Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Sumqayıt Texnoloğiyalar Parkında heç bir ixtisar yoxdur - Rəşad Əliyev
Tarix: 12.02.2019 | Saat: 16:08:00
Bölmə:Sosial | çapa göndər

Son günlər Sumqayıt Texnologiyalar Parkında kütləvi ixtisarlarla bağlı xəbərlər yayılıb. Məsələni aydınlaşdırmaq üçün STP ilə əlaqə saxladıq. STP-nin İctimaiyyətlə Əlaqələr üzrə meneceri Rəşad Əliyev hafta.az açıqlamasında dedi ki, haqqımızda dərc olunan bir neçə məqalədə şirkətimizdə ixtisarların getdiyi qeyd edilib, bütün bu informasiyalar tamamilə əsassızdır:

“Əksinə böyük iş elanları səhifələrində şirkətimizdə elan edilən müxtəlif vakansiyalar ilə mütəmadi olaraq tanış ola bilərsiniz. Nəzərə almaq lazımdır ki, Sumqayıt Texnologiyalar Parkı 11 zavoddan ibarət olan böyük bir müəssisədir. Təbii ki, belə iri müəssisələr mütəmadi olaraq yeni kadrlar cəlb edir, həmçinin şirkətimizdə formalaşmış kvalifikasiyalı kadrlar müxtəlif şəxsi səbəblərdən iş yerlərini dəyişərək başqa şirkətlərdə işləməyə başlayır. Bu isə əmək bazarında gedən çox normal bir prosesdir. Həmçinin qeyd etmək lazımdır ki, Sumqayıt Texnologiyalar Parkı əməkdaşları üçün sağlam mühit və əlverişli şərait yaradır. Əməkdaşlara verilən ödənişsiz nəqliyyat, sağlam qidalanma, mütəmadi şəkildə keçirilən təlimlər verilən imtiyazların yalnız bir qismini təşkil edir”.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.04.2019
23.04.2019