Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
12 il əvvəl imzalanan layihədən doğan Bakı-Tiflis-Qars dəmir yolu
Tarix: 06.02.2019 | Saat: 17:04:00
Bölmə:Gündəm | çapa göndər

7 fevral tarixi Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu layihəsinin masaya yatırıldığı və Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan hökumətləri tərəfindən imzalandığı gündür. Məhz 2007-cü il fevralın 7-də prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri zamanı BTQ dəmir yolunun tikintisinə başlamaqla bağlı saziş imzalanıb. Bütün bunların davamı kimi, həmin il fevralın 21-də prezident İlham Əliyev yeni dəmir yolu layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. Noyabrın 21-də Gürcüstanın Marabda stansiyasında dəmir yolunun Gürcüstan hissəsinin, 2008-ci il iyulun 24-də isə Türkiyənin Qars şəhərində Türkiyə hissəsinin tikintisi başlayıb.

Azərbaycan layihənin Gürcüstan ərazisindən keçən hissəsinin də tikintisinin maliyyələşdirilməsini öz üzərinə götürüb və bu məqsədlə qonşu ölkəyə cəmi bir faizlə 25 il müddətinə 220 milyon dollar kredit verib.

BTQ dəmir yolunun ümumi uzunluğu təxminən 840 kilometrdir. Bunun 500 kilometri Azərbaycan, 260 kilometri Gürcüstan, qalan 80 kilometri isə Türkiyə ərazisindən keçir. Dəmir yolunun Gürcüstan-Türkiyə sərhədində yerləşən hissəsində uzunluğu 5 kilometrə yaxın olan tunel tikilib.

Marşrutla ilk illərdə 5-7 milyon ton yük daşınacağı, tədricən bu rəqəmin 50 milyon tona çatdırılacağı proqnozlaşdırılır. Azərbaycanın tranzitdən ildə 50 milyon dollar gəlir götürəcəyi bildirilir. Sərnişin daşımalarına gəlincə isə ilk illərdə dəmir yolu xəttindən ildə 1 milyon insanın yararlanacağı deyilir.

Yeri gəlmişlən, BTQ marşrutu üzrə hərəkət edəcək sərnişin qatarları üçün Azərbaycan İsveçrənin “Stadler” şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal olunur. Eləcə də, Qazaxıstandakı lokomotiv zavodu BTQ ilə yük daşıınmasında istirak edəcək elə o sayda parovoz istehsalına başlayıb və artıq onlardan yarısı Azərbaycana gətirilib.

“Dəmir İpək Yolu” Tarixi İpək Yolunu təkrarlaya bilər. Gələcəkdə Yaponiya və Çinin də bu xəttin imkanlarından istifadə edəcəyi ehtimal olunur. Bu yol siyasi maraqlara xidmət etməyəcək bir xətt sayılır. Ona görə də ən faydalı, təhlükəsiz alternativ yol hesab edilir.

Tam on il sonra – 2017-ci il oktyabrın 30-da istifadəyə verilən dəmir yolu bu gün paytaxt Bakı şəhərindən başlamaqla Tiflisə, oradan da Türkiyənin Qars şəhərinə uzanır. Azərbaycan, Türkiyə və Gürcüstanı bir-birinə bağlayan bu dəmiryolu ilə Asiyadan məhsulları Avropaya cəmi 15, Çindən isə 18 günə çatdırmaq mümkün olub. Dəmir yolu hələlik 1 ildən artıqdır ki fəaliyyətdədir, amma 2020-ci ildə xətt vasitəsilə 3-5 milyon ton, 2022-ci ildə 6-8 milyon ton yük, eləcə də ildə 3 milyon sərnişin daşınacaq. İrəlidəki dönəmdə bu yolla ildə 17 milyon ton yükün daşınması nəzərdə tulutulur.

Bu yerdə qeyd edək ki, BTQ vasitəsilə sərnişin daşınmasına start veriləndən sonra Azərbaycana, eləcə də dəmir yolunun ərazisindən keçdiyi hər bir ölkəyə turist axını artacaq. Çünki hava yolunun qoyməti baha olduğundan məhz qatarla daha ucuz. Həm də sərgüzəştli səfərə çıxmaq istəyənlər çoxalacaq. Bu fikri bütün turiszm ekspertləri təsdiqləyir.

