Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“İnqilabın ən böyük hədiyyəsi müstəqilliyimizdir" - səfir
Tarix: 11.02.2019 | Saat: 20:12:00
Bölmə:Gündəm | çapa göndər

İran İslam İnqilabının 40 illik yubileyi qeyd olunmaqdadır. Bu məqsədlə İranın ölkəmizdəki səfirliyi rəsmi qəbul keçirib. Dövlət və hökumət rəsmilərinin, diplomatik korpusun, millət vəkillərinin və ictimaiyyət təmsilçilərinin iştirak etdiyi tədbirdə öncə dövlət himnləri səsləndirilib. Çıxış edən İranın ölkəmizdəki səfiri Cavad Cahangirzadə İslam inqilabının tarixindən söz açıb, 40 ildə qazanılan uğurlardan danışıb. 

"İnqilabdan 40 il ötür və bu gün İran öz amalları uğrunda daha səylə mübarizə aparır. İslam inqilabının ən böyük hədiyyəsi müstəqilliyimizdir. Bu müddətdə çox sayda uğurlarımız olub ki, bu da İranı dünya müstəvisində yerini möhkəmləndirib", – deyən səfir bir çox uğurlu rəqəmləri xatırladıb. Diplomat ölkələrimiz arasında əlaqələrdən də söz açıb. Deyib ki, hazırda ölkələrimiz arasında ticarətin həcmi 1 milyard dollar civarındadır. "Ölkələrimiz Xəzərin statusu və digər regional məsələlərdə bir mövqedədirlər", – deyib səfir.

İqtisadiyyat naziri Şahin Mustafayev İran xalqını bayram münasibətilə təbrik edərək bildirib ki, İran hər bir sahədə böyük uğurlara imza atıb. O, ölkələrimiz arasında sıx qonşuluq və dostluq əlaqələrinin olduğunu da diqqətə çaydırıb. Nazir Azərbaycan və İran prezidentləri arasında yaxşı münasibətlərin olduğunu xatırladıb, İranın Qarabağ probleminin həlli məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini nəzərə çatdırıb.

Nazir vurğulayıb ki, ölkələrimiz arasında əlaqələrin əsas istiqamətlərindən biri də nəqliyyat-tranzit əməkdaşlığıdır. Bu gün böyük əhəmiyyətə malik Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin reallaşdırılması üçün mühüm addımlar atılır. Azərbaycan bu layihə üzrə öz ərazisində müvafiq infrastrukturun yaradılması işini uğurla tamamlayıb, eyni zamanda, İran ərazisində bu istiqamətdə görülən işlərə dəstək verir.

İki ölkə arasında turizm sahəsində artan əməkdaşlığı xüsusilə qeyd edən nazir bildirib ki, İrandan Azərbaycana səfər etmiş turistlərin sayında dəfələrlə artım müşahidə olunub. “ASAN viza” vasitəsilə viza alan əcnəbilərin sayına görə İran vətəndaşları ön sıralardadır.vv

Ümumiyyətlə, İran inqilabdansonrakı dövrdə ona qarşı elan edilən sanksiyalar üzündən iqtisadi çətinliklərlə üzləşib, ancaq bununla belə, yetərincə uğurlar da qazanıb. Hazırda İran bir çox kənd təsərrüfatı, heyvandarlıq və sənaye məhsulları ixracı sahəsində dünyada ilk yerlərdə dayanır. Əllə toxunan xalçalar, kürü, zəfəran, püstə, zirinc və sair ixracında dünyada birinci yeri tutur. Meyvələrdən ərik və qoz, həmçinin xiyar istehsalı sahəsində dünyada 2-ci, qarpız istehsalında isə 3-cü yer İrana məxsusdur. Badam ixracında 4-cü, soğan istehsalında 6-cı, pomidor, sitruc meyvələri və qoyun yunu istehsalı sahələrində isə İran dünyada 7-ci yerdədir. İran həmçinin dünyada 8-ci ən iri sement ixracatçısıdır. Bundan başqa, toyuq əti və müxtəlif meyvələr istehsalında da dünyada 8-ci yeri tutur.

Bütün bunların qarşılığında demək lazımdır ki, kənd təsərrüfatı və heyvandarlıq məhsulları İran iqtisadiyyatının çox kiçik qismidir. Statistik məlumatlara görə, kənd təsərrüfatı ölkə iqtisadiyyatının yalnız 11 faizini təşkil edir. Bu isə sənaye və xidmət sektoru ilə müqayisədə cüzidir.


