Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qazaxda müəllim məktəbdə həlak oldu - GÜNÜN TƏZADLARI
Tarix: 08.02.2019 | Saat: 20:00:00
Bölmə:Günün təzadları | çapa göndər

Qazax rayonunda müəllim çalışdığı məktəbdə vəfat etdi. Hafta.az yazır ki, "Report"un Qərb bürosunun məlumatına görə, hadisə 2 nömrəli orta məktəbdə qeydə alınıb. Belə ki, məktəbin idman müəllimi, 46 yaşlı Emin Mirzəyevin müəllimlər otağında qəfildən halı pisləşib və yerə yıxılaraq ölüb. İlkin olaraq onun infarkt keçirərək öldüyü bildirilir. 

Faktla bağlı araşdırma aparılır.


Azərbaycanda yüksək vəzifəli şəxs canlı yayıma çıxdı


Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov "Facebook” sosial şəbəkəsində sualları canlı yayımda cavabladı. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, DMX rəisi, təxminən, bir saat ərzində sosial şəbəkə istifadəçilərinin suallarına cavab verib. Dövlət Miqrasiya Xidmətində işə düzəlməklə bağlı suallar üstünlük təşkil edib. V. Hüseynov bildirib ki, vətəndaşlar bir çox hallarda sosial şəbəkə vasitəsilə ona CV-lər göndərirlər. Həmin CV-lərə baxılsa da, işə qəbul müsabiqə əsasında keçirilir. Suallar arasında ikinci yerdə vətəndaşlığa qəbul və vətəndaşlıqdan çıxma ilə bağlı olub. DMX rəisi bu formatlı ünsiyyəti davam etdirməyə çalışacağını deyib.


Şəkidə mikroavtobus qadını sürüdü


Şəki rayonunda mikroavtobus paltarı qapı arasında qalan qadın sərnişini sürüdü. Hafta.az yazır ki, “Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, Şəki şəhər sakini, 1969-cu il təvəllüdlü Zinyət Hünbət qızı Həsənova şəhər ərazisində marşrut xətti ilə hərəkət edən mikroavtobusdan düşən zaman paltarı qapının arasında qalıb. Bundan xəbərsiz olan sürücü mikroavtobusu hərəkət etdirib və qadını xeyli məsafədə sürüyüb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan Z.Həsənova Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.


Ronaldunun anası xərçəngə tutuldu


Turinin "Yuventus" futbol klubunun və Portuqaliya millisinin hücumçusu Kriştian Ronaldunun 64 yaşlı anası Doloreş Aveyruya süd vəzisi xərçəngi diaqnozu qoyuldu. Hafta.az "Report"a istinadla xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb. Bildirilir ki, Doloreş İtaliyaya, oğlunun 35 illiyinə səfəri ərəfəsində sağlamlığında problemlərin olduğunu etiraf edib. "Məni Madriddə digər döşümdə əməliyyat etdilər, şüa terapiyasını keçdim və indi həyatım üçün mübarizə aparıram", - deyə Ronaldunun anası Portuqaliya telekanallarından birinin efirində deyib. Doloreş həmçinin etiraf edib ki, onun qohumlarından heç kim əməliyyat barədə bilmir. Ronaldunun anası artıq 2007-ci ildə süd vəzisi xərçənginə qalib gəlib. Onda sinəsinin şağ hissəsindəki şiş aradan qaldırılmışdı. Sonra o, uğurlu şüa terapiyası kursu keçib.


“Fastfud” yeməkdən qurtuldu – 82.5 kq atdı


Kanadada yaşayan 172 kilo çəkisi olan qız “fastfud” asılılığından qurtuldu və 82.5 kilo atdı. Hafta.az Musavat.com-a istinadla yazır ki, bu barədə “Daily Mail” nəşri xəbər verib. Alişa Makneyr məktəbdə oxuyan vaxt xeyli kökəlib. O, arıqlamağı çox arzulasa da, özünü dietaya məcbur edə bilmirdi. Həmyaşıdlarının ona qarşı etdiyi həqarət və sataşmalara görə 14 yaşında məktəbi atıb. O, çəkisi 172 kiloya çatana qədər kökəlib. “Mənim əcaib bir vərdişim vardı ki, yeməkləri daha çox tinlərdəki kiçik kafelərdən alırdım. Bəzən mən bir naharda doymaq üçün beş ayrı fastfood kafesinə girirdim”. Qızın 17 yaşı olanda qazlı içkilərə meyl edib. “Bəzən nəfəs almağa çalışanda anlayırdım ki, mənim iki yolum qalıb: ya ölməli, ya da dəyişməliyəm”, - bunu da qız deyib. İlk vaxtlar o, daha çox yeriməyə və özünə sağlam menyu qurmağa çalışırdı. Daha sonra “fastfud”dan tamamən imtina etdi və idman zallarına baş çəkməyə başlayıb. “İndiyə qədər mən 82.5 kilo atdım. Bu isə mənim çəkimin yarısı deməkdir” - Makneyr belə deyib. Hazırda onun 21 yaşı var. İndi o, fitneslə məşğul olur və fərdi trener olmağa çalışır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019