Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Atamın müalicəsini Mərkəzi Klinik xəstəxana öz üzərinə götürüb - Meyxanaçı Kərimin oğlu
Tarix: 09.02.2019 | Saat: 13:28:00
Bölmə:Sosial | çapa göndər

Ağır xəstəlikdən sonra ayaqları tutulan meyxanaçı Kərim Novruzovun müalicə xərclərini Heydər Əliyev Fondu qarşılayacaq.

Bununla bağlı hafta.az-ın suallarını sənətçinin oğlu Kamil Novruzov cavablandırıb.

- Hazırda atanızın vəziyyəti necədir?

- Problemlər əsasən ayağındadır. Bu gün Mərkəzi Klinik Xəstəxanaya gətirmişik. Bazar ertəsindən müalicəsi başlayacaq. Bu gün isə hələlik müayinələr aparılır.

- İndiyə qədər atanızla maraqlanan olurdumu?

- Bəli, çox adam zəng edib. Bir-bir ad çəkmək vaxt itkisi olardı. Allah hamısından razı olsun.

- Maddi dəstək olmaq istəyənlər heç olubmu?

- Yardım edənlər də olub. Yardım edənlər də, etməyənlər də çox sağ olsunlar.

- Atanızın müalicəsini Heydər Əliyev Fondu qarşılayacaq. Hansı ölkədə müalicəni davam etdirmək düşünürsüz?

- Allaha şükür Azərbaycan hərcür xəstəliyin müalicəsi var. Həkimlərimiz savadlıdırlar. Mərkəzi Klinik xəstəxana öz üzərinə götürüb. Ramilə həkim var. O dedi ki, mən özüm sağaldacam. Çünki əvvəl mənə zəng vurub soruşmuşdular, harada yatır? Mən də Mərkəzi Klinik Xəstəxanada yatırdı, imkan olmadığı üçün çıxartdığımızı dedim. Onlar da klinika ilə danışdıqlarını, hər cür şəraitin yaradılacağını bildirdilər. Mülaicə üçün nə qədər xərc lazımdır o hələ bilinmir. Çünki ola bilsin müayinələrdən sonra bir aya sağalsın. Müalicənin gedişindən asılıdır.

- Atanız bilirmi Heydər Əliyev Fondu onun müalicəsini qarşılayacaq?

- Hə, artıq demişik, bilir. Atamın səhhəti ilə bağlı maraqlanan, dəstək göstərən hamıya təşəkkür edirik.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019