Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“200-ə yaxın kənd və qəsəbənin elektrik enerjisi ilə təchizatı tam yenilənəcək” - MÜSAHİBƏ
Tarix: 07.02.2019 | Saat: 20:00:00
Bölmə:Müsahibə | çapa göndər

Tanrıverdi Mustafayev: “Prezident İlham Əliyevin nəzarəti və dəstəyi ilə “Azərişıq” ASC dörd ildə böyük uğurlara imza atıb”

Artıq 4 ildir ki, ölkəmizdə elektrik enerjisinin satışı və paylanılması "Azərişıq" ASC tərəfindən həyata keçirilir. Belə ki, ölkə prezidentinin 2015-ci il fevralın 10-da imzaladığı müvafiq sərəncamla “Bakıelektrikşəbəkə” ASC-nin bazasında “Azərişıq” ASC yaradılaraq Naxçıvan Muxtar Pespublikası istisna olmaqla ölkəmizin bütün paylayıcı şəbəkələri bu quruma həvalə olundu. “Azərişıq” ASC-nin yaradılmasının dördüncü ildönümu ərəfəsində Həftə içi qəzetinin müsahibi sözügedən qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevdir.


- Tanrıverdi müəllim, bu müddət ərzində “Azərişiq” tərəfindən ölkəmizin enerji təsərrüfatının yenilənməsi istiqamətində hansı addımlar atılıb?
- İlk öncə 2016-cı ildə “Bakıelektrikşəbəkə” ASC-nin yaradılması ilə illərcə yığılıb qalmış problemlərin həllinə başlanıldı. Prezident İlham Əliyevin birbaşa iştirakı və yaxından dəstəyi ilə həmin çözülməz məsələlər tarixin arxivinə qovuşdu.
Əvvəlcə paytaxt Bakıda paylayıcı şəbəkələr dünya meqopolislərinə uyğun, bəzi məqamlarda daha irəli texnologiya ilə yenidən quruldu. Strateji məqsəd kimi tam şaxələndirilmiş və fasiləsiz ekoloji təmiz elektrik enerjisi istehsalının təmin edilməsi, beynəlxalq göstəricilərə uyğun səmərəlilik və keyfiyyət standartlarının yaradılması, elektrik enerjisi sahəsində məqsədləri reallaşdırmaq üçün əsas hərəkətverici mexanizmlərin işə salınması müəyyənləşdirildi. Aparılan yenidənqurma işləri nəticəsində Bakı şəhəri üzrə elektrik şəbəkəsinin qoyuluş gücü 2006-cı ildəki 3 048 MVA-dan 2018-ci ilə 7 000 MVA-ya qaldırıldı. Texniki itkilər 16,9 faizdən 7,8 faizə endirildi. Bu müddət ərzində güc defisiti və ifrat yüklənmələr dəf edildi. Sözsüz ki, əldə olunan uğurlu nəticələr ölkə başçısı tərəfindən yüksək qiymətləndirildi və 2015-ci ilin fevral ayının 10-da prezident İlham Əliyevin 1045 saylı sərəncamına əsasən “Bakıelektrikşəbəkə” ASC-nin bazasında “Azərişıq” ASC yaradılaraq respublikamızın (Naxçıvan MR xaric) bütün paylayıcı şəbəkələri kollektivə etibar edildi. Prezident İlham Əliyevin “İşıqlı Azərbaycan” layihəsinin reallaşdırılması çərçivəsində bu işin yeni yaradılan “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə tapşırılması qürurverici faktdır. Hazırda respublikamızın 57 rayon və şəhərini əhatə edən “Azərişıq” ASC 7 regional enerji təchizatı satış idarəsi üzrə fəaliyyət göstərir. Səhmdar Cəmiyyətin əsas missiyası istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli elektrik enerjisi ilə təchiz etmək; yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə etmək; elektrik enerjisi istehsalçıları ilə əməkdaşlıqda diversifikasiyanı təmin etmək; ən müasir texnoloji yeniliklərə əsaslanan idarəetməni formalaşdırmaq; istehlakçılara göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə təmin etmək və daim təkmilləşdirmək; elektrik enerjisinin texnoloji sərfiyyatını minimum səviyyəyə endirmək və sairədir. Təkcə bir faktı deyim ki, “Azərişıq” ASC yaradıldıqdan sonra da paytaxt Bakıda aparılan yenidənqurma işlərinin miqyası səngimədi. Ötən dörd il ərzində paytaxt Bakıda və Bakı ətrafı qəsəbələrdə 7 ədəd 110- kV-luq yarımstansiya, 25 ədəd isə 35 kV-luq yarımstansiya tikilib və ya yenidən qurularaq gərginlik altına verilib. Paytaxtın inkşafda olan infrastrukturuna uyğun olaraq bu müddət ərzində müasir tələblərə cavab verən 780 ədəd KTM quraşdırılıb, 9 ədəd PQ (6-10 kV) tikilib, 50 min 74 ədəd müxtəlif tipli dayaqlar basdırılıb. Paytaxt və ətraf qəsəbələr boyu müxtəlif gərginlikli ümumilikdə, 6170 km uzunluğunda elektrik naqilləri çəkilib. Bundan başqa, yaradıldığı çox qısa müddət ərzində, 2015-ci ildə “Azərişıq” ASC 3 yeni 110 kV-luq yarımstansiyanın inşasını başa çatdırdı. Bakı şəhərində “Buzovna-2”, Şəki rayonunda “Göynük” və Gədəbəy rayonunda “Gədəbəy”. Digər tərəfdən, 110 kV-luq 100-ə yaxın yarımstansiya təmir olundu. 35 kV-luq gücündə 22 yeni yarımstansiya istifadəyə verildi. Həmin gücdə 400-dək yarımstansiya təmir olundu. Xüsusilə nəzərə almaq lazımdır ki, ötən dörd il ərzində bu işlər əlavə investisiya vəsaitləri cəlb etmədən -”Azərişıq”ASC-nin tam daxili resursları hesabına həyata keçirilir. Hazırda 110 kV-luq şəbəkələr üzrə 12 ədəd - 110 kV-luq, 35 kV-luq şəbəkələr üzrə isə 41 ədəd 35 kV-luq yarımstansiya tikilir. 10 ədəd ofis binasının tikintisi aparılır. Ümumilikdə ötən 12 il ərzində belə ofis binalarının sayı 60-dan yuxarıdır. Ölkəmizin bütün rayon mərkəzlərində, qəsəbə və kəndlərində yararsız, istismar müddəti başa çatmış köhnə transformatorlar yeni tip, qapalı komplekt transformator məntəqələri (KTM) ilə əvəz olunur. Səhmdar Cəmiyyət respublikamızın bütün şəhər və rayonları, kənd və qəsəbələrində, hətta ən keçilməz dağ silsilələrində, ən ucqar yaşayış məskənlərində belə, genişmiqyaslı işlər görməkdədir. “Azərişıq” ASC dörd ildir ki, sərasər müharibə şəraitində olan ölkəmizdə cəbhə bölgəsində yerləşən rayonlara da xüsusi diqqət və qayğı göstərilir. Düşmənlə təmas xəttində yerləşən Tərtər, Ağdam və Füzuli rayonlarında köhnəlmiş, istismara yararsız elektrik dayaqları dəyişdirilir, naqillər, transformatorlar yeniləri ilə əvəz edilir və müasir tipli yarımstansiyalar quraşdırılır. Bu bölgələrin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təminatı daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin “Işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 24 yanvar 2017-ci il tarixli sərəncamının icrası ilə əlaqədar müvafiq infrastrukturun yaradılması, o cümlədən ərazidə elektrik təsərrüfatının bərpa edilməsi istiqamətində “Azərişıq” ASC tərəfindən genişmiqyaslı işlər aparılıb. Səhmdar Cəmiyyət tərəfindən Cocuq Mərcanlı kəndi ərazisində müasir standartlara cavab verən 35/10 kV-luq yeni yarımstansiya inşa edilib.
- Bəs, 2019-cu ildə qurumun fəaliyyət planına əsasən hansı məsələlər daxil edilib?
