Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Yeraltı təkanlar Şamaxıda bəzi evlərdə dağıntılara səbəb olub
Tarix: 06.02.2019 | Saat: 10:44:00
Bölmə:Sosial | çapa göndər

Fevralın 5-i gecə saat 23:31 radələrində İsmayıllı rayonunda təxminən 6 bal gücündə baş verən zəlzələ Şamaxıda bir sıra fəsadlara səbəb olub.

Şamaxı Rayon Fövqəladə Hallar Komissiyasından hafta.az-a verilən məlumatda bildirilir ki, yeraltı təkanlar nəticəsində rayona verilən elektrik enerjisində 40 dəqiqəyə yaxın fasilə yaranıb. Görülən operativ tədbirlər nəticəsində elektrik enerjisinin verilişi 00:10 radələrində bərpa olunub. Şəhərdə bəzi evlərin və istinad divarlarının uçması nəticəsində qaz xətlərində sızmalar yarandığından saat 00:00-dan etibarən “mavi yanacağ”ın verilişi dayandırılıb.

İlkin araşdırmalara görə, zəlzələ nəticəsində kəndlər üzrə 14 evdə, şəhərdə isə 17 evdə dağıntı baş verib.

Xəstəxananın təcili yardım şöbəsinə 19, terapiya şöbəsinə 4, cərrahiyyə şöbəsinə isə 3 müraciət daxil olub. Xəstələr ambulator müalicə alaraq evə buraxılıb, reanimasiya şöbəsində isə hazırda 5 nəfər müalicə alır. Vəziyyətləri qənaətbəxşdir.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov və rayon rəhbərliyi hazırda dağıntılara məruz qalan evlərə, ərazilərə baxış keçirirlər.

Xatırladaq ki, fevralın 5-6-da Azərbaycan ərazisində yeraltı təkanlar qeydə alınıb. Belə ki, fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilib. Zəlzələnin ocağı 8 kilometr dərinlikdə olub.

Fevralın 6-da yerli vaxtla saat 02:34-də Pirqulu stansiyasından 8 kilometr cənub-qərbdə - İsmayıllı rayonu ərazisində 3 bal gücündə zəlzələ baş verib. Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Daha bir yeraltı təkan yerli vaxtla saat 04:25-də Pirqulu stansiyasından 9 kilometr cənub-qərbdə İsmayıllı ərazisində 3,9 bal gücündə qeydə alınıb. Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss edilməyib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019