, istər hərbi, istəsə də bədii baxımdan olduqca böyük ustalıqla qələmə alınmış, məktəblilər üçün sinifdənxaric oxu vəsaiti kimi nəzərdə tutulan Zaur Ustacın “Oriyentir ulduzu” kitabı hədiyyə olunmuşdur.

Bundan əlavə, tədbirlər proqramına uyğun olaraq, Zaur Ustacın “Oriyentir ulduzu” və yeni nəşr olunmuş “Əliş və Anna” kitablarından müəyyən edilmiş sayda nüsxələr məktəbin kitabxanasına bağışlanıb. Onu da qeyd etmək istəyirəm ki, 201 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri, eyni zamanda, Əməkdar müəllim Afət Xəlilovanın rəhbərliyi ilə “Kərəmli - 700” yubiley tədbirləri çərçivəsində məktəblilər arasında keçirilən “Zaur Ustacın “Əliş və Anna” poemasında tarixi həqiqətlər” mövzusunda inşa nüsabiqəsinin iştirakçılarıdır. Adıçəkilən müsabiqənin görkəmli memar Əliş bəy Sübhan oğlu Kərəmlinin aprel ayında doğum günü ərəfəsində yekunlaşdırılacağı gözlənilir. Əvvəlcədən xəbər verildiyi kimi, müvafiq olaraq, növbəti tədbirlərin Şamaxı şəhər, M. Hadi adına 9 nömrəli tam orta məktəbdə və daha sonra respublikanın tanınmış məktəblərindən olan Bakı şəhəri, A. Hüseynzadə adına 20 saylı məktəb-liseydə təşkil olunacağı nəzərdə tutulur. Bu qəbildən olan tədbirlərin keçirilməsini yalnız və yalnız bir məqsədi var – Vətən elə onun mərd oğulları, ziyalıları deməkdir. Vətənin təəssübünü çəkən Vətən oğullarını unutmamaq elə Vətəni sevmək deməkdir. Azərbaycan yeniyetməsi, gənci Vətənini tanımalı və sevməlidir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.02.2019
21.02.2019