Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Prezidentin ağbirçəyin əlindən öpməsi onun vətəndaşa olan səmimiyyətindən irəli gəlir” – Azər Badamov
Tarix: 08.02.2019 | Saat: 13:24:00
Bölmə:Siyasət | çapa göndər

Fevralın 7-də ölkə başçısı İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxı rayonuna səfər etdi. Dövlət başçısı zəlzələdən zərər çəkən tikililərə baxdı. Sakinlərlə söhbətləşdi.

Şamaxı şəhərinin Salman Mümtaz küçəsində Rasim Həsənova məxsus 33 nömrəli evə baş çəkən Prezident İlham Əliyevə məlumat verildi ki, ikimərtəbəli, beş otaqlı evin iki otağı tamamilə dağılıb, ev qəzalı vəziyyətə düşüb. Ölkə bşaçısını evin ağbirçəyi qarşıladı: - Xoş gəlmisiniz, Allah Sizi var eləsin – dedi. Prezident ağbirçək xanıma yaxınlaşaraq -sağ olun, yeni ev tikiləcək, narahat olmayın – deyə ailəyə ürək-dirək verdi.

Sonra ölkə başçısı ağbirçək xanımın əlindən tutdu. Onun əlindən öpdü. Prezidentin bu addımı ölkə ictimaiyyəti tərəfindən çox isti qarşılandı. Təqdir olundu. Hər kəs prezidentin bu addımını, eləcə də zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqları çox yüksək qiymətləndirdi. Dövlətin, dövlət başçısının sadə vətəndaşın yanında olması nümunəsi kimi səciyyələndirdi.

Millət vəkili Azər Badamov hafta.az-a açıqlamasında bildirdi ki, ölkə başçımız İlham Əliyev ilk dəfə prezident seçilərkən xalq qarşısında çıxışı zamanı qeyd etmişdi ki, mən hər bir azərbaycanlının prezidenti olacağam. Bu illər ərzində möhtərəm dövlət başçımızın hakimiyyəti dövründə hər bir azərbaycanlı hiss elədi ki, onun prezidenti cənab İlham Əliyevdir: “Son 15 il ərzində ölkə başçımız sosial vəziyyəti ağır olan insanların yanında oldu. Qaçqın və məcburi köçkünlərə yüzlərlə mənzilin verilməsi təmin edildi. Onların müvavinəti, təminatı və sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində işlər görülüb. Sosial durumu aşağı olan insanları özünü məşğulluq proqramına cəlb etməklə ildə 6-7 min ailəyə öz iş yerlərini qurmağa imkan yaradıb. Şəhid vərəsələri ilə görüşdə prezidentin şəhid ailələrinə səmimi münasibəti və onlara 135 milyon manat məbləğində vəsaitin ödənilməsi, heç bir şəhid vərəsəsinin kənarda qalmaması ilə bağlı tapşırıq verməsi bir daha onu göstərir ki, ölkə başçımız hər zaman Azərbaycan vətəndaşını düşünür”.

Millət vəkili bildirib ki, gənclərlə görüşdə prezidentin bizim gənclərə, gələcək nəslə inamı təqdim olundu: “Gənclərimizin düzgün istiqamətdə inkişaf etdirilməsi, müasir cəmiyyətin idarəetmə sistemində gənclərin rolunun artmasının vacibliyinə toxunan cənab prezident onlara tövsiyyələrini verdi: “Ölkə başçısının gənclər qarşısında qoyduğu vəzifələr onu deməyə imkan verir ki, cənab prezident ölkəmizin gələcəyini düşünür. Ölkəmizin gələcəyi onu hər zaman düşündürüb”.

Azər Badamov deyib ki, fevralın 7-də ölkə başçısımızın zəlzələ bölgəsinə səfəri və həmin səfər çərçivəsində zəlzələdən əziyyət çəkmiş insanların qarşısına çıxaraq onlarla səmimi görüşlər keçirməsi təqdirəlayiq haldır. Həmin görüş zamanı ölkə başçısımızın –mən buraya gəlməyə bilməzdim – ifadəsini işlətməsi bir dövlət başçısının hər bir vətəndaşın prezidenti olmasının göstəricisidir: “Ölkə başçısı Şamaxıda insanlarla görüşərkən – siz heç nədən narahat olmayın, bütün bu fəsadlar dövlət tərəfindən qarşılanacaq- deməsi vətəndaşlara dövlətin və ölkə rəhbərinin qayğısının təcəssümüdür. Ölkə başçımızın zəlzələ bölgəsində konkret tapşırıqlar verməsi insanlarımızda böyük ruh yüksəkliyi yaratdı. Eyni zamanda, prezidentimizə böyük etimadın mücəssəməsidir. Bu cür diqqətin qarşılığını vətəndaşlarımız – cənab prezident, biz sizə arxayınıq, siz də bizdən arxayın ola bilərsiniz, biz sizinlə fəxr edirik, qürur duyuruq – ifadələrinin işlədilməsi əlbəttə ki, təsirli anlardır. Bu Azərbaycan vətəndaşının öz prezidentinə olan məhəbbətinin ifadəsidir. Ölkə başçımızın zəlzələdən zərər görmüş ailənin ağbirçəyi ilə yaxından görüşməsi, onun əlindən tutması, əlindən öpməsi təbii ki, prezidentin vətəndaşa olan səmimiyyətindən, böyük hörmətindən irəli gəlir. Təbii ki, belə bir ölkə başçısı olan xalq öz prezidenti ilə fəxr etməlidir. Bütün bunlar onu göstərir ki, hər bir çətin anda prezident Azərbaycan vətəndaşının yanındadır. Təkcə ölkəmizdə yox, xaricdə də - harada olursa olsun – ölkəmizin prezidenti Azərbaycan vətəndaşının qarantıdır. Ölkə rəhbəri zəlzələ bölgəsinə baş çəkməklə bir daha hər bir azərbaycanlının prezidenti olduğunu göstərdi”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019