Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Şamaxının kəndlərində də dağıntılar var – 3 ev, 10-a yaxın market…
Tarix: 06.02.2019 | Saat: 12:31:00
Bölmə:Bölgə Hadisə | çapa göndər

Ötən gün Şamaxı-Ağsu-İsmayıllı bölgələrində baş vermiş zəlzələ ətraf bölgələrdə dağıntılarla yadda qalıb. Hətta Şamaxının Əngəxaran kəndində iki ev dağıntılar nəticəsində ciddi ziyan görüb. Evlərin divarları uçub. Bir neçə evdə çatlar əmələ gəlib.

Bu barədə hafta.az-a Şamaxı sakinləri məlumat veriblər. Verilən məlumata görə, dağıntılar rayonun Şəhriyar qəsəbəsində də qeydə alınıb. Belə ki, qəsəbədə bir ev ciddi ziyan görüb. Evin divarları uçub.

Sakinlərin sözlərinə görə ən çox ziyan Şamaxı şəhərində və ətraf kəndlərdəki marketlərə dəyib. 10-a yaxın marketin şüşələri sınıb. Vitrinləri aşıb. Nəticədə xeyli sayda məhsul yararsız hala düşüb. Zəlzələ nəticəsində kiçik sahibkarlara – market sahiblərinə ciddi ziyan dəydiyi vurğulanır.

Qeyd edək ki, fevralın 5-də yerli vaxtla saat 23:19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019