Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Görülən işlər atılan addımların hər biri əhalinin rifah halına istiqamətlənib"- Hadı Rəcəbli
Tarix: 12.02.2019 | Saat: 13:10:00
Bölmə:Siyasət | çapa göndər

Ölkə başçısı İlham Əliyev tərəfindən mütəmadi olaraq sosial məqsədlərə xidmət edən sərəncamlar imzalanır.

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli parlamentin bu gün keçirilən plenar iclasında deyib.

H.Rəcəbli qeyd edib ki, belə sərəncamlardan biri minimum əməkhaqqının artırılması ilə bağlıdır:

“Bu sərəncamla əhalinin böyük hissəsi əməkhaqlarında hiss olunacaq dərəcədə fərq görəcək. Bu, müstəqillik dövründə ilk belə addımdır və əməkhaqlarının artırılmasına imkan yaradacaq”.

Komitə sədri bildirib ki, 2007-ci ildə yaşayış minimumu 67 manat olsa da, minimum əməkhaqqı 50 manat idi:

“Digər illərdə də belə fərqlər var idi. Lakin ölkə başçısının son sərəncamı ilə minimum əmək haqqı yaşayış minimumunu üstələdi. Azərbaycanda sosial müdafiə məqsədlərinə ayrılan vəsaitin həcminə diqqət etsək, bu rəqəmlərin nə qədər böyük olduğunu görmək mümkündür. Şəhid ailələrinə verilən müavinət 58 manat artaraq 300 manata çatdırıldı".

Komitə sədri vurğulayıb ki, sərəncam əhalinin rifah halının yüksəldillməsi baxımından olduqca önəmli addımdır.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019