Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Bu günə kimi dayanma-durma qaydalarının pozulması ilə bağlı 73000 fakt aşkar edilib" - Mais Ağayev
Tarix: 11.02.2019 | Saat: 12:23:00
Bölmə:Sosial | çapa göndər

Bakı Nəqliyyat Agentliyi paytaxtın inzibati ərazisində dayanma, durma və parklanma qaydalarını pozan sürücülərə qarşı mübarizə tədbirlərinə başlayıb. Bu məqsədlə, metronun Nəriman Nərimanov və Gənclik stansiyalarının ətrafında reyd keçirilib. Reyd zamanı dayanma və durma qaydalarını pozan, xüsusən də nəqliyyat vasitəsini 2-ci, bəzi hallarda isə 3-cü cərgədə park edən, avtobus dayanacaq məntəqəsinin ərazisində dayanan avtonəqliyyat vasitələri müəyyən edilərək sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinə əsasən cərimə tətbiq edilib. Bununla yanaşı, sərnişinləri dayanacaq məntəqəsinin müəyyən edilmiş ərazisindən kənarda mindirib və ya düşürən avtobus sürücüləri də İnzibati Xətalar Məcəlləsinin 346.3-cü maddəsinə əsasən cərimə ediliblər.

BNA mətbuat xidmətinin rəhbəri Mais Ağayev hafta.az- a açıqlamasında deyib ki, dayanma və durma qaydalarına riayət etməsini təmin etmək məqsədi ilə başladığımız tədbirlər davamlı olaraq aparılır:

“Yəni reyd və ya monitorinq deyil. Yanvar ayının 9-dan bu günə qədər təxminən 73000 qayda pozuntusu halı aşkar edilib. Tədbirlərə başladığımız əvvəlki günlərlə müqayisədə gündəlik qayda pozulması ilə bağlı statistikada azalma müşahidə edilir. Bu isə artıq müsbət nəticədir. Eyni zamanda görülən tədbirlər nəticəsində bu gün kimlərsə cərimə olunduğu üçün bizdən narazı qala bilər. Amma gördüyümüz işlərdən razı qalan, müsbət təsirlənən insanların sayına baxaq. Bu tədbirlər nəticəsində 70-dən artıq müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət qrafikində stabilləşmə müşahidə edilir. Bu isə gün ərzində 1 milyon 200 mindən artıq insanın vaxt itkisinə məruz qalmadan, əlavə əsəb və stres keçirmədən daşınması deməkdir. Qarşıdakı günlərdə kameraların sayı bir qədərdə artırılacaq”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.04.2019
23.04.2019