Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Əməkhaqlarının yüksəldilməsi ilə bağlı istənilən addım alqışlanmalıdır” – EKSPERT
Tarix: 12.02.2019 | Saat: 14:59:00
Bölmə:Siyasət İqtisadiyyat | çapa göndər

“Azərbaycanda minimum əməkhaqqının yüksəldilməsi bir qrup təbəqənin sosial rifahının yaxşılaşdırılmasına təsir göstərəcək. Bu məbləğin 130 manatdan 180 manata qaldırılmasının həmin təbəqənin sosial rifahının yaxşılaşdırılmasına çox müsbət təsirləri var”.

Bunu hafta.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib. Ölkə başçısı İlham Əliyevin fevralın 8-də imzaladığı və minimum əməkhaqlarının 130 manatdan 180 manata qaldırılması ilə bağlı sərəncamını şərh edən ekspert bildirib ki, minimum əməkhaqqı səviyyəsində məvacib və pensiya alan vətəndaşlarımız da çoxdur: “Bu vətəndaşların sayı yüzminlərlədir. Həmin insanların həyatında 50 manatlıq artım müəyyən rol oynayacaq. Ən azından gəlirləri 40-50 manat artacaq. 

Bununla belə, biz cərimələrin minimum əməkhaqqına bağlılığını aradan qaldırmalıyıq. Ümumi olaraq tendensiya müsbətdir. Bir sıra millət vəkilləri də bildirib ki, bu hələ başlanğıcdır. İslahatlar davam etdiriləcək. Mən də bunun tərəfdarıyam. İslahatların davam etdirilməsi məsələsini alqışlayıram. Azərbaycanda əməkhaqlarının yüksəldilməsi ilə bağlı  istənilən addım alqışlanmalıdır. Amma bu tək minimum əməkhaqqı ilə yekunlaşmamalıdır. Azərbaycanda əməkhaqqı fondu bizim ümumi daxili məhsulumuzun 20-25 faizi civarındadır. İnkişaf etmiş ölkələrdə isə bu rəqəm 50 faizin üzərindədir. Ona görə də Azərbaycanda əməkhaqlarının artırılması istiqamətində ciddi addımlar atılmalıdır. Biz də bu gözləntini alqışlayırıq”.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev fevralın 8-də sərəncam imzalayıb. Sərəncama əsasən minimum əməkhaqqı 150 manatdan 180 manata qaldırılıb.

Sərəncam büdcə təşkilatlarında çalışan 600 min nəfərə şamil ediləcək. Yəni, artıq 180 manatdan aşağı əmək haqqı alan olmayacaq. Əmək haqqı 50 manat artıb. Məlum qərar sonradan özəl sektora da şamil olunacaq.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.04.2019
23.04.2019