Yazi yoxdur
“Bu sərəncamla hətta yarımştat işləyənlər də ən az 180 manat maaş alacaq” – Ruslan Atakişiyev
Tarix: 11.02.2019 | Saat: 15:16:00
Bölmə:İqtisadiyyat | çapa göndər

Prezident İlham Əliyev "Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə" sərəncam imzalayıb.

Sərəncamla minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən olunub.

Prezident İlham Əliyevin 8 fevralda imzaladığı sərəncamın müsbət tendensiyalarını şərh edən iqtisadçı ekspert Ruslan Atakişiyev hafta.az-a açıqlamasında bildirib ki, minimum əmək haqqının 130 manatdan 180 manata qaldırılması nəticəsində ölkə ərazisindəki özəl və qeyri-özəl sektora aid olan hər hansı bir qurum bu məbləğdən aşağı maaş verməyəcək: “Hətta işəgötürən yarımştat təyinatlı işçilərə də ən azı 180 və ya bundan yuxarı məbləğ yazmalıdır. Bu o deməkdir ki, hətta yarımştat işlərdə də bu məbləğin yarısının verilməsi məsələsi olmayacaq. Çünki sərəncamda da qeyd olunduğu kimi artıq minimum əməkhaqqı 180 manatdır. Bu qərar daha çox aşağı məbləğdə - minimum əməkhaqqı alanların alacağı maaş və pensiyaların artmasına səbəb olacaq. Fərq isə 50 manatdır. Yəni, minimum artımın həcmi bu qədərdir. Xadimələr, təmizlik işlərinə baxanlar, ictimai işlərə cəlb olunanların sosial durumuna müsbət təsir göstərəcək”.

Ekspertin sözlərinə görə, minimum əməkhaqlarının qalxması nəticəsində bir sıra müəsisələrdə işçilərin əməkhaqları, yəni vəzifə maaşları differensial olaraq həyata keçiriləcək: “Hətta ola bilər ki, onların işlədikləri yerdə daxili maaş artımı da həyata keçirilsin. Çünki minimum əməkhaqlarının artımı ilə digər müəssisələrdə də məcburən maaş artırılır. Burada bir məsələ də var. Kim ki, VÖEN-lə çalışırsa, vergi ödəyicisidirsə, fiziki şəxs olaraq fəaliyyət göstərirsə, hər gəlir üçün əlavə vəsait ödəyəcəklər. Yəni, əvvəllər 26 manat ödəyirdilərsə, indi 36 manat ödəməli olacaqlar. Çünki həmin faiz göstəricisi 180 manata əsasən hesablanacaq. Bu da o deməkdir ki, 180 manatın 20 faizini ödəyəcəklər. Bununla da Sosial Müdafiə Fonduna ödənilən pulun həcmi qalxmış olur”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019