Günümüzdə dünya bazarına çıxarılan azot gübrəsinin 2,5 faizi, etilenin 3 faizdən çoxu, uranın 4 faizi, kükürdün 4 faizi və ammonyakın 4 faizə qədəri məhz İranın payına düşür. İran alüminium istehsalında 19-cu, alüminium oksidi istehsalında isə 26-cı yerdədir. Dünyada ən böyük firuzə istehsalçısı olan İran, həmçinin gəc (tikinti xammalı) istehsalında 3-cü, eləcə də bəzək və tikinti daşları istehsalı sahəsində də dünyada 3-cüdür. Eyni zamanda, İran dünyada 8-ci dəmir, 12-ci mis, 14-cü ən iri sink istehsalçısıdır. İran taxıl istehsalı sahəsində 195 ölkə arasında 13-cü yeri tutur. 2016-cı ildə bazarının həcminə görə dünyada 19-cü olan İran həmçinin beynəlxalq müstəvidə 13-cü böyük hərbi gücə malikdir.

İndi də İranın bu 40 ildə qazandığı ilklərə nəzər yetirək:

1. İran dünyada kosmik fəzaya süni peyk buraxan 9-cu ölkədir. İran 2005-ci ildə orbitə süni peyk göndərib. Ancaq bu peyk xarici ölkələrin iştirakı ilə yaradılıb. Odur ki, 3 fevral 2009-cu ildə - İslam İnqilabının 30-cu ildönümündə tamamilə yerli istehsal olan “Ümid” süni peykini kosmik fəzaya göndərilib.

2. İranda 2005-ci ildə “Cord Blood” – körpənin bağırsaq qanı bankı yaradılıb. Hazırda İranda ildə 11 min insan körpənin bağırsaq qanı üçün müraciət edir. 2015-i ildən körpələrin bağırsaq qanının 780 min nümunəsi qeydə alınıb ki, bunun da 55 mini İrana məxsusdur.

3. İranda ürəkköçürmə əməliyyatı ilk dəfə İslam inqilabından 5 il sonra (1984-cü il) Tehrandakı doktor Şəriəti xəstəxanasında həyata keçirilib. Bununla da İran ürəkköçürmə əməliyyatı sahəsində dünyanın 10 ölkəsinin sırasında yer almaqdadır və hər il bu ölkədə 15 min ürəkköçürmə əməliyyatı həyata keçirilir.

4. İranda laboratoriya üsulu ilə ilk uşaq 1990-cı ildə Yəzd şəhərində “doğulub”. Bir il sonra isə Tehranda bir cüt ekiz uşaq bu metodla dünyaya göz açıb. Beləliklə, 90-cı illərdə sonunda İran ilk olaraq İVF və ya yumurtanı ana bətnindən kənarda dölləşdirmə metodu ilə uşaq dünyaya gətirmək texnologiyasına sahib olub.

5. İran Qərbi Asiyada genetik üsulla klonlaşdırılmış heyvan dünyaya gətirən ilk dövlətdir. Burada 2006-cı ildə ilk dəfə olaraq klonlaşdırılmış ilk məməli heyvan “doğulub”.

6. İran ilk ölkədir ki, 1996-cı ildə “Shuang” hüceyrələrindən istifadə üsulunu onurğa beyni zədəsinin müalicəsi üçün həll yolu kimi ortaya qoyub və 2006-cı ildə bu üsuldan onurğa beyni zədəsinin bərpası məqsədilə istifadə edilməsini xəstələr üzərində sınaqdan keçirib.

7. İnqilabdan əvvəl İran kəndlərində toplam 12 stadion və 5 qapalı salon olsa da, bu gün 2,2 min kənddə stadion, 400 kənddə idman salonu var.

8. İran 2015-ci ildə ilk dəfə olaraq öz ballistik raketini sınqdan çıxarıb. “Emad” adlı uçuş radiusu 2500 kilometr olan raketlə Rusiyadan Şərqi Avropaya, qərbi Çinə, Hindistanın böyük hissəsinə və Afrikanın şimal-şərqinə qədər geniş bir ərazini asanlıqla vurmaq olar.

9. Hazırda İran sualtı qayıqların sayı və su səthinin altından hücuna keçmək qabiliyyəti baxımından Şimali Koreya, Çin, ABŞ və Rusiyadan sonra 5-ci yerdədir.

10. İran 2018-ci ilin iyul ayında əməliyyat qabiliyyətli qırıcılar yaratmağa nail olub. Bu qırıcı “Kousər” adlandırılır, bir və ikikabinəlidir.

11. 2009-cu ildə İran tarixində ilk esmines “Cəmaran” adı ilə istifadəyə verilib və bununla da dünyanın esminesə malik 13 ölkəsindən biri olub.

12. İran dünyada “Torpedo” istehsal edən 12-ci ölkədir (ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa, Hindistan, Cənubi Koreya, Almaniya, Yaponiya, İtaliya, İsveç və İran). İranın “Hut” adlı “Torpedo”su suyun altında dünyadakı digər torpedolardan dörd qat artıq sürətlə hərəkət edir və buna görə də dünyada ən sürətli torpedo hesab olunur.