- Təbii ki, görülən işlər bu il də davam etdiriləcək. Əsas məqsəd isə ölkə üzrə bütün abonentlərimizin fasiləsiz olaraq elektrik enerjisi ilə təminatı və bu sahədəki itkilərin aradan qaldırılmasıdır. Bununla bağlı tədbirlər planına əsasən, demək olar ki, hər həftə müxtəlif ərazilərə mal və materiallar göndərilir. Belə ki, artıq Beyləqan, Şamaxı və Abşeron rayonlarına zəruri mal və materiallar göndərilib. Müvafiq tədbirlər planına uyğun olaraq 200-ə yaxın kənd və qəsəbənin elektrik enerjisi ilə təchizatı tamamilə yenilənəcək.
- Əhali və qeyri-əhali qrupu üzrə abonentlərin sayğacla təminatı istiqamətində görülən işlər barədə nə deyə bilərsiniz?
- Bir məqamı qeyd edim ki, son 13 il ərzində 1 milyona yaxın elektron-rəqəmsal sayğaclar istismara verilərək uçot komplekti ilə təchiz ediliblər. İlk dəfə olaraq, insan faktoru təsirinin minimallaşdırılması məqsədilə, məsafədən oxunma cihazları olan “Alfa metronika RTU” alış nöqtələrində quraşdırıldı və xüsusi proqram təminatı mərkəzi idarəetmə bazasına inteqrasiya edildi. Hazırda “Elster” tipli sayğaclar, quraşdırılma və istismar yerindən asılı olaraq: saatlıq, sutkalıq, həftəlik və aylıq (cari ay və ya 4 həftə müddəti götürülür) sərfiyyat göstəricilərini virtual yaddaş blokunda toplayır, avtomatik olaraq mərkəzə ötürür (əvvəlcədən qurulmuş virtual ssenari üzrə), eyni zamanda, istənilən müdaxilə və ya istismar şərtlərini pozan şərait yarandığı hallarda sayğac mərkəzə müvafiq xəbərdarlıq (alarmtipli) məlumatlarını da çatdırır. Generasiya olunan informasiyalar şifrələnir, mərkəzə çatdırıldıqda isə deşifrə olunaraq xüsusi cədvəllər şəklində monitorda əks etdirilir. Bu günədək 500-dən çox bu tip sayğaclar quraşdırılıb və uğurla istismar olunur.
2011-ci ildən tətbiqinə start verilmiş SMS Smart sayğacların istismarını tam şəkildə həyata keçirmək məqsədilə, müəssisənin intellektual texnologiyalar mütəxəssisləri tərəfindən xüsusi SİMS proqram təminatı işlənib hazırlanıb. Bu proqram vasitəsilə SMS Smart sayğacların oxunması, balans artırılması, alarm - xəbərdarlıq mesajlarının alınması, məsafədən tarif cədvəlinin qurulması, abonentin ödənişləri/sərfiyyatı (gündəlik, həftəlik, aylıq,yarım illik və illik) haqda tam məlumatların alınması/verilməsi, abonentin mobil telefonuna faydalı məlumatların ötürülməsi təmin edilir. SMS Smart tipli sayğaclar GSM - mobil rabitə kanalı vasitəsilə, şifrələnmiş informasiya mübadiləsi rejimində fəaliyyət göstərir və funksional imkanları tətbiq şəraitinə uyğun qabaqcadan proqramlaşdırılır. 2011-2018-cı illər ərzində 100 mindən artıq SMS Smart sayğac paytaxt rayonlarında və ölkəmizin müxtəlif regionlarında quraşdırılaraq istifadəyə verilib. Bundan başqa, əhali və qeyri-əhali istehlakçı qrupuna aid sifarişçilərin enerji təchizatı şəbəkəsinə qoşulması və sayğacların quraşdırılması “Azərişıq” ASC-nin yeni elektron xəritə sistemi vasitəsi ilə həyata keçirilir. “ASAN xidmət” mərkəzlərinin birgə fəaliyyəti ilə vətəndaşlara göstərilən xidmətdə mütəmadi yeniliklər edilir. Belə yeniliklərdən biri də Səyyar “ASAN Kommunal Xidmət” vasitəsidir. Evinə, bağına və ya tikinti obyektinə işıq çəkdirmək