Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Uşaqlar arasında hansı virus yayılıb?
Tarix: 11.02.2019 | Saat: 18:30:00
Bölmə:Sosial | çapa göndər

Nəsib Quliyev: “Valideynlər xəstəlik baş verdikdə fəsadlaşmanın olmaması üçün müəyyən qaydalara riayət etsinlər”

Son günlər əhali arasında qızdırma, halsızlıq və səpgilərlə müşahidə olunan xəstəlik yayılıb. Qeyd edək ki, daha çox uşaqlarda rast gəlinən bu xəstəlik əvvəlcə qızdırma, halsızlıqla başlayır. Sonra isə özünü səpgilərlə büruzə verir. Səpgilər əsasən ovucda, ağız ətrafında, dizdə və bədənin büküş hissələrində yaranır.

Səpgilər formasına görə suçiçəyinə bənzəsə də, həkimlər bu virusu fərqləndirirlər və koksaki virusu olduğunu deyirlər. Virusun keçici, əsasən tənəffüs yolu və yaxın təmas vasitəsilə ötürüldüyü bildirilir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu virusla bağlı xəstəxanalara müraciət daxil olmayıb: “Hələ ki, koksaki virusuna bizdə rast gəlinməyib. İndiyə kimi bu virusla bağlı müraciət edən də olmayıb”.

Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev isə “Həftə içi” nə açıqlamasında bildirib ki, suçiçəyinə bənzədilən virus elə suçiçəyidir: “Son günlər bizə də belə şikayətlər daxil olur. Uşaqlar arasında suçiçəyi müşahidə olunur. Burada qeyri-adi heç nə yoxdur. Suçiçəyi "herpes zoster" viusu tərəfindən törədilir. Suçiçəyinin müalicəsi yoxdur, amma valideynlərə tövsiyəmiz odur ki, xəstəlik baş verdikdə fəsadlaşmanın olmaması üçün müəyyən qaydalara riayət etsinlər, simptomatik müalicə aparılsın və uşaqlar həkim nəzarətində olsunlar. Valideynlər xəstəliyin ilkin əlamətini – Səpgi görən kimi həkimə müraciət etməlidirlər". N.Quliyev əlavə edib ki, suçiçəyi xəstəliyi keçirən şəxsin 2-ci dəfə bu xəstəliyi keçirməsi də çox nadir hallarda ola bilər. Onun sözlərinə görə, suçiçəyi keçirən insanın orqanizmində virusa qarşı daimi olaraq immunitet əmələ gəlir: "Amma hər kəs bilməlidir ki, istər peyvənddən, istərsə də keçirilən xəstəlikdən 5 il ötdükdən sonra peyvənd, qoruyucu faktorların qanda konsentrasiyasının miqdarı getdikcə azalmağa və yavaş-yavaş həssaslıq görünməyə başlayır. Ona görə də bəzi ölkələr təklif edilər ki, bütün peyvəndlər hər 10 ildən bir təkrar olunsun".

Baş pediatr Azərbaycanda uşaqlara suçiçəyinə qarşı peyvəd vurulmamasının səbəbini də açıqlayıb. Onun sözlərinə görə, hazırda bununla bağlı təkmilləşdirilmiş peyvənd forması yoxdur: “Dünyada cəmi bir neçə ölkədə uşaqlar suçiçəyinə qarşı peyvənd olunur. Çünki bu xəstəliklə bağlı təkmil peyvənd forması olmadığından əksər ölkələr həmin vaksinlərdən istifadə etmirlər. Təbii ki, bu xəstəliklə bağlı istifadə olunan vaksin təkmilləşdirilərsə, biz də onu peyvəd cədvəlinə daxil edəcəyik”.
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən tibb üzrə ekspert, professor Adil Qeybulla deyib ki, hazırda ölkəmizdə qızılca, məxmərək və suçiçəyi müşahidə olunur. Amma nədənsə aidiyyəti qurumlar bunu etiraf etmək istəmirlər.

Ekspert bildirib ki, onlara daxil olan müraciətlərdə də bu xəstəliklərin əlamətlərini görürlər: “Suçicəyi hava-damcı vasitəsilə yayılır. Bəzən böyük bir arealı əhatə edə bilir və xeyli insanın yoluxmasına səbəb olur. Xəstəliyin ağırlaşması zamanı çox ciddi fəsadlar olur və bəzən hətta ölüm həddinə qədər gətirib çıxara bilir. Ona görə də bu xəstəliyə qeyri-ciddi yanaşmaq olmaz. Düzdür, suçiçəyindən sonra insanda immunitet yaranır. Amma bu xəstəliyi keçirən şəxslər bəzən fikir vermədikdə, dəridə xəstəliyin əlamətləri hətta uzun müddət qala bilir. Suçiçəyinə yoluxmuş şəxs mütləq yataq rejimində olmalıdır. Soyuqdəymə və digər infeksiyalardan mütləq qorunmaq lazımdır. Suçiçəyinə sadə infeksiya kimi yanaşmaq olmaz. Amma vaksinasiya məsələsinə gəldikdə, deyə bilərəm ki, vaksinasiya təbii çiçəyə aiddir. Əvvəllər bu peyvəndlər aparılırdı. Amma indi təbii çiçəyə qarşı peyvənd olunmur. Ümumdünya Səhiyyə Təşkilatı bunu sıradan çıxmış infeksiya hesab edir. Təbii çiçək karantin infeksiyasıdır.

ÜST-ün reyestrində əsas bəlli xəstəliklər üçün vaksinasiya nəzərdə tutulur. Amma bunu birmənalı olaraq deyə bilmirik. Çünki ÜST bu məsələ ilə bağlı ekspertlərlə birgə qərar verir. Peyvənd nəzərdə tutulan xəstəliklərin siyahısında suçiçəyinin adı yoxdur. Çünki siyahıda adı olan bir çox xəstəliklər bəzən ölümə gətirib çıxara, ağır fəsadlara səbəb ola bilir. Bu mənada, hesab edirəm ki, suçiçəyinə qarşı peyvənd olsaydı, daha yaxşı olardı. Bütün dünya üzrə xəstələnmə sayı, xəstələrin ağırlaşması və bir çox başqa faktorlar nəzərə alınıb. Amma insanlar daha çox profilaktik tədbirlərə əhəmiyyət verməlidir. Mümkün qədər qorunmaq lazımdır. Xəstə olan yerdə qoruyucu maskalardan istifadə edilməlidir. Xəstəliyə yoluxmuş şəxslə kontaktda olmaq olmaz. Həmin şəxs mütləq yataq rejimində olmalıdır. Eyni zamanda, ev şəraitində hansısa müdaxilə etməkdən çəkinmək lazımdır. Bu xəstəliyin əlamətləri müşahidə edildikdə dərhal həkimə müraciət olunması zəruridir. O zaman xəstəliyin fəsadı da daha az olar”.

Sevinc



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019