Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İndira Qandinin nəvəsi siyasətdə
Tarix: 11.02.2019 | Saat: 18:01:00
Bölmə:Dünya | çapa göndər

Hindistanın əfsanəvi lideri İndira Qandinin nəvəsi, Raciv Qandinin qızı Priyanka Qandi Vadra siyasətdə ilk addımını atıb. O, may ayında keçiriləcək parlament seçkiləri çərçivəsində ölkənin Uttar Pradeş ştatında təşkil olunan izdihamlı mitinqdə çıxış edib.

“Reuters”in xəbərinə görə, Hindistanın ana müxalifət partiyası olan Konqres Partiyasının sədri Raul Qandi öz bacısı Priyankanı baş katib vəzifəsinə təyin edib. O, hazırkı Baş nazir Narendra Modinin tərəfdarlarının üstünlük təşkil etdiyi Uttar Pradeş ştatından parlamentə namizədliyini irəli sürəcək.

Hindistan mətbuatının yazdığına görə, sosial-iqtisadi vəziyyətin pisləşməsi fonunda indiki hökumətin əhali arasında reytinqi getdikcə aşağı düşür. Ekspertlər qeyd edirlər ki, 47 yaşlı Priyanka nənəsi İndira Qandinin xalqla sıx ünsiyyət saxlamaq taktikasından istifadə edərək qələbə qazana bilər. Lakin Konqres Partiyasının bir sıra tərəfdarları onun qardaşı Raul Qandinin Baş nazir olmasını istəyirlər. Onlar bildirirlər ki, Priyanka hökumətdə nazir vəzifəsini tuta bilər.

Hindistanın “dəmir ledisi” adlanan mərhum İndira Qandi 1975-ci ildən başlayaraq ölkədə azadlıqları məhdudlaşdırıb. Buna baxmayaraq, müxalifət partiyasının tərəfdarları onun da portretini nəvələri Raul və Priyankanın şəkilləri ilə birlikdə Uttar Pradeş aeroportu yolu boyunca əllərində tutublar. Onlar hesab edirlər ki, Priyankanın siyasətə gəlişi 220 milyon əhalisi olan bu ştatda səslərin əksəriyyətini əldə etməyə imkan verəcək. Keçən seçkilərdə Baş nazir Narendra Modinin partiyası burada 80 yerdən 73-nü qazanıb.

Priyankanın siyasətə atıldığı vaxtda onun həyat yoldaşı Robert Vadraya qarşı maliyyə cinayətləri ittihamı irəli sürülüb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019