Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Biz şəhid ailələri həmişə Prezidentlimizlə bir olmuşuq”
Tarix: 09.02.2019 | Saat: 11:22:00
Bölmə:Sosial | çapa göndər

Ölkə başçısının şəhid ailələri ilə görüşü hər bir şəhid ailəsi tərəfindən təqdirlə qarşılanıb. Maştağa qəsəbəsində yaşayan şəhid yaxını Valeh Hadıyev “Həftə içi”nə bildirib ki, qardaşı Saleh Sabir oğlu Hadıyev 1995-ci il noyabr ayının 12-də Murovdağda gedən qanlı döyüşlərdə həlak olub. Bu yaxınlarda bir şəhid ailəsi kimi prezidentimizin qəbulunda mən də var idim:

«Prezident çox sadə və humanist insandır. Hər bir şəhid ailəsini dinlədi və onların problemləri ilə tanış olduqdan sonra nazirliklərə və rayonların icra hakimiyyəti başçılarına öz göstəriş və tapşırıqlarını verdi. On min manat birdəfəlik ödəməni almaq üçün artıq sənədlərimiz toplanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilib, bu yaxınlarda veriləcək. Prezidentin bu humanist addımını alqışlayırıq. İmkansız şəhid ailəsi üçün böyük köməklikdir. Hətta bizi mənzil növbəsinə də yazdılar. Bu yaxınlarda mənzil də alacağıq. Ölkə başçısının qayğısı sahəsində bütün problemlərimiz öz həllini tapıb. Prezidentimiz olduqca ağıllı, müdrik və uzaqgörən siyasətçidir. Onun xarici və daxili siyasətinin nəticəsidir ki. ölkəmizdə sabitlikdir, əmin-əmanlıq hökm sürür. Yaşadığımız Maştağa qəsəbənin yolları asfaltlanıb. Abadlıq işləri aparılıb. Bir sözlə, qəsəbədə sakinlərin istirahəti və yaşaması üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyevə ailəmiz adından minnətdarlığımızı bildiririk. Biz şəhid ailələri həmişə prezidentimizlə bir olmuşuq və bundan sonra da bir olacağıq.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.03.2019
19.03.2019