Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Şəbəkə"nin fəaliyyətində fərqlənən əməkdaşlara “Azərpoçt"un təşəkkürnamələri təqdim olunub - FOTO
Tarix: 10.02.2019 | Saat: 14:30:00
Bölmə:Sosial | çapa göndər

Fevralın 10-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə "Azərpoçt" MMC-nin tərkibində yaradılan "Şəbəkə" xidmət mərkəzlərinin fəaliyyətə başlamasından 2 il keçir. Bu münasibətlə "Şəbəkə"nin rəsmi “facebook” səhifəsində maraqlı müsabiqə keçirilib. Müsabiqədə iştirak edən, mövcud "Şəbəkə" mərkəzlərinin göstərdiyi xidmətlər barədə məlumatlı olan və üç suala doğru cavab yazan ilk beş izləyici qalib elan olunub.

Hafta.az xəbər verir ki, qaliblər "Şəbəkə"nin ad günündə - yəni fevralın 10-da xidmət mərkəzinə dəvət olunub, "Azərpoçt" MMC tərəfindən smartfon telefonlarla mükafatlandırılıb. Həmçinin "Şəbəkə"nin fəaliyyətində xüsusi fərqlənən əməkdaşlara "Azərpoçt" MMC-nin baş direktoru Emin Əfəndiyev təşəkkürnamələr təqdim edib.

“Azərpoçt” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Gözəlova bildirib ki, hazırda respublika üzrə 9 "Şəbəkə" xidmət mərkəzi fəaliyyət göstərir: "Onlardan 6-sı paytaxt Bakıda - dördü Yasamal və Binəqədi, digər ikisi isə Səbail və Xəzər rayonlarında yerləşir. Digər xidmət mərkəzləri isə Cəlilabad, Zaqatala və Sumqayıtdadır. Növbəti "Şəbəkə" xidmət mərkəzinin yaxın vaxtlarda açılması planlaşdırılır. Bu xidmət mərkəzlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 8 qurumu tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkanda cəmləşib. "Şəbəkə" mərkəzlərinin yaradılmasında əsas məqsəd yüksək standartlara uyğun xidmət göstərilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması və şəffaflığın artırılmasıdır. Bu ilin ötən dövrü ərzində mövcud "Şəbəkə" xidmət mərkəzlərinə iki milyona yaxın vətəndaş müraciət edərək göstərilən müxtəlif xidmətlərdən yararlanıb".

G.Gözəlova qeyd edib ki, "Şəbəkə" mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa, maliyyə eləcə də aviabilet satışı və turizm xidmətləri göstərilir. Eyni zamanda, "Şəbəkə" xidmət mərkəzlərində lokal və beynəlxalq kartların, icbari sığorta, zərf, marka və açıqcaların satışı, pul köçürmələri, büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların IMEI qeydiyyatı həyata keçirilir.

Müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilirlər. "Şəbəkə"lərdə "SmartPay" ödəniş sistemi vasitəsilə kommunal, mobil rabitə və bir çox digər xidmətlər üzrə də ödəniş etmək mümkündür.

Vətəndaşlara fasiləsiz olaraq həftə içi hər gün, eyni zamanda, şənbə və bazar günləri də xidmət göstərilir. "Şəbəkə" və "Azərpoçt" MMC-yə məxsus 169 "Çağrı mərkəzi" isə həftənin bütün günləri 24 saat ərzində daxil olan bütün sorğuları qəbul edərək cavablandırır. Eyni zamanda, "Azərpoçt" MMC-nin rəsmi saytındakl onlayn konsultasiya vasitəsilə müraciətlər ünvanlana bilər. "Azərpoçt" MMC və "Şəbəkə"yə məxsus “facebook” səhifələrindən də operativ olaraq əlaqə saxlamaq mümkündür.

Şöbə müdiri "Şəbəkə" xidmət mərkəzlərinin Bakının bütün rayonlarını əhatə etməsi üçün tədbirlər görüldüyünü diqqətə çatdırıb. O, yaxın zamanlarda xidmət mərkəzlərinin respublikanın bütün iri şəhər və rayonlarında da fəaliyyət göstərməsinin nəzərdə tutulduğunu vurğulayıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019