13. İran 2017-ci ildə şəkərə olan tələbatını tamamilə ödəyir və hətta xaricə də ixrac edir.

14. İran bu gün nüvə enerjisi istehsal etmək üçün lazım olan uran ehtiyyatlarına malikdir. 1989-cu ildə İranın Yəzdin vilayətində 3 min ton ehtihatı olan ilk uran yataq kəşf edilib.

15. 1979-cu illə müqayisədə hazırda İran əhalisinin orta ömür müddəti 54 ildən 75 ilə yüksəlib və digər məsələlərdəki sürətli irəliləyişlə birlikdə ölkə 40 il ərzində insan inkişafı göstəricisinin artım dərəcəsi baxımından dünyanın ən qabaqcıl dövlətinə çevrilib.

16. İran elmin inkişafında Qərbi Asiyada ilk yeri tutur. İran 1995-cü ildən bu günədək elmi inkişafın həcminə görə dünyada birinci yerə çıxıb. Hazırda ölkədə elmin inkişafı dərəcəsi dünya üzrə ora göstəricidən 11 dəfə artıqdır.

17. İran ABŞ, Rusiya, Fransa, Çin və Yaponiyadan sonra altıncı ölkədir ki, bir siçan, iki tısbağa və bir neçə qurdu kosmik gəmiyə mindirərək 3 fevral 2009-cu ildə kosmik fəzaya göndərib və canlı halda yenidən yerə qaytara bilib.

18. İranın tarixində ilk dəfə avtomobil mühərriklərinin qazla işləmə rejiminə keşirilməsi 1991-ci ildən geniş vüsət alıb və təbi qaz yanacağı satışı üzrə ilk məntəqə 1995-ci ildə təsis olunub. Nəticədə 2001-ci ildə İranda 2 milyon 860 min qazla işləyən avtomobil olub ki, bu göstərici ilə də dünyada ilk yerə yüksəlib.

19. Rusiyadan sonra dünyada 2-ci təbii qaz ehtiyatlarına malik olan İranda hazırda 10 mindən çox kənd qazla təmin olunub. İran qaz mənbələrindən istifadə baxımından da dünyada ABŞ və Rusiyadan sonra 3-cü yerdədir.

20. Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, İran 2011-ci ildə enerji sektorunun inkişaf göstəricisi baxımından dünyada 2-ci yeri tutub. İnqilabdan əvvəl ölkədə 4350 kəndə elektrik verilirdisə, hazırda 52520 kənddə yaşayan əhalinin 99 faizi elektrik enerjisi ilə təmin olunub. Şəhərlərdə isə enerji təchizatı 100 faizə bərabərdir.

21. İran robot hazırlama sahəsində də uğurlara imza atıb. Qəzvin Azad Universiteti isə robot texnologiyaları sahəsində birincidir və bu elmi mərkəzin “İmdadgər” robotu 2012-ci ildə Meksikada 1-ci yeri, 2013-cü ildə dünyanı simulyasiya edən robotu 1-ci yeri və 2014-cü ildə Braziliyada keçirilmiş belə yarışlarda yenə simulyasiya edən robotu 1-ci yeri tutub.

22. Son 15 il ərzində İran nanotexnologiyalar sahəsində həyata keçirilmiş tədqiqatlar üzrə dünyada 4-cü və İslam dünyasında 1-ci yerə çıxıb.

23. İran astma xəstləyini tam müalicə edən ölkələrdən biridir.

24. Müalicə olunmaq üçün hər il 200 mindən artıq əcnəbi İrana səfər edir və hökumət bu rəqəmi ildə 1 milyona çatdırmaq niyyətindədir ki, bu halda dövlət büdcəsi 7 milyard dollar gəlir götürəcək.

25. İran ildə 17 milyon tonadək polad istehsal etməklə həm öz tələbatını ödəyir, həm də xaricə satır.

26. İranda 2017-ci ildən elektriklə işləyən avtomobillər istehsal olunur.

27. İran 2012-ci ildən qırıcı keyfiyyətli “Tufan 2” helikopterinə malikdir ki. bu hava döyüş maşını bəzi xüsusiyyətlərinə görə, ABŞ-ın “Kobra”sını geridə qoyub.

28. İranda ilk yerli parovoz istehsalı 2012-ci ilin fevralında, yəni ölkəyə ilk qatarın gəlməsindən 130 il sonra başlayıb. Bununla da İran öz tarixində ilk dəfə qatar mühərriki və lokomotiv istehsal edən ölkəyə çevrilib.

29. İranlı mütəxəssislər 1998-ci ildə ilk yerli istehsal olan radarı yaradıblar və beləliklə, İran azsaylı radar istehsal edən ölkələrin sırasına qoşulub. Hazırda ölkədə 40 növdə radarlar istehsal edilir və sair.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.04.2019
23.04.2019