Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qızıl alıb dərdə düşməkdənsə... – Ürəkdən nişan alan qızıl qiymətləri
Tarix: 11.02.2019 | Saat: 17:00:00
Bölmə:Reportaj | çapa göndər

Necə deyirdilər onu? Gərək ki, belə idi – elimizin toy kimi bir adəti var... Doğrudur, sözün hər iki mənasında bahalı adətdir. Həm mənəvi, həm də maddi baxımından. Mənəvi tərəfini bir kənara qoyub maddi tərəfinə diqqət çəkmək istəyirik. Toy deyəndə ilk ağıla gələn nişan üzüyü, sonra qızıl dəstləridir.

Başlayaq elə nişan üzüklərindən. Bu səhər hafta.az-ın obyektivini paytaxtdakı qızıl alış-şatışı dükanlarına çevirdik. Gördüklərimizdən gəldiyimiz qənaət odur ki, qızıl alış-satışında qiymətlər sözün əsl mənasında od tutub yanır. Satıcılar deyir ki, alıcıların əsasən müraciət etdikləri nişan üzükləridir. Yeri gəlmişkən, ilk olaraq qızılın qiymətindən bir neçə cümlə yazım, sonra keçərik əsas mətləbə...

1 qramın qiymətinə baxın...

Qızıl alış-satışı ilə məşğul olanlar onu da söyləyir ki, alyansların, “koliso”ların, sadə, təkqaşlı və çoxqaşlı üzüklərin qiymətləri son üç-dörd həftədə bir xeyli bahalaşıb. Yəni, orta hesabla hazırda Rusiya və Türkiyə qızılının 1 qramı 58-65 manata, Səudiyyə Ərəbistanı qızılının bir qramı 85-90 manata, İtaliya qızılının bir qramı isə 75-80 manata təkilif edilir. Yəni, fərqli mağazalarda fərqli qiymətlər belə bir ortalamanı göz önünə sərmiş olur.

Daha çox tələbat olan nişan üzüklərinin qiyməti isə brilyant qaşının çoxluğuna və dəyərinə görə dəyişir. Hətta naxış mürəkkəbliyi də eyni əyarlı və qramlı qızılların qiymətində böyük fərq yarada bilir. Yəni, naxışları mürəkkəb olan üzük və sırğaların satış qiyməti sadələrə nisbətən çox bahadır. Satıcıların yalançısıyıq...

Satıcılar onu da deyir ki, qızlın qiymətinin qalxması ilə əlaqədar olaraq alıcı qıtlığı yaşanır. Qızıl dəstlərinin qiymətinə gəlincə, İtaliya istehsalı olan dəstin qiyməti 2200 manatdan 19 min manata kimi “boy göstərir”. Rusiya istehsalı olan dəstin qiyməti isə 1000 manatdan 12 min manata kimi dəyişir.

Türkiyə və Səudiyyə Ərəbistanı istehsalı olan dəstlərə isə müvafiq olaraq 1500 manatdan, 20 min manata kimi qiymət qoyulub. Hətta qızıl bazarında qiyməti 50-60 min manat olan dəstlər də var. Satıcıların sözlərinə görə, təkliflər daha çox İtaliya və Rusiya istehsalı olan qızıllaradır.

                                                                      

Ürəyimizdən nişan alan qiymətlər...

Əvvəlcə nişan üzüklərinin qiymətlərini soruşuruq. Satıcı – tək qaşlı, yoxsa çoxqaşlı? – deyə xəbər alır:

- Fərqi yoxdur, siz ikisinin də qiymətlərini deyin.

- Qardaş, bu təkqaşlıya baxın (əli ilə göstərir), görün bəyənəcəksinizmi?

- Neçəyədir qiyməti? Əyarı, misqalı nə qədərdir?

- 8 qramdır. 35 misqaldır. 18 sot brilyantdır. Qiyməti 900 manatdır. Ən ucuz üzüyümüz budur. Kəsdirmək də mümkündür. Çünki ölçüsü qalmayıb. “17” ölçüdür. Ölçüləri çox olan üzüklərlə müqayisədə eyni qram və əyar olarsa, hardasa 100 manat fərq edir.

