Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ölüm gətirən UH-1 helikopterləri
Tarix: 12.02.2019 | Saat: 13:56:00
Bölmə:Maraqlı | çapa göndər

Bu günlərdə İstanbulun Çəkməköy bölgəsində UH-1 tipli hərbi helikopter qəzaya uğradı və nəticədə 4 əsgər şəhid oldu.

Hafta.az yazır ki, haqqında söz açılan helikopterlərin Türkiyə Silahlı Qüvvələrinin arsenalından çıxarılması gözlənilir. Çox düşündürücüdür ki, sözügedən qəza UH-1 markalı helikopterlərin Türkiyədəki sayca 6-cı qəzasıdır. Belə çıxır ki, bu hava maşınında hansısa çox ciddi texniki çatışmazlıqlar mövcuddur və təbii ki, onun ordunun istifadəsində qalması yeni təhlükələr yarada bilər. Ancaq biz bu helikopterlərin aqibətinin necə olacağını deyil, onlarda yaşanan qəzalar haqda danışacağıq.

Qeyd edək ki, UH-1 helikopterləri Vyetnam müharibəsinin əsas simvollarından sayılıb. Bu gün də bir çox ölkənin hərbi arsenalında olan helikopterlər axtarış-xilasetmə, nəqliyyat və pilotların təlimi məqsədilə istifadə edilir. 

İlk uçuşunu 22 oktyabr 1956-cı ildə edən "UH-1"lər 1959-cu ildə ABŞ ordusunun hidmətinə verilib. Sonuncu belə helikopterlər 1976-cı ildə istehsal olunub və sonra zavodu bağlanıb. Daha sonradan həmin helikopterlərin yeni modeli olan "Bell"lərin istehsalına başlanılıb və 2004-cü ildən bu modellər istifadəyə verilib. 

İndi də gələk, olduqca köhnəlmiş olan UH-1 markalı helikopterlərin Türkiyədə yaratdıqları qəzalara. 

8 noyabr 2002-ci il. Bandırmadakı 6-cı Əsas Aviabazanın balansındakı UH-1 tipli helikopter təlim meydançasına enərkən yerə çırpılıb. Qəza zamanı 6 həbçi şəhid olub. 

16 mart 2006-cı il. Ərzincana səmt alan "UH-1" mənzil başına çatmağa 55 kilometr qalmış, yüksək gərginlikli elektrik xəttinə çırpılaraq qəzaya düşüb. Nəticədə 5 əsgər şəhid olub, bir nəfər isə ağır vəziyyətdə yaralanıb. 

10 aprel 2006-cı il. Kocaelinin Uzunçiftlik bölgəsində UH-1 tipli hərbi helikopter yerə çırpılıb. Qəza zamanı 3 hərbçi həlak olub. 

10 yanvar 2011-ci il. Piyada Aviasiyası Məktəbinin rəhbərliyinə aid təlim uçuşu edən UH-1 helikopteri Sincan rayonuna bağlı Temelli və Polatlı rayonunun Dodurğa kəndləri arasındakı Kapalıtəpə deyilən ərazidə  yerə çırpılıb. Nəticədə 5 zabit şəhid olub. 

26 noyabr 2018-ci il. İstanbulda 4-cü Piyada Aviasiyası Alay komandanlığına aid "UH-1" Sancaktəpə rayonunun Sarıgazi məhəlləsində yerə çırpılıb və hadisə zamanı 5 əsgər dünyasını dəyişib.

Maraqlıdır, bu qədər qəzalara səbəb olan və təbii ki, toplam 24 əsgərin həyatına son qoyan UH-1 hərbi helikopter hansı texniki özəlliklərə malikdir? Helikopterin çəkisi yüksüz halda 2 min 363 kiloqramdır. Hava maşını maksimum 4 min 309 kiloqram çəkidə uçur. Gövdəsinin uzunluğu 12,77 metr, hündürlüyü 4,42 metrdir. Pərlərinin diametri 14,63 metr olan helikopteri 1 və ya 2 pilot idarə edir. Ən çox 9-10 nəfəri daşıya bilən "UH-1"lər saatda maksimum 204 kilometr məsafə qət edə bilir. Helikopterlər normalda 3 min 840 metr, maksimum isə 4 min 280 metr yüksəkdə uçur. Helikopter bir dəfə yanacaq doldurmaqla 510 kilometr məsafəyə uçmaq qabiliyyətinə malikdir. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.05.2019
25.05.2019
24.05.2019