Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ağ ayılar qəsəbəni zəbt edib, fövqəladə vəziyyət elan olunub
Tarix: 12.02.2019 | Saat: 14:59:00
Bölmə:Maraqlı | çapa göndər

Rusiyanın şimalında yerləşən Novaya Zemlya adasında ağ ayılar insanların yaşayır yerlərini, üstəlik dövlət idarələrini zəbt ediblər. Ona görə də adada fövqəladə vəziyyət elan olunub.

Hafta.az "Sputnik"ə istinadən yazır ki, rəsmi Moskva ayıların vurulmasına icazə vermədiyi üçün yerli sakinlər böyük təhlükə ilə üz-üzə qalmaqda davam edir. 

3 min əhalisi olan adada ayıların evlərə girməsinin səbəbini açıqlayan zooloqlar bu qənaətdədirlər ki, heyvanlar onların ərazisini zəbt edən insanlara güc nümayiş etdirirlər. Novaya Zemlya adasının yerli icra nümayəndəsi Aleksandr Minayev isə bildirib ki, bölgənin inzibati mərkəzi olan Beluşya Guba qəsəbəsinə dekabr ayından etibarən ümumilikdə 52 ağ ayı baş çəkib və qəzəbli dabranışları ilə sakinləri təlaşa salıblar. Minayev əlavə edib ki, hər gün yaşayış yerlərində axı 5-6 ayı görmək mümkündür. “İnsanlar qorxu içindədirlər, evlərindən bayıra çıxmağa çəkinirlər. Bəzən iş yerlərinə, məktəblərə, hətta alış-verişə belə çıxa bilmirlər” deyib Minayev.

Novaya Zemlyanın bələdiyyə sədri Jiganşa Musin isə bildirib ki, günümüzdə adanın ərazisində qütb ayılarının sayı heç vaxt olmadığı qədər artıb. “1983-cü ildən bəri Novaya Zemlyadayam, bu 35 ildə heç vaxt ay ayıların yaşayış yerlərini beləcə toplu şəkildə istila etdiyini görməmişəm” deyib bələdiyyə sədri. O. əlavə edib ki, ağ ayılar hərbi qarnizonun həyətində yerləşən rəsmi idarənin qapısımnadək gəlirlər və hətta gördükləri insanları qabaqlarına qatıb qovurlar. "Artıq iş o yerə çatıb ki. bu nəhəng qütb ayıları heç kimdən narahat olmurlar, özlərini kimsəsiz yerdəki kimi rahat hiss edirlər" deyib Musin.

Hazırda vəziyyəti yerindəcə öyrənmək üçün Moskva Novaya Zemlyaya komissiya göndərib. 

Xatırladaq ki, qlobal istiləşmə ilə bağlı dünya civarında qütb və ya ağ ayıların nəsli kəsilmək üzrədir. Ona görə də onların ovlanması beynəlxalq müstəvidə yasaqlanıb. 

Məlumat üçün bildirək ki, hazırda Novaya Zemlyada Rusiya hərbi hava və hava hücumundan müdafiə qüvvələri yerləşir. Rusiya müdafiə nazirliyi bildirib ki, yanvar ayında adadakı çox sayda istifadə olunmayan hərbi xarakterli bina, ağ ayıların girməməsi üçün uçurulub. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019