Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Peşəkarlıq baxımından ənənəvi media daha öndədir” – Bəhruz Quliyev
Tarix: 12.02.2019 | Saat: 15:41:00
Bölmə:Sosial | çapa göndər

Dünən Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. İclasda öncə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qəzetlərin maliyyələşməsi üçün şərtləri dəyişdirməsindən sonra yaranmış durum müzakirə edilib.

İH üzvləri bildiriblər ki, qəzetlər üçün minimum 5 min tiraj və 2 min yayım tələbinin qoyulması dövlətin bu sahəyə yeni yanaşma tərzidir. Buna adekvat fəaliyyət göstərən qəzetlər olacaq, lakin bir çox kütləvi informasiya vasitələri indidən nəşrlərini dayandırdıqlarını bəyan ediblər. Mövcud durumdan çıxmaq üçün yollar tapılmalıdır.Bildirilib ki, KİVDF-nin maliyyələşmə şərtlərində dəyişiklər etməsi yeni dövrün tələbindən irəli gələn zərurətdir. Əsas məsələlərdən biri maliyyələşəcək qəzetlərin sayını azaltmaq deyil, daha keyfiyyətli qəzetçiliyə dəstək olmaqdır. Buna görə də yalnız tiraj və yayım yox, eyni zamanda məzmun məsələsi də ön planda olmalıdır. İH üzvləri mövcud məqama xüsusi diqqət yetirərək bildiriblər ki, internet medianın geniş vüsət aldığı hazırkı şəraitdə oxucu xəbər saytlarındakı informasiyanı yenidən qəzetdə görmək istəməz. Deməli, yeni dövrün tələbləri qəzetçiliyə də yeni yanaşmanı gətirməlidir və bu yol dünyanın bir çox qabaqcıl ölkələrində gedilir. Nəticə etibarilə dünya miqyasında tiraj və yayım sahəsində əvvəlki illərdə mövcud olmuş geriliyin aradan qaldırılmasında müsbət tendensiyalar müşahidə olunmaqdadır.

Məsələyə münasibət bildirən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev hafta.az-a açıqlamasında deyib ki, müasir dünya rəqabət üzərində gedir. Faktiki olaraq bu gün elektron mediayla çap mediası arasında mübarizə davam edir. İstəsək də, istəməsək də, bu, müasir dünyanın tələbi və reallığıdır: “Aydındır ki, yazılı mətbuat operativlik baxımından müasir mediadan bir pillə geridə qalır. Amma peşəkarlıq baxımından ənənəvi media daha öndə gedir. Fondun verdiyi qərar gəldikdə, ciddi, gündəlik çıxan bir mətbu orqanının ətrafında 2 min oxucu yoxdursa, rəqabətə tab gətirə bilməz. Yox, ətrafında 2 min oxucu kütləsi varsa, həmin mətbu orqanı inkişaf edəcək”.

Bəhruz Quliyevin fikrincə fond bu addımıyla ciddi, peşəkar və rəqabətə davamlı mətbuat orqanlarını inkişaf etdirmək niyətindədir: “Fond heç bir mətbu orqanı bağlamır. Heç bağlamaq fikri də yoxdur. Artıq 10 ildir fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi müddətdə də yazılı mətbuata kifayət qədər yardımlar edib. Onun yaşaması, inkişaf etməsi, həmçinin orada çalışan jurnalistlər üçün kifayət qədər böyük layihələr həyata keçirib, bundan sonra da tendensiya davam edəcək. Sadəcə olaraq, reallıqlar var. Onlardan biri də kağızın qiymətinin qalxmasıdır. Bilirsiniz ki, Azərbaycana kağız kənardan idxal olunur. Bir tərəfdən kağızın qiyməti qalxıb, digər tərəfdən mətbuata qoyulan xərc özünü ödəmir, alıcılıq səngiyib, yazılı mətbuat sıxılıb. Amma fondun verdiyi qərarla rəqabətə tab gətirən qəzetlərin inkişafı ikiqat stimullaşdırılacaq. Əvvəl verilən maliyyə 2 dəfə çox olacaq. Bu da yazılı mətbuatın növbəti mərhələyə qədəm qoymasına işarədir. KİVDF-nin qoyduğu kriteriyalarda sərtlik yoxdur. Bunun üçün qəzetin 5 min tirajı və minimum 40% isə satışı olmalıdır. Bir qəzetin 40%-i satılmır, abunə kimi sevilərək alınmırsa, o qəzetin yaşaması sual altındadır. İstəsək də, istəməsək də, bu, müasir dünyanın qarşımıza qoyduğu reallıqdır”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.04.2019
23.04.2019