Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İqtisadçı ekspertdən təklif: “Əlillərə taksi pulu verilməlidir”
Tarix: 12.02.2019 | Saat: 11:16:00
Bölmə:İqtisadiyyat | çapa göndər

“Pensiya hədləri – istər əlilliyə görə olan müavinətlər, istər əmək pensiyası, xəstəliklərə görə pensiya alanlar üçün minimal həcm ehtiyac meyarına uyğun olmalıdır”.

Bunu hafta.az-a açıqlamasında iqtisadçı ekspert Ruslan Atakişiyev deyib. Ekspert bildirib ki, əlilliyi olan şəxslər və ictimai nəqliyyatdan fiziki imkanlarına görə məhrum olanlara dövlət taksidən istifadə üçün də vəsait ayrılmalıdır. Onlara verilən pul ehtiyaclarını qarşılayacaq həcmdə olmalıdır: “Bu gün bizdə ayda 70-80 manat pensiya alan da var. Hansı ki, dövlət bu pulu onlara əlilliyinə görə verir. Həmin 70-80 manat isə onun heç 2 dəfə müalicəyə getməsinə çatmır. Uşağı xəstə olan əlillər var. 80 manat pensiya alır. Uşağı reablitasiyaya getməlidir. Çıxışdırıb uşağını göndərə bilmir. Ona görə də hesab edirəm ki, həmin şəxslərin pensiyaları ehtiyac meyarını ödəyəcək səviyyəyə qaldırılmalıdır. Onların nəqliyyatdan istifadəsinə görə, pul verilməlidir. Axı başqaları kimi avtobusla gedib-gələ bilməyənlər var. Çünki fiziki məhdudiyyətlidirlər. Onlar ancaq taksilərdən istifadə edirlər. Ona görə də bu cür məsələlərə yenidən baxılmalıdır. Yəni, həmin əlillərin vəziyyətinə görə vəsait ayrılmalıdır”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019