Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Lombardlar vətəndaşları necə aldadır? - ARAŞDIRMA
Tarix: 12.02.2019 | Saat: 16:10:00
Bölmə:Sosial | çapa göndər

Son illərdə Azərbaycanda fəaliyyət göstərən lombardların sayı kifayət qədər çoxalıb. Hər addımda "daha aşağı faizlə lombard krediti" elanına rast gəlirik. Bankların bağlanması lombardlara olan təlabatları artırdı.

Digərlərinin kredit şərtlərini çətinləşdirməsi də, sözügedən sahəyə marağı artırmağa başladı.

Bu gün şəhərin hər bir küçəsində lombardlara rast gəlmək olar. Hər birinin də özünə uyğun şərtləri faizləri...

Bəs lombardlar insanları hansı şərtlərlə özlərinə çəkə bilirlər?

Məsələ ilə daha yaxından tanış olmaq üçün ilk olaraq Əhmədli metrosunun çıxışında yerləşən lombordlara baş çəkdik. Müştəri olaraq müarciət etdik.

İlk baş çəkdiyimiz yerdə telefon, saat, eynək də satılır. Üstəlik lombard fəaliyyəti ilə də məşğul olurlar.

Xanım əməkdaşdan şərtləri soruşuram. Deyir ki, biz müştərilərimizlə çox münasib qiymətə işləyirik:

"Rus qızılının qramını 30 manata, İtaliyan qızılının qramını 40 manatla hesablayırıq. Bizdə faiz 4-10 faiz arası dəyişir. 15 ildir fəaliyyət göstəririk və camaat bizə inanır. İnanmasa idilər, burada olmazdıq. Varıqsa, güvənli adamlarıq".

Elə həmin ərazidə yerləşən digər lombardda da eyni vəziyyətdir. Rus qızılı 35 manat, italiyan qızılı 45 AZN civarında dəyişir. Bunlar da güvən məsələsində bir neçə illik fəaliyyətlərini əsas gətirirlər.

Xətai rayonunda başqa bir lombardda üz tuturuq. Qapının üstünə 3.6 % yazılsa da, içəridə əməkdaş 2.9 % faiz müqabilində qızılınızı qoyub, pul götürə biləcəyimizi dedi. Qiymətlər isə 30 manatdan 50 manata qədər dəyişir. "Mən sizə necə güvənə bilərəm" sualına isə, "hər gün gəlib qızılınıza baxıb gedə bilərsiniz", - dedi. Bu təcrübə başqa ölkələrdə yoxdur, amma Bakıda var imiş. Bütün günü işi atıb gedib qızılını çıxarıb baxasan ki, tam güvənliyindən əmin olasan.

Məsələyə aydınlıq gətirmək üçün ekspertlərin münasibətini öyrəndik.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov hafta.az–a açıqlmasında dedi ki, Azərbaycandakı bir çox lombardların fəaliyyəti qanunsuzdur. Ekspertin sözlərinə görə, lombardlar krediti öz hesabına verməlidirlər:

“Ancaq lombardlar verdikləri pulları özləri banklardan götürürlər. Bank hesabına götürüb pul vermək qanunsuzdur. Bank elə qurumdur ki, aşağı faizlə borc alıb, yüksək faizlə verir. Sadə dildə desək pulunu satır, pul alveri ilə məşğul olan bir sahədir. Buna görə də banklar lisenziya almalıdır. Amma lombardlar lisenziya almır, üzərində nəzarət yoxdur. Belə olan halda lombard yalnız öz pulunu verə bilər. Yəni nizamnamə kapitalında olan pulunu hərraca çıxara bilmə gücündə olmalıdır. Bu gün isə Vergilər Nazirliyinin saytına girsəniz görərsiniz ki, Azərbaycan lombardlarının nizamnamə kapitalı maksimum 100 AZN təşkil edir. Bəzilərində isə bu rəqəm 2, 5, 10 manat civarında da dəyişir. Lombard bundan artıq nə kredit verirsə qanunsuzdur. Nəzarət Palatası ilk növbədə bu kimi kiçik lombardlar qanunsuz fəaliyyəti ilə maraqlanmalıdır”.

