Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Oğurladığı 49 min dolları məktubla geri göndərdi: “Biz haram pul istəmirik”
Tarix: 12.02.2019 | Saat: 17:15:00
Bölmə:Bölgə Hadisə | çapa göndər

Balakən sakininin evindən 49 min ABŞ dollarını oğurlayan şəxs və yaxud şəxslər yarım aydan sonra oğurladıqları pulları geri qaytarıblar.

Hafta.az-ın “Report”a istinadən məlumatına görə, hadisə