Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Qəzetlər analitik təhlillərə üstünlük verməlidirlər” – Vüqar Rəhimzadə
Tarix: 12.02.2019 | Saat: 13:30:00
Bölmə:Gündəm | çapa göndər

Dünən Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. İclasda öncə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qəzetlərin maliyyələşməsi üçün şərtləri dəyişdirməsindən sonra yaranmış durum müzakirə edilib.

İH üzvləri bildiriblər ki, qəzetlər üçün minimum 5 min tiraj və 2 min yayım tələbinin qoyulması dövlətin bu sahəyə yeni yanaşma tərzidir. Buna adekvat fəaliyyət göstərən qəzetlər olacaq, lakin bir çox kütləvi informasiya vasitələri indidən nəşrlərini dayandırdıqlarını bəyan ediblər. Mövcud durumdan çıxmaq üçün yollar tapılmalıdır.Bildirilib ki, KİVDF-nin maliyyələşmə şərtlərində dəyişiklər etməsi yeni dövrün tələbindən irəli gələn zərurətdir. Əsas məsələlərdən biri maliyyələşəcək qəzetlərin sayını azaltmaq deyil, daha keyfiyyətli qəzetçiliyə dəstək olmaqdır. Buna görə də yalnız tiraj və yayım yox, eyni zamanda məzmun məsələsi də ön planda olmalıdır. İH üzvləri mövcud məqama xüsusi diqqət yetirərək bildiriblər ki, internet medianın geniş vüsət aldığı hazırkı şəraitdə oxucu xəbər saytlarındakı informasiyanı yenidən qəzetdə görmək istəməz. Deməli, yeni dövrün tələbləri qəzetçiliyə də yeni yanaşmanı gətirməlidir və bu yol dünyanın bir çox qabaqcıl ölkələrində gedilir. Nəticə etibarilə dünya miqyasında tiraj və yayım sahəsində əvvəlki illərdə mövcud olmuş geriliyin aradan qaldırılmasında müsbət tendensiyalar müşahidə olunmaqdadır.

İclasda internet media resurslarının maliyyələşməsi məsələ üzərində dayanılıb. Bildirilib ki, hazırda ictimai fikir daha çox internet üzərindən yayımlanan media vasitələri ilə formalaşır. Bu proses Azərbaycanda da sürətlə gedir. İnternet medianın malik olduğu resursların dövlətin və cəmiyyətin mənafeləri baxımından uzlaşdırılmasına ciddi ehtiyac var. Buna görə də mediaya dövlət dəstəyi məsələsində prinsipial məqamlardan biri də məhz onlayn KİV-lərin maliyyələşməsidir.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə hafta.az-a açıqlamasında deyib ki, Kütləvi İnformasiya vasitələrinə Dövlət Dəstəyi Fondunun son qərarını alqışlayır: “Bu qərarı dəstəkləyirəm. Hesab edirəm ki, bu ümumi mətbuatın inkişafına təkan verən qərarlardır. Ümumiyyətlə, KİVDF on ildir ki, fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi illərdə mütəmadi olaraq belə qərarlar verib. Təxminən üç qərar verilib. Bu da dördüncü qərardır. Bu qərar ümumi olaraq qəzetlərin yaxşı mənada fəaliyyətinə, formalaşmasına, tirajlarının artmasına stimul verən qərarlardır. İstiqamətlənmiş addımlardır. Misal üçün beş min tirajın, iki min abunənin olmasının nəyi pisdir ki?! Əlbəttə ki, bu alqışlanmalıdır. Mən baxıram ki, artıq sosial şəbəkələrdə, saytlarda bir çox qəzetlər abunə kampaniyası reallaşdırır. Əvvəla, bu abunə kampaniyasının artmasına gətirib çıxaracaq. Eyni zamanda, qəzetlərin yayımına kifayət qədər böyük təsir göstərəcək. Ona görə də KİVDF-nin bu qərarını alqışlayıram”.

“İki sahil” qəzetinin baş redaktorunun fikrincə bu qərar həm də elektron medianın inkişafına təsir göstərəcək. Elektron medianın da maliyyələşməsi gündəmdədir. Qəzetlərin yaxşı mənada formalaşmasına və daha da inkişafına təsir edəcək: “Burada hansısa qəzetin bağlanmasından söhbət getmir. Qəzetlərin stimullaşdırılması, onların daha da yaxşı tirajla və yüksək keyfiyyətlə nəşri, yayımı, müasir dövrə uyğunlaşdırılması, modernləşdirilməsindən söhbət gedir. Ona görə qəzetlər həmin şərtlərə uyğun olaraq fəaliyyətlərini davam etdirəcəklər. İndiyə qədər 30-35 qəzet layihələr əsasında maliyyə dəstəyi alırdı. Amma Azərbaycanda yüzlərlə qəzet çıxır. O qəzetlər yenə fəaliyyət göstərəcək. Amma prinsipial mənada qarşılarına məqsəd oyacaqlar ki, tirajları artsın. Həmin şərtlərə uyğun hərəkət etsinlər. Bunu yalnız alqışlamaq lazımdır. Mən hamısına uğurlar arzulayıram.

Vüqar Rəhimzadə hesab edir ki, qəzetlər müxtəlif istiqamətli yazılar üzrə özünə oxucular toplamalıdır: “Bu gün qəzetlərin qarşısında duran ən başlıca vəzifə analitik təhlil, reportaj və digər janrlara daha çox üstünlük verməlidirlər. Öz ekskluziv materialları olsun. Hazırda elektron media da sürətlə inkişaf edir. Elektron media xəbərləri ictimailəşdirmək üçün kifayət qədər təsir gücünə malikdir. Sosial şəbəkələr vasitəsi ilə biz müəyyən xəbərləri alırıq. Hesab edirəm ki, qəzetlər öz stillərində də müəyyən dəyişikliklər etməlidir. Yalnız öz oxucuları üçün özünəməxsus mövzulara yer verməlidirlər. İstər siyasət, istərsə də ölkənin iqtisadi, mədəni həyatı ilə bağlı xəbərlər olsun, hesab edirəm ki, ekskluziv materialların olması hər qəzetin özünün oxunaqlı olmasına gətirib çıxaran amillərdəndir”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.04.2019
23.04.2019