Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Prezidentin Sərəncamı ciddi iqtisadi qərardır” – millət vəkili
Tarix: 10.02.2019 | Saat: 14:58:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Prezident İlham Əliyev 2019-cu il 8 fevral tarixində minimum aylıq əməkhaqqının məbləğinin artırılması ilə bağlı Sərəncam imzaladı. Bu sərəncam 600 minədək vətəndaşı əhatə edəcək. Belə ki, dövlət sektorunda işləyən 450, özəl sektor üzrə isə 150 min nəfər bu Sərəncamdan faydalanacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Əbülfət Məhərrəmov bildirib ki, minimum əməkhaqqının artırılması işçilərin əməkhaqlarını iqtisadi imkanlarından aşağı səviyyədə verən işəgötürənlərə də öz təsirini göstərəcək. İşəgötürənlər işçilərin əməyinin ödəniş sistemini 180 manatla – minimum əməkhaqqı ilə tənzimləyəcəklər. Bu da qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına təsir edəcək.
Hafta.az bildirir ki, Milli Məclisin deputatı Tahir Mikişilinin sözlərinə görə isə, Azərbaycanda minimum əmək haqqının məbləği 130 manatdan 180 manata, yəni 38.5% arıtırıldı: “Heç bir yerdə əsas iş yeri üzrə əmək haqqı 180 manatdan aşağı ola bilməz.
Beləliklə də, ilk dəfə olaraq yaşayış minimumu ilə minimum əmək haqqının səviyyəsi bərabərləşdi. Ciddi iqtisadi qərardır!
Bu qərar həm maaşların artımına, həm də sosial təminatın səviyyəsinin artmasına səbəb olacaqdır!”



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019