Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ermənistan səfirliyi önündə Mübariz İbrahimovun şəkli asıldı - GÜNÜN TƏZADLARI
Tarix: 11.02.2019 | Saat: 18:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Gürcüstanda yaşayan soydaşlarımız bu ölkədə Xocalı soyqırımının iştirakçısı, Qarabağda mülki əhalini qətlə yetirən erməni terrorçu Mixail Avaqyanın büstünün qoyulmasına Mübariz İbrahimovun adı ilə cavab verdilər. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, soydaşlarımız Milli Qəhrəman Mübariz İbrahimovun böyük plakatlarını Tiflis şəhərindəki məşhur Sülh körpüsünün üstündən asıblar. Həmçinin, Tiflisdəki Ermənistan səfirliyinin hasarına Mübariz İbrahimovun böyük posterləri vurulub. Hadisənin 4 fevral səhər saatlarında olduğu qeyd edilib. Xatırladaq ki, 20 yanvar 2019-cu ildə Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Abxaziya və Qarabağın işğalında iştirak etmiş, Xocalı soyqırımını törədən cinayətkarlardan olan separatcı Mixail Avaqyana abidə ucaldılıb. Bu addım soydaşlarımızın ciddi etirazına səbəb olub.


Avtobusla gedən qadın DYP postunda ana oldu


Azərbaycanda ana övladını yol polisi postunda dünyaya gətirdi. Hafta.az xəbər verir ki, bu təzadlı məlumatı Avtosfer.az yayıb. Bazar günü saat 20:00 radələrində Bakı-Mingəçevir xətti ilə hərəkət edən sərnişin avtobusu Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci tağımının xidməti ərazisi olan “Nəvai” postunda dayanıb. Sürücü postda xidmət aparan YPX əməkdaşlarına yaxınlaşaraq onlardan kömək istəyib. Bildirib ki, sərnişinlərdən biri hamilədir və özünü pis hiss edir. Sərnişin dərhal postdakı tibb otağına dəvət edilib və ona ilkin tibbi yardım göstərilib. Daha sonra “103” təcili tibbi yardım xidmətindən həkimlər dəvət olunub. Həkimlər gəldikdən sonra qadın doğuşa başlayıb. Həkim və YPX əməkdaşlarının köməyi ilə doğuş tam təhlükəsiz keçib və qız uşağı dünyaya gəlib. YPX əməkdaşları və həkimlərin yardımı ilə ana və uşaq yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Hal-hazırda vəziyyətləri normaldır.


Deputat sərxoş olub restoranda dava saldı


Rusiyanın Həştərxan şəhərində şəhər dumasının üzvü Vladimir Suxaryov sərxoş vəziyyətdə restoranda dava qopardı. Hafta.az yazır ki, Oxu.az-ın xəbərinə görə, hadisənin görüntülərini REN TV yayıb. Kadrlardan aydın olur ki, içkili vəziyyətdə olan deputat restoranın qonaqlarına sataşır. İaşə obyektinin mühafizəçiləri ondan restoranı tərk etməyini xahiş edir. Bundan hiddətlənən deputat kim olduğunu car çəkməyə başlayır və xidməti vəsiqəsini göstərir. Personal yaranmış vəziyyətlə əlaqədar çevik polis alayını çağırmalı olub. “Xalqın xidmətçisi” asayiş keşikçilərinə də müqavimət göstərməkdən çəkinməyib. Deputat onu kənardan mobil telefon kamerası ilə çəkdiklərini ağlına belə gətirməyib. Yəqin ki, qalmaqaldan sonra deputat özünə şəhər Dumasından kənarda, başqa iş axtarmalı olacaq.

 

Uşaq velosiped üçün yığdığı pulu məscid tikintisinə bağışladı


Dağıstanın Şamil rayonunun Assab kəndinin 10 yaşlı sakini Mahaçqala və Kaspiysk şəhərləri arasında yerləşən İsa Peyğəmbər adına Ruhani-Maarifləndirmə Mərkəzinin tikintisinə öz dəstəyini verdi. Hafta.az Rusiya mediasına istinadla xəbər verir ki, Abducalil Maqomedov adlı bu məktəbli nəhəng məscid-kompleksin tikintisinə 11 min rubl bağışlayıb. Uşaq əvvəlcə bu pulları öz azrusunun həyata keçirilməsi üçün yüksək sürətli velosiped toplayıb. Lakin müsəlman ibadətgahının tikintisi barədə xəbər tutduqdan sonra fikrini dəyişib. Abducalil 10 rublluq əskinasları pul daxılında saxlayıb.


Mingəçevirdə nəvə dostu ilə birgə nənəsinin evini yardı


Mingəçevirdə gözlənilməz oğurluq hadisəsi baş verdi. Hafta.az-ın yazdığına görə, "Report"un Şirvan bürosu xəbər verir ki, hadisə Təbriz küçəsində, 1939-cu il təvəllüdlü şəhər sakini Züleyxa Bağırovanın yaşadığı mənzildə qeydə alınıb. Belə ki, onun evindən 3 min manat oğurlanıb. Z.Bağırova bu barədə polisə məlumat verərək evinə qonaq gələn şəxslərdən şübhələndiyini bildirib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, oğurluqda şübhəli bilinən iki nəfər - zərərçəkənin nəvəsi, Tovuz rayon sakini, əvvəllər də məhkum olunmuş Tural İskəndərov və dostu, Samux rayon sakini Xasay Mustafayev saxlanılıblar. Saxlanılanlar istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.


Göyçayda qışın oğlançağı armud yetişdi


Göyçayda qeyri-adi təbiət hadisəsi qeydə alındı. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərə görə, qış fəslinə xarakterik olmayan armud növü bar verib. rayonun Birinci Ərəbcəbirli kəndində Həşimovlar ailəsinin həyətindəki armud ağacının üzərində üç ədəd armud yetişib. Ev sahibi Gülsarə Həşimovanın sözlərinə görə, normalda yay aylarında bar verən ağac bu dəfə qış aylarında meyvə gətirib.Armud bildirçin-baldır növünə aiddir. O da maraqlıdır ki, qışda yetişən armud digərlərindən nə görünüşü, nə də dadı ilə fərqlənir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019