Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Həftənin “kövrək siyasətçisi” - HƏFTƏ REYTİNQ
Tarix: 08.02.2019 | Saat: 18:30:00
Bölmə:Həftə-Reytinq | çapa göndər

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-da təhsil alan türk və azərbaycanlı tələbələrlə görüşdü. Görüş Azərbaycanın Vaşinqtondakı nümayəndəliyində baş tutub. İqamətgaha gələn Çavuşoğlunu binanın önündə rəsmi şəxslərlə yanaşı, azərbaycanlı şagirdlər qarşılayıb. Onların sözləri və səsləndirdiyi şeir türk naziri kövrəldib. Uşaqlardan biri Çavuşoğluna “Bu gün Azərbaycan evində ailəmizin bir üzvü kimi sizi qarşıladığımız üçün çox şadıq. Xoş gəlmişsiniz!” deyib, digər şagird isə Bəxtiyar Vahabzadənin “Azərbaycan- Türkiyə” şeirini səsləndirib. Nazir hər iki şagirdə təşəkkür edib.


Həftənin “qocaman Azərbaycan generalı”

 

Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəhbəri, prezidentin hərbi məsələlər üzrə sabiq köməkçisi, ehtiyatda olan general-polkovnik, 96 yaşlı Tofiq Ağahüseynov mediaya açıqlamasında Azərbaycan səmasında iki İran təyyarəsinin vurulmasına əmr verməsindən danışdı: “ Bu hadisə 1976-cı ildə baş verib. O zaman SSRİ Müdafiə Nazirliyi Bakı və Zaqafqaziya Hərbi Dairəsi Hava Hücumundan Müdafiə Komandanının birinci müavini vəzifəsində çalışırdım. SSRİ hava sərhədlərini pozduğuna görə, iki İran təyyarəsi Azərbaycan ərazisində mənim əmrimlə vuruldu. Bununla bağlı komissiya təşkil edilmişdi və bu məsələni araşdırdılar. Araşdırmadan sonra da belə qərar qəbul etdilər ki, o təyyarələr mənim əmrimlə doğru olaraq məhv edilib... O vaxt Brejnev bu məsələni bizim xeyrimizə həll etdi, bildirdi ki, mən düzgün qərar vermişəm. Brejnev bunu deyənə qədər isə məni təqsirləndirənlər də var idi ki, düz etməmişəm, gərək gözləyəydim...”.


Həftənin “xilaskar türk oğlu”

 

Almaniyada 24 yaşlı türk Muhammed onlarca insanın həyatını xilas etdi. Duisburqdan Bruckhausenə gedən 905 nömrəli sərnişin avtobusunun sürücüsünün sükan arxasında ürəyi gedib. Bunu görən Muhammed tez müdaxilə edərək avtobusu təhlükəsiz bir şəkildə dayandırıb. Nəticədə onlarca sərnişinin həyatı xilas olub. Muhammedin ünvanını müəyyən edən polis ona bu cəsarətinə görə təşəkkür edib. “DVG” avtobus şirkəti isə türk gənci bu cəsarətinə görə mükafatlandırıb. Muhammed bundan sonra ömür boyu bu şirkətə aid olan ictimai nəqliyyat vasitələrindən pulsuz istifadə edəcək.


Həftənin “abırsız siyasətçisi”


Braziliyalı senator Ana Paula da Silva açıq-saçıq geyimi ilə sosial şəbəkədə qalmaqal yaratdı. Dövlət rəsmisi Braziliya parlamentində keçirilən innaqurasiya mərasiminə dərindekolteli al-qırmızı kostyumda qatılıb. Senator cazibədarlığı ilə tərəfdaşlarını heyran etsə də, rəqiblərinin qəzəbinə tuş gəlib. Ana özünü feminist hesab edir. Senator qeyd edib ki, o, açıq-saçıq geyimi ilə kişilərə qadının azad və müstəqil olmasını bir daha xatırlatmaq istəyib.


Həftənin “ikinci ən bahalı vegetarian məhsulu”


Azərbaycanda yetişdirilən Abşeron zəfəranı 12 ən bahalı vegetarian məhsul arasında ikinci yeri tutdu. "Luxurylaunches" saytında bu haqda yazılan məqalədə qeyd olunur ki, bir kiloqram Abşeron zəfəranının qiyməti 11 min dollardır. Məqalədə vurğulanır ki, Azərbaycan zəfəranın sənaye istehsalı sayəsində ildə 142,6 milyon dollar qazana bilər. 0,5 kiloqram quru zəfəranın alınması üçün 75 mindən çox çiçəkdən istifadə olunur:"Abşeron zəfəranı təkcə ekzotik ədviyyat deyil, həm də müalicə xarakteri daşıyır". Ən bahalı vegetarian məhsul isə Yaponiyada yetişdirilən "Kral Yubari" yemiş sortudur. Bunun qiyməti 12 min dollara bərabərdir.


Həftənin “gelandevagenlisi”


Nəsiminin qəzəlinə bayağı musiqi ilə mahnı oxuyan müğənni Afət Fərmanqızına canlı yaymda bahalı maşın hədiyyə olundu. "Hər şey daxil" verilişində qonaq olan müğənninin gözünü bağlayıblar. Aparıcı Tarix Əliyev (Tolik) bildirib ki, onu kanalın həyətində hədiyyə gözləyir. Canlı yayım zamanı məlum olub ki, bir nəfər müğənniyə "Gelandewagen" hədiyyə edilib. Afət gözləri açılanda çox təəccüblənib. Ancaq Tolik ona təkidlə suallar verərək hədiyyədən xəbəri-olub olmadığını soruşub. Afət isə bu hədiyyədən xəbərsiz olduğunu bildirib.


Həftənin “ağlağan oğrusu”


Abşeronda ev və maşınlardan oğurluq edən şəxs tutuldu. Rayon polis idarəsi əməkdaşlarının isti izlərlə saxladığı şəxs bu hadisəni törədərkən içkili olduğunu bildirib. O, əməlini etiraf edərkən ağlayıb. Abşeron Rayon Polis İdarəsinə, Xırdalan şəhəri Quşçuluq yaşayış massivində, mənzildən və avtomobillərdən oğurluq edilməsi barədə məlumat daxil olub. İsti izlərlə hadisəni törədən Quşçuluq massivindəyaşayan Razi Kərimov saxlanılıb. O, iki avtomobilin akkumulyatorunu çıxararaq oğurlayıb. Saxlanılan şəxs ilkin ifadəsində bildirib ki,yaşadığı əraziyə yaxın yerdə yenicə tikilmiş bir evdən elektrik kabellərini də oğurlayıb. Faktla bağlı Abşeron Rayon Pois İdarəsində araşdırmalar aparılır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019