Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Prezident İlham Əliyev əhalinin sosial durumu ilə bağlı inqilabi addım atdı” – Fikrət Yusifov
Tarix: 11.02.2019 | Saat: 12:31:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Son illər Azərbaycanda sosial məsələlərin həlli istiqamətində bir-birinin ardınca olduqca mühüm qərararlar qəbul edilir. Bu il də istisna təşkil etmədi. Cari ilin ötən dövrü ərzində artıq əhalinin sosial müdafiəsi ilə bağlı çox mühüm qərarlar qəbul edilib.

Ölkə prezidenti İlham Əliyevin son sərəncamı da bu qəbildəndir. Prezident İlham Əliyev "Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə" sərəncam imzalayıb.

Sərəncamla minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən olunub.

Keçmiş maliyyə naziri, iqtisadçı ekspert Fikrət Yusifov hafta.az-a açıqlamasında bildirib ki, fevral ayının 8-də Prezident İlham Əliyev əhalinin sosial durumunun yaxşılaşdırılması sahəsində inqilabi bir addım atdı. Bu addımın miqyası olduqca böyük, onun əhatə dairəsi isə kifayət qədər genişdir: “Bu addım ölkə Prezidentinin daxili siyasətində sosial məsələlərin hansı səviyyədə dayandığını bir daha hər kəsə əyani bir şəkildə göstərdi. Son illər demək olar ki, hər dəfə ölkə başçısı ilin başlanğıcında insanların əmək haqlarının və təqaüdlərinin artırılmasının qayğısına qalır. O bu addımları dünya iqtisadi böhranının ölkəmizin iqtisadiyyatında azlmalara səbəb olduğu 2016-cı il başa çatan kimi - yəni 2017-ci ilin yanvar ayında da belə atdı. Dünya iqtisadi böhranının Azərbaycan iqtisadiyyatı üçün yaratdığı mənfi fəsadlara və ümumu iqtisadiyyatın 3,8% azalmasına baxmayaraq Prezident yenə də əhalinin sosial təminatı ilə bağlı məsələlərə yox demədi. Əgər o həmən dönəmdə buna yox desəydi, heç şübhəsiz reallığı dərk etməyi bacaran hər bir azərbaycan vətəndaşı Prezidentin bu addımını başa düşərdi. Ancaq O belə etmədi. İlham Əliyev ölkənin iqtisadi durumundakı çətinliklərə, maliyyə çətinliklərinə baxmayaraq bu vəziyyətlərdə də əhalinin sosial müdafiəyə ehtiyacı olan zümrəsinin yanında olduğunu bir daha göstərdi. 2017-ci ili iqtisadiyyatda bərpa ili elan edən ölkə başçısı eyni addımları növbəti 2018-ci ilin əvvəllərində də atdı”.

Ekspertin sözlərinə görə, 2019-cu il iqtisadi yüksəliş ili olacaq və bu səbəbdən də prezident İlham Əliyev bu ilki əmək haqqı artımlarının iqtisadi yüksəlişin reallıqlarına uyğun bir səviyyədə olmasını istədi. Minimal əmək haqının birdən-birə 38,5% - yəni 50 manat artımına getmək bu məsələdə Prezident qətiyyətinin ifadəsi, onun əhalinin aztəminatlı təbəqəsinə münasibəti və bütövlükdə ölkənin sosial məsələlərinin həllinə bilavasitə qayğısının nəticəsi kimi dəyərləndirilməlidir: “Son fərmanla Azərbaycanda minimum əmək haqqının məbləği 2019-cu il martın 1-dən 130 manatdan 180 manata çatdırılır. Beləliklə, ölkəmizdə minimum əmək haqqının yaşayış minimumunun səviyyəsinə çatdırılması təmin olunacaqdır. Minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım baş verəcək. Minimum əmək haqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu ilin qalan 10 ayı üzrə isə 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək”.

Keçmiş maliyyə naziri onu da vurğulayıb ki, minimum əmək haqqının artırılması ilə ölkədə infilyasiyanın da artacağına dair səslənən fikirlərin heç bir əsası yoxdur. Hökumət bu artımları da minimum əmək haqqının artımını da 2019-cu il üçün öncədən proqnozlaşdırıb. Beynəlxalq təşkilatların da Azərbaycanda infilyasiya barəsindəki proqnozları hökumətin proqnozları ilə üst-üstə düşür.

Fikrət Yusifovun fikrincə, bu mühüm sosial əhəmiyyətli tədbir, eyni zamanda, əmək münasibətlərinin leqallaşdırılması istiqamətində istədiyimiz nəticələrin əldə olunmasına imkan verəcək: “Minimum əmək haqqının 180 manat səviyyəsində müəyyən olunması o deməkdir ki, mülkiyyət formasından asılı olmayaraq heç bir müəssisə onda çalışan işçilərə bundan az əmək haqqı verə bilməz. Əmək qanunvericiliyinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənişlərin məcmudur. İşçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qanunla qadağandır”.

Bu arada qeyd edək ki, Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev tvitter paylaşımında “yaxınlarda daha mühüm qərarların şahidi olacağıq” fikrini yazıb. Azay Quliyev bildirib ki, prezidentin şəhid ailələri, minimum əmək haqqı, struktur dəyişikləri və digər sahələrlə bağlı qərarları öncədən planlaşdırılmış islahatlar paketinin tərkib hissəsidir.

Keçmiş maliyyə naziri Fikrət Yusifov da Azay Quliyev və digər millət vəkillərinin fikirləri ilə razılaşdığını ifadə edib: “Deputatların da dediyində həqiqət var. Bu addımlar il ərzində davam edəcək”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019