Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bərabərlik, yoldaşlıq və ləyaqətin carçısı - Guru Nanak Dev
Tarix: 11.02.2019 | Saat: 16:52:00
Bölmə:Mədəniyyət | çapa göndər

Hindistanın Azərbaycandakı səfirliyi Guru Nanak Devin 550 illik yubileyinin ildönümü çərçivəsində tədbirlər  keçirib.

Hafta.az yazır ki, Hindistan höküməti mənəvi lider Şri Quru Nanak Devin anadan olmasının 550 illiyinin təntənəli və uyğun bir şəkildə bir il boyunca qeyd edilməsini qərara alıb. Siqh cəmiyyətinin ilk mənəvi lideri olan Quru Nanak Dev sevgi, bərabərlik, yoldaşlıq və ləyaqətə əsaslanan siyasi, sosial və mənəvi etiqadları ilə tanınırdı. O, uzaq məsafələrə səyahət edərək əbədi həqiqətdən ibarət olan və öz yaratdıqlarında yaşayan ‘tək Allah’ in mesajını yayıb. Onun əsas müddəalarını Siqh əlifbası Gurmuxi ilə yazılmış, geniş ayələr toplusu olan Siqhlərin müqəddəs kitabı Quru Qrant Sahibdə tapmaq olar.

Tədbirdə Bakıdakı Hind cəmiyyəti, Siqh cəmiyyətindən nümayəndələr, Azərbaycan Dillər Universitetinin tələbələri və digərləri iştirak edib. Çıxış edənlər mənəvi lider Quru Nanakın həyatı, onun sevgi, bərabərlik və yoldaşlıq haqqındakı mülahizələri, həmin fikirlərin nifrət və terrorizmin zərər vurduğu bugünkü dünyaya uyğunluğundan söhbət açıb.

500 il əvvəl regiona səfər edən Hindistanlı Siqh ziyarətçilər Bakıda yerləşən məşhur od məbədində (Atəşgah) qalırdı. Beşguşəli Atəşgah tikilisinin demək olar ki, hər bir qapısının girəcəyində 500 il bundan əvvəl regionu ziyarət etmiş Hindli və Siqh ziyarətçilər tərəfindən yazılmış Gurmuxi [müqəddəs Siqh kitabı Quru Qrant Sahibin yazıldığı dil] yazıları var.

Mənəvi lider Quru Nanak Devin anadan olmasının 550 illiyi haqqında Hindistan Höküməti çoxsaylı qərarlar qəbul edib ki, bura Pakistanda yerləşən Darbar Sahib Kartarpur sitayiş məbədinə Hindistandan zəvvarların gedişini asanlaşdırmaq üçün Kartarpur Sahib dəhlizinin yaradılması, Ağıllı Şəhər prinsipləri əsasında Sultanpur Lodhinin irs şəhər kimi tərəqqisi, Birləşmiş Krallıq və Kanadanın bir universitetində mənəvi lider Şri Quru Nanak Devə aid mərkəzlərin yaradılması, bu mühüm hadisənin qeyd olunması münasibətilə Hindistan höküməti tərəfindən xatirə sikkəsi və poçt markalarının buraxılması və bütün ölkədə dini tədbirlərin təşkili daxildir. Milli televiziya kanalı "Doordarşan" mənəvi lider Şri Quru Nanak Dev və Qurubanı haqqında proqramlar yayımlayacaq, Hindistan Dəmir Yolları zəvvarlar və turistlər üçün mənəvi lider Şri Quru Nanak Dev ilə əlaqəli müxtəlif müqəddəs yerlərə qatarların hərəkətini təşkil edəcək.

 

Xatırladaq ki, Guru Nanak Dev 15 aprel 1469-cu ildə doğulub. Siqhlərin lideridir. Onun təlimləri günümüzədək qalan kitablarındakı ayələrdə açıq göstərilir. 

Rəvayət olunur ki, bir neçə il taxıl ambarında çalışıb. sonra həyatını dinə həsr edərək bir çox ölkəni gəzib-dolaşıb. 1520-cü illərdə Pəncapda məskunlaşıb, ömrünün qalan hissəsini isə çox varlı olduğu deyilən pərəstişkarı tərəfindən Kartarpur kəndində tikilən evində keçirib. Siqh camaatının sayı da güman ki, elə bu dövrdə artıb, çoxalıb. Müridləri arasından davamlı olaraq seçdiyi Angad ölümündən sonra Guru olaraq Siqh tərəfdarlarının ruhani lideri olub.

Nanakın 7 may 1539-cu ildə 70 yaşında vəfat etməsindən sonra həyatının anlarını mövzu edən rəvayətlər yayılmağa başlayıb. Bu hədislərin çoxu induist və İslam xarakterli, bəziləri isə Nanakın öz dediklərinə əsaslanır. Sakhi (dəlil) olaraq adlandırılan bu hədislər "Canam-sakhi"lərdə toplanıb.

Nanakın təlimləri əsasən yenidən doğuluş mənası verən xilas üzərində qurulub. Xilas, Tanrı ilə mistik bir birliyə çatma mənasına gəlir. Müqəddəs ad həm yaradılan dünyada, həm də insan ruhunda olan Tanrının özünü bütövlükdə ortaya qaymasına işarədir. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.04.2019
23.04.2019