istəyən vətəndaş Səyyar “ASAN Kommunal Xidmətə” sənədlərini təqdim edir. Qeyd olunan obyekt elektron xəritənin məlumat bazasında müəyyən edilir və şəbəkəyə qoşulması üçün məsafə, lazım olan mal-material, işin həcmi və görüləcək işlərin dəyəri müəyyənləşdirilir. Sifarişçi tərəfindən görüləcək işlərin dəyəri ödənildikdən sonra “Azərişıq” ASC-nin əməkdaşları operativ göstərilən ünvana yollanır, vətəndaşın obyektinə elektrik enerji xətti çəkilir, abonent üçün sayğac qurlaşdırılır.Əvvəllər müraciətləri qeydə almaq, araşdırmaq, baxış keçirmək, məsafəni ölçmək, hesablamaq, qoşulma ilə bağlı xərclər, elektrik xəttini çəkmək və elektrik sayğacı quraşdırmaq üçün 10 gün vaxt lazım olurdusa, indi bir iş günü ərzində həllini tapır,şəffaflıq tam təmin olunur. Onu da qeyd edim ki, “ASAN Xidmət”lə “Azərişıq” ASC-nin birgə göstərdiyi xidmətlər təkcə abonentlərin enerji təchizatı şəbəkəsinə qoşulması prosesi ilə yekunlaşmır. Eyni zamanda abonentlərin elektrik enerjisinə ödənişlərinin (borclarının) araşdırılması, əhali və qeyri-əhali istehlakçısının ad dəyişməsi, üzləşmə aktlarının təqdim olunması, abonentin geniş tarixçəsinin verilməsi, smart kartların bərpası və yenilənməsi və s. xidmətlər göstərilir. Bütün bu müraciətlər “bir pəncərə” prinsipi əsasında təmin olunur. İstehlakçının istənilən tələb və təklifini dərhal etmək üçün səhimdar cəmiyyətdə “Qaynar xətt” fəaliyyət göstərir. Abonentin çağrışını dərhal icra etmək üçün “Qəza xidməti” də fəaliyyətdədir.
- Borclu abonentlərlə bağlı vəziyyət necədir? Son illərin statistikası borclu abonentlərin sayının artdığını, yoxsa azaldığını göstərir?
- Sözsüz ki, elektrik enerjisinə borcu olan abonentlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Biz abonentlərlə qarşılıqlı inam şəkilində işləyirik. Hətta elə abonentlərimiz var ki, ödənişləri vaxtından əvvəl ödəyirlər. Ümumiyyətlə isə görülmüş işlər nəticəsində istehlakçılara satılan faydalı elektrik enerjsinə görə ümumi yığım səviyyəsi 95 faizə çatdırılıb.
- Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsində planlaşdırılmış tədbirlər üzrə icraçı qurumlardan biri də "Azərişıq" ASC-dir. Indiyədək sözügedən sənəddə əksini tapan məsələlərlə bağlı hansı işlər görülüb?
- Azərbaycan Respublikasında Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsinə uyğun olaraq “Azərişıq” ASC-yə aid 3 strateji hədəf, 3 prioritet istiqaməti əhatə edən 11 tədbir üzrə müvafiq işlər tamamilə yerinə yetirilib. Belə ki, “Azərişıq” ASC tərəfindən 2025-ci ilədək respublika üzrə elektrik enerjisinə olan tələbatın proqnoz göstəricilərinə dair məlumatlar hazırlanaraq, “Azərenerji” ASC ilə razılaşdırılıb, həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 2030-cu ilə qədər tikintisi nəzərdə tutulan obyektlərin elektrik enerjisinə olan tələbatın proqnoz göstəriciləri hazırlanaraq Energetika Nazirliyinin işçi qrupuna təqdim edilib. Bir sözlə, respublikanın bütün istehlakçılarının fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində “Azərişıq” ASC tərəfindən həyata keçirilən tədbirlər davam etdirilməkdədir.

Sevinc Osmanova



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019