Başqa bir üzüyə baxıram. Mürəkkəb qaşlıdır. Satıcı deyir ki, İtaliya istehsalıdır. “Vellendorf” markalı nişan üzükləri indi 2000 manatdan aşağı deyil. Rusiya istehsalı olan 6-10 qramlıq sadə üzüklərin qiyməti isə 1500 manatdan başlayır. Bir şərtlə ki, üzərində ən az 25-30 sot brilliant “əlavəsi” olsun.

Gələk ərəb qızılına. Yəni, Səudiyyə Ərəbistanından, Dubaydan gətirilənlərə. Qiymətləri digərlərinə nisbətən çox bahadır. Hətta qızıl bazarında italyan, alman, rus və türk qızıllarını da “döyür”. Satıcıların “təkqaşlı şeyx” adlandırdıqları üzüklərin qiyməti 2500-4600 manat arasında dəyişir. Əgər üzük mürəkkəb və ya çoxqaşlıdırsa, qiyməti 6000 min manata qədərdir. Söhbət 8-12, 14-16 qramlıqlardan gedir. Üzərindəki brilliant qaşların sotu isə 25-30-dan aşağı deyil. Satıcılar onu da xüsusi vurğulayırlar ki, Dubaydan gətirilən qızıl üzüklərdə saflıq dərəcəsi daha yüksək olur. Bu da digər ölkə istehsalı olan qızıl-zinət əşyaları ilə rəqabətdə ona üstünlük qazandırır. Təbii ki, keyfiyyət və zəriflik, eqzotik incəliklər axtaranların yanında...

Bir sözlə, satıcıların ağzından çıxan qiymətlər “ürəyimizdən nişan alır”. Nişan üzüklərindən əlimizi üzüb, üzümüzü qızıl dəstlərinə tuturuq.

Bəs saxta qızılı əslindən necə fərqləndirək?

Bu gün bir çoxlarımız saxta qızıl “alveri” ilə məşğul olanların fırıldağı ilə üzləşirik. Reportajı hazırlayarkən zərgər köşklərinə baş çəkib bu barədə sorğu sual etdik. Zər qədrini bilənlər deyirlər ki, qızıl alarkən alıcılar ilk növbədə bir nüansa diqqət yetirməlidirlər. Belə ki, onun üzərindəki kağızda qiyməti, karatı və çəkisi olur. Siz karat yazılan rəqəmlə aldığınız malın neçə faizinin qızıl olduğunu anlayırsınız. Məsələn, 24 karatın tərkibi 100 faiz qızıldan ibarətdir. 18 karat bizim 750 prob qızıla bərabərdir. 24 vahiddən 18-i qızıl qalanı isə digər matallardır. Tərkibində 75 faiz təmiz qızıl var. 14 karat bizim 583 prob qızıldır və tərkibində 58.3 faiz təmiz qızıl var. Bəzi ölkələrdə 585 prob kimi qəbul olunub. 12 karatın tərkibinin 50 faizi qızıl, qalanı isə digər dəyərli metallarla zəngindir. 10 karat isə bizim 417 prob qızıldır. Tərkibində 41.7 faiz təmiz qızıl var.

Dəst qızılların “dəstə” qiymətləri...

Qızıl dəstlərində üstünlüyü İtaliya məhsulları əla alıb. Yenə də satıcıların yalançısıyıq. Deyirlər ki, sifariş daha çox “made in Italia” olan məhsullaradır. Amma rus və türk qızılları ilə müqayisədə bahalıdır. Hətta eyni qramlı və əyarlı qızıllarda bəzən 400-600 manata qədər fərq edir.

Daha çox elit təbəqənin qapısını döydüyü italyan qızıllarının tək və ya alyans formalarının ən ucuzunun qiyməti 1200 manatdan başlayır. Sonluğu isə 20 min manata qədər gedib çıxır. Özü də “585-lik” qızılın. Probunu nəzərdə tuturam.

Qızılın belə baha qiymətini görüncə düşünürsən ki, qıza qızıl alıb dərdə düşməkdənsə, elə qızın qızıla dönüb evdə oturmağı məsləhətlidir. Məndən deməkdir, yenə də məsləhət sizin... Allah fikrinizdən xeyir versin!



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.04.2019
22.04.2019