Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Şahzadənin seçkiyə qatılması demokratiyaya ziddir - KRAL
Tarix: 11.02.2019 | Saat: 13:04:00
Bölmə:Maraqlı | çapa göndər

Tailandda martın 24-də keçiriləcək seçkilərdə baş nazir kürsüsü uğrunda yarışmaq istəyən şahzadə Ubolratana Mahidolun namizədliyi ləğv edilib.

Hafta.az yazır ki, bu qərar kralın etirazı əsasında şahzadənin təmsil olunduğu partiya tərəfindən verilib. 

Tailand kralı Maha Vajiralongkornun, şahzadənin namizədliyinin konstitusiyaya və milli ənənələrə zidd olduğunu əsas gətirərək, onu namizəd göstərən Raksa Chart Partiyasına xəbərdarlıq edib və təbii ki, qarşı tərəf də bunu nəzərə alıb. Partiyadan bildirilib ki, kralın əmrinə itaət etmək onların borcudur.

 

Şənbə günü Instagram üzərindən açıqlama verən 67 yaşlı şahzadə isə ona göstərilən sevgi və nəzakətdən dolayısı tərəfdarlarına təşəkkür edib. Şahzadə kral qardaşının qərarına şərh vermədən qeyd edib ki, Tailandı bir daha irəli addım atan, heyranlıq duyulan və beynəlxalq ictimaiyyət aarsında sevilən bir ölkə olaraq görmək istəyir. Kral tərəfdarı olan çox sayda tailandlı isə sosial şəbəkələrdə, kralın əmri ilə qərarını ləğv edən partiyaya ünvanlanmış ismarıclarda “Yaşasın kral” yazıblar. 

Bununla yanaşı, kralın müdaxiləsinin hazırda hakimiyyəti əlində saxlayan hərbi xuntanın mövqeyini gücləndirəcəyini qeyd edənlər də az deyil. 

Fransanın xəbər agentliyi olan AFP-yə açıqlama verən tailandlı politoloqlar bildiriblər ki, şahzadənin namizədliyini ləğv edən, 2014-cü ildə hərbi çevrilişlə devrilən o vaxtkı baş nazir Taksin Şinavatranın siyasi xəttini davam etdirən Raksa Chart Partiyası bu addımı ilə hərbi xunta qarşısında güc itirib. 

1972-ci ildə ABŞ vətəndaşı ilə evlənən şahzadə Ubolratana 1998-ci ildə boşanıb və yenidən Tailanda qayıdıb. Ərə gedəndən sonra şahzadə titulunu itirməsinə baxmayaraq, Kraliyyət sarayı namizədliklə bağlı verdiyi açıqlamada əslində onun hələ də kral ailəsinin üzvü olduğunu xatırladıb. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019