Ə.Həsənov "vətəndaşlar lombardlara necə etibar edə bilər" məsələsinə də aydınlıq gətirdi:

“Lombardların üzərində nəzarət olmadığına görə, qanunvericilikdə heç bir tələb də yoxdur. Ona görə də, lombardlar istədikləri kimi kredit müqaviləsi bağlayırlar, götürdükləri qızılı istdəkiləri qiymətə dəyərləndirirlər. Ən böyük problem vətəndaşların lombardlara inanmasıdır. Əgər gedib qızıl qoyub pul götürürsə, heç olmasa maksimum dərəcədə eyniləşdirməlidir. Sabah dəqiq müəyyən etmək mümkün olsun. Müqavilədə göstərirlər ki, bu qıramda bir qızıl götürdülər. Amma sabah onları aldada bilirlər. Əmanət qoyan şəxs gərək videosunu da çəksin. Hətta o qızılı verəndə də çəkisini dəqiq çəkmək lazımdır. Qızılın ölçülməsi, qiymətləndirilməsi məsələsində qanunvericilik heç bir tələb qoymadığı üçün, onlar da istədikləri kimi qiymətləndirmə aparırlar. Lombardların ən böyük cinayəti isə vətəndaş ödəmə imkanını itirən kimi, onların qızılını hərraca çıxarırlar. Vətəndaşa qızılın batdığını bildirirlər. Ancaq qızıl açıq hərracda satılmalıdır, əks halda qanun pozuntusudur. Buna heç bir lombard əməl etmir. Bəzən də müştəri gəlir görür ki, qızılını verdiyi lombard bağlanıb. Bunların verdiyi qızılı götürüb gediblər. Dövlət nəzarəti də yoxdur ki, nəsə vətəndaşa kömək edə bilsinlər. İtirən isə vətəndaşlar olur”.

Ekspert həmçinin “Bank olmayan kredit təşkilatları”nda olan lombardlar haqqında sualımıza da münasibət bildirdi:

“Bir müddət əvvəl ölkədə bir neçə bankın lisenziyasına xitam verdikdə onlar tamamilə bağlanmasın deyə bu formalarla fəaliyyətlərini davam etdirirlər. Onların da tərkibində lombardlar var. Ama bu digər bildiyimiz lombardlardan fərqlənir. Çünki onların lisenziyası var. Onlara nəzarət mövcuddur. Qeydiyyatları, lisenziyaları olduğu üçün vətəndaşların aldadılmasına getmirlər”.

İqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, lombardlarda faizlər bank faizləri ilə müqayisədə yüksəkdir:

“Birmənalı şəkildə lombardlarda bu göstərici 5% civarında dəyişir. Ancaq verilən məbləğə görə bu böyük göstəricidir. Lombardların illik faizi 48 % təşkil edir. Bu da kifayət qədər böyük məbləğdir. 10 min manat üçün 4800 üstündə ödəniş etmək tələb olunur. Banklarda bu faizlər aşağıdır. Ancaq bankların də şərtləri ağırdır. Bu ağır şərtlər də insanları  lombardlara istiqamətləndirdi. Əsas problem isə lombardlara olan güvən məsələsidir ki, bu gün o yoxdur. Aparılan monitorinq və cinayət işləri göstərir ki, lombardlar vətəndaşları aldadıb. Lombardların çoxu zirzəmidə, padvallarda bir otaqlı yerlərə sığınıblar. Bu da xidmət səviyyələrin çox aşağı olmasından xəbər verir. Lombardın öz öhdəliyini yerinə yetirməsi ilə bağlı prosedur qaydalar formalaşmayıb. Onlar yalnız sahibkarlıq subyekti kimi fəaliyyət göstərirlər. Özfəaliyyətlərini genişləndirirlər. Daha məqsədə uyğundur ki, lombardlar lisenziyalaşdırılmış qurum olsunlar. Maliyyə palatası bu praseduru həyata keçirməldir ki, onlar üçün də gələcəkdə problemlər yaranmasın. Lombardların statusunun dəyişdirlməsi çox vacibdir. Belə olan halda lombardlar da vətəndaşları aldada bilməzlər”.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.04.2019
23.04.2019