Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Köhnə tikililərin lift problemi – təhlükəli vəziyyət nə zaman aradan qaldırılacaq?
Tarix: 06.02.2019 | Saat: 16:19:00
Bölmə:Sosial | çapa göndər

Heç kəsə sirr deyil ki, paytaxt Bakıda köhnə tikili mənzillərin lift problemi öz həllini tapmayıb. Sovet dövründə quraşdırılmış liftlər öz istifadə müddətini başa vurub. Başa vursa da, yeniləri ilə əvəz olunması qlobal problem kimi həllini tapmır ki, tapmır.

Bəs görəsən səbəb nədir? Xatırladaq ki, Bakı Lift İdarəsi sögüdən məsələnin həll olunacağı barədə hələ illər öncə vədlər vermişdi. Görünən odur ki. vədlərinə sadiq qalmayıblar. Onu da yada salmaq lazımdır ki, "Bakı lift təmir" İstehsalat Birliyinin qalmaqallı baş direktoru Qüdrət Şükürov ən nəhayət işindən azad olundu. Bakı Şəhər İcra Hakimiyyəti postuna təyin olunan Eldar Əzizov məsələni yerində xətm etmək üçün bu addımı atdı.

Bakı şəhərindəki yüksəkmərtəbəli köhnə tikililərdə istifadə müddətini başa vuran liftlərin yeniləri ilə əvəz olunması üçün bir neçə dəfə sözügedən idarəyə pul da ayrılıb.
Belə ki, 2013-cü ildə Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 7,0 (yeddi) milyon manat, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat, Gəncə və Sumqayıt Şəhər İcra Hakimiyyətlərinin hər birinə 1,0 (bir) milyon manat ayrılması ilə bağlı prezident İlham Əliyev sərəncam imzalamışdı.

Bu məbləğ demək olar ki, nəzərdə tutulan problemlərin həllinə yönəlmədi.

Bu günlərdə bakı Şəhəri Nizami rayonunda yerləşən 9 mərtəbəli binaların bir neçəsinə baş çəkdik. Liftlərin vəziyyətini öyrənmək üçün liftə daxil də olduq.

Liftin durumu o qədər acınacaqlıdır ki, adam ünvana çatacağına şüphə edir. Sakinlərin dediyinə görə lift bir neçə dəfə xarab olduğuna görə təmir işləri aparılıb. Dəfələrlə gəlib xarab olmuş liftə baş çəkiblər, düzəldib gediblər. Amma təəssüf ki, məsələ kökündən həll edilməyib. Az öncə dediyimiz kimi, ayrılan pullar havaya sovrulub.

Sakin Hicran xanım lifdən istifadə etmədiyini desə də, liftin köhnə olduğunudan xəbəri var. Çünki lifdən qorxur. Deyir ki, adamı silkələyə-silkələyə aparır. Qorxuram ki, yarı yolda qırılısın, gələk düşək yerə.

Elə eyni sözləri deyən Əhməd də bu ərazidə olan bütün köhnə binalarda liftin vəziyyətinin acınacaqlı olduğunu deyir.

Artıq problemin köklü şəkildə həll edilməsi ən yuxarı saviyyədə nəzarətə götürülüb.
Dünən Prezident İlham Əliyev bu il də şəhər və rayonlarda çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam verib.

Sərəncama əsasən, Azərbaycanın 12 şəhər və rayonunda 237 çoxmənzilli binanın lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Prezidentin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.64-cü bəndində göstərilmiş məbləğin 40,0 (qırx) milyon manatı bu Sərəncama əlavə edilmiş siyahıya uyğun olaraq şəhər, rayon icra hakimiyyətlərinə ayrılıb.

Ümidlər böyükdür ki, Bakı Lift Təmir İstehsalat Birliyinin yeni rəhbərliyi ayrılan vəsaiti problemin əsaslı həllinə yönləndirəcək. Qorxudan liftə minmək istəməyənlər də mənzillərinə elə yeni liftlərlə qalxacaq.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019