Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Müsəlmanlar Nyu-Yorkda asayişə nəzarət etməyə başladı - GÜNÜN TƏZADLARI
Tarix: 05.02.2019 | Saat: 20:00:00
Bölmə:Günün təzadları | çapa göndər

ABŞ-ın Nyu-York şəhərinin müsəlman birliyi küçələrdə təhlükəsizliyi nəzarət altına almağa qərar verdi. Hafta.az Rusiya mediasına istinadla xəbər verir ki, bu haqda “Nyu-York Tayms” məlumat yayıb. "Müsəlman ictimai patrulu" özəl layihəsi ötən ildən meydana çıxıb. Yerli əhalinin sözlərinə görə, mavi üfüqi zolaqlı "Ford" avtomobilləri şəhərin ən narahat məhəllələrini gəzir və polisə qayda-qanuna nəzarət etməkdə kömək edir. Bruklin məhəlləsində yaşayan 38 yaşlı Əli daim dörd övladıının təhlükəsizliyi barədə düşünür. 1990-cı ildə Yəməndən Birləşmiş Ştatlara köçən bu müsəlman bir müddət sonra öz dindaşlarının müdafiəsinə qalxacağını vəd edib. Beləliklə, Əli 30 nəfərdən ibarət könüllü qrupun ilk üzvlərindən olub. "Bu yaxınlarda Nyu-Yorkun 72-ci polis bölməsinin növbətçi zabitlərinin rəhbərliyi altında müsəlman qrupu təlimlərə başlayıb" -deyə Amerika nəşri yazır. "Əvvəlcə reaksiya kəskin oldu. Hətta müsəlman icmasının bəzi üzvləri arasında da bu təşəbbüsə müsbət yanaşmayanlar vardı. Amma sonradan hər kəs buna alışdı. Diqqətəlayiqdir ki, silahsız fəallar şəhərin qonaqlarına tərcümə xidmətləri də təklif edir. Çünki könüllülər ərəb, fars və digər Şərq dillərində sərbəst danışırlar. Onlar şərqlilərin adət-ənənəsi ilə bağlı bəzi nüansları polisdən daha yaxşı anlayırlar. Eləcə də müsəlman fəallar yol qəzalarına reaksiya verir və hətta itkin düşmüş insanları axtarmağa kömək edirlər".

 

Beş bacı evdə yanaraq həlak oldu

 

Qazaxıstanın paytaxtı Astanada evlərin birində baş verən yanğın faciəyə səbəb oldu. Hafta.az-ın Musavat.com-a istinadla yaydığı xəbərdə belə deyilir. Hadisə nəticəsində 5 bacı yanaraq həlak olub. Onlardan böyüyünün 13 yaşı var, kiçiyi isə 3 aylıqdır. Yanğın zamanı uşaqların valideynləri işdə olub. Yaxınlıqda yaşayan qohumlarının sözlərinə görə, ev qəflətən alışıb və külə dönüb.


Onu dünyaya gətirdiklərinə görə ata-anasından şikayətçi oldu


Hindistan vətəndaşının doğma valideynlərini məhkəməyə vermək niyyətində olduğu bilindi. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Bildirilir ki, 27 yaşlı Rafael Samuel valideynlərindən onu icazəsiz dünyaya gətirdiklərinə görə şikayətçi olacaq. Mumbai şəhər sakini olan R. Samuel antinatalistlər hərəkatının üzvü olduğunu bildirib. Həmin hərəkatın üzvləri hesab edirlər ki, bu dünyada uşaqları yalnız əzab gözləyir, bu üzdən insanlar dünyaya uşaq gətirməməlidirlər. R. Samuel uşaqların dünyaya gəlməsini və tərbiyə edilməsini insan oğurluğu və quldarlıqla müqayisə edir.

 

Futbol məşqçisi hokkey meydançasında yıxıldı

 

Tanınmış portuqaliyalı futbol məşqçisi Joze Mourinyo hokkey meydançasında yıxıldı. Hafta.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə Rusiyada hokkey çempionatının növbəti oyununda baş verib. Mourinyo xalça üzərində olsa da, müvazinətini saxlaya bilməyərək buz üstünə yıxılıb. Hokkeyçilər məşqçiyə ayağa qalxmağa kömək ediblər və o, tribunaya yollanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019