Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət
Tarix: 10.02.2019 | Saat: 11:53:00
Bölmə:Sosial | çapa göndər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-90 faizini təşkil edir.

Hafta.az Nazirliyə istinadən bildirir ki, tranzit çaylarda hazırki vəziyyətə gəlincə, fevralın 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 125 m3/s olmaqla ongünlük normanın 75 faizini təşkil edir. 2018-ci ildə isə bu rəqəm 195 m3/s olmaqla ongünlük normanın 117 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 64 m3/s olmaqla, ongünlük normanın 93 faizini təşkil edir. 2018-ci ildə isə bu göstərici 43 m3/s təşkil edərək ongünlük normanın 63 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, fevralın 8-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Şirvan məntəqələrində 2, Bankə və Salyanda 1 sm azalma, Araz çayının Novruzlu məntəqəsində isə 2 sm artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 419 sm (2018-ci il fevralın 08-də 360 sm), Şirvanda 301 sm (2018-ci il fevralın 08-də 233 sm), Salyanda 266 (2018-ci il fevralın 08-də 199 sm), Bankədə 235 sm (2018-ci il fevralın 08-də 199 sm), Araz çayının Novruzlu məntəqəsində isə 155 sm (2018-ci il fevralın 08-də 105 sm) təşkil edir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019