Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Qanlı kaha” kitabının imza mərasimi keçirilib - FOTO
Tarix: 11.02.2019 | Saat: 10:16:00
Bölmə:Sosial | çapa göndər

Qarabağ müharibəsi zamanı elə hadisələr baş verib ki, nəinki ölkə ictimaiyyəti, hətta həmin bölgədə yaşayanlar da xəbərsiz olub. Belə hadisələrdən biri 1993-cü ildə Kəlbəcərin işğalı zamanı yaşanıb. Həmin vaxt rayonun ən böyük və ən ucqar kəndi olan Başlıbeldə sakinlərin bir hissəsi ermənilərin ətraf kəndləri mühasirəyə almasından gec xəbər tutublar. Kəndlə rayon mərkəzini birləşdirən tuneldən keçən yol kəsilib, mühasirədən xilas olmağa isə başqa yol qalmayıb...

Hafta.az xəbər verir ki, Elxan Salahovun “Qanlı kaha” kitabı həmin hadisə zamanı dağlara çəkilərək kahalara sığınan və tez-tez mövqeyini dəyişmək məcburiyyətində qalan dinc sakinlərin ağır və dözülməz mühasirə günləri, erməni quldurlarının törətdiyi dəhşətli qətliamlar, vandalizm hərəkətləri, həmin hadisələri gözləri ilə görmüş və məşəqqətləri yaşamış şahidlərin xatirələri əsasında qələmə alınıb. Onların 113 gün davam edən və hər an silahlı erməni quldurları ilə üz-üzə gəlmək təhlükəsi ilə dolu həyatı, soyuğa, aclığa qarşı apardıqları mübarizə Qarabağ müharibəsinin ən dəhşətli səhnələrindəndir.

Muzey Mərkəzində kitabın imza günü ilə əlaqədar keçirilən tədbirdə bu barədə danışılıb.

Tədbirdə çıxış edən Başlıbel kəndinin ziyalıları Osman Mirzəyev, Fazil Əzizov, ehtiyatda olan polkovnik Balay Səlimov, mühasirə həyatının iştirakçısı Səlim Mehdiyev 1993-cü ildə baş verən bu hadisəni Qarabağ müharibəsinin ən az işıqlandırılan faciəli hadisələrindən biri olduğunu söyləyiblər. “Ulduz” jurnalının baş redaktor müavini Təranə Vahid, tanınmış jurnalistlər Elşən Əliyev, Süleyman Qaradağlı, Qurban Yaquboğlu, Qurban Təbiətoğlu və başqaları kitabda müəllifin həmin hadisələri canlı və gerçək bir şəkildə təsvir etdiyini bildiriblər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019