Qədim İpək Yolunu müasirləşdirmək, Avropa ilə Asiya arasında yeni ticarət yolları açmaq üçün Çinin dəstəklədiyi "Bir kəmər, bir yol" layihəsi çərçivəsində, artıq Rusiya vasitəsilə Avropa ilə ticarət müasirləşdirilmiş dəmiryolu ilə artmaqdadır.

Qeyd edək ki, BTQ-nin Asiya ilə Avropa arasında yükdaşımada əsas rəqibi Çindən Rusiya və Qazaxıstan vasitəsilə Avropaya keçən Yivu-London dəmir yoludur. Yəni Çinin Yivu şəhərindən başlayan dəmir yolu onsuz da Londonadək olan məsafədə Qazaxıstan və Rusiyadan keçməklə uzanırdı. Ona görə də BTQ-nin Orta asiya və Çinlə bağlanmasında Xəzər dənizi əngəl ola bilməyəcək. Hətta bərə gəmilərdən istifadə olunmasa belə, Rusiyadan azərbaycana uzanan dəmir yollarından yararlanmaqla bütöv dəmir marşrut davam edəcək. Təbii ki, Çin və digər o bölgənin ölkələrinə BTQ ilə yükləri Qafqaz, Türkiyə və Cənubi Avropa ölkələrinə, eləcə də Aralıq dənizindəki limanlara daşınması daha az vaxta və aşağı maliyyə xərci ilə başa gələcək. Bu elə Rusiya dəmir yollarının da xeyrinədir. Çünki Rusiya dəmir yol şəbəkəsi də avtomatik şəkildə BTQ-yə qoşulmuş olacaq ki, bu da onların Yaxın Şərqə və Cənubi Avropaya çıxış imkanlarını genişləndirəcək.

Bu yerdə Rusiya Dəmir Yolları şirkətinin vitse-prezidenti Aleksandr Mişarinin sözlərini xatırlamağa lüzum yaranır. O, bildirir ki, yaxın gələcəkdə Rusiya dəmir yollarının inkişafına, yenidənqurmasına və genişləndirilməsinə 43 milyard dollar dəyərində yatırım qoyacaqlar. Bu layihə çərçivəsində TransSibir və Baykal-Amur magistrallarının müasirləşdirilməsi üçün vəsait xərclənəcək.

Bu yerdə yada salaq ki, Çin də son illər ərzində ölkənin Daxili Monqolustan rayonunda ümumi uzunluğu 20 min kilometr olan yollar tikməkdədir və buna 15 milyard dollarlıq büdcə ayırıb. Bu halda Çin məhsulları Rusiyanın dəmir yolları şəbəkəsinə daha sürətlə çıxacaq və bütün bunların nəticəsində BTQ ilə daşınacaq yüklərin miqdarı artacaq.

Xatırladaq ki, Çin İranın Məşhəd və Tehran şəhərlərini birləşdirən yeni elektrik dəmir yoluna 1,6 milyard dollar investisiya yatırıb. Nəzərə alsaq ki, İran yüklərinin də Avropaya daşınması üçün BTQ əlverişli vasitədir və Tehran bu yoldan istifadəyə çox maraqlıdır, deməli, Çin BTQ-yə Rusiya deyil. İran ərazisindən keçməklə də qoşula bilər. Hansı ki, İran vasitəsilə yükdaşıma Çin üçün daha qısa vaxt aparacaq və az maddi xərc tələb edəcək.

Sual oluna bilər ki, Çin lokomotivləri İran dəmir yollarına necə daxil olacaq, məlumat verək ki, Çin qatarlarının onsuz da Qazaxıstan və digər Orta Asiya ölkələrinin dəmir yollarına çıxış imkanı var. Sadəcə yol şəbəkəsinin yenilənməsi müzakirə predmeti ola bilər ki, bu prosesə də çoxdan start verilib. Hətta bir neçə il əvvəl Türkmənistan və İran dəmir yollarınının birləşdirilməsi təntənəsini hamımız yaşadıq. Bütün bunlar Bakı-Tiflis-Qars dəmir yolu xəttinin gələcəkdə necə böyük rentabelli olacağını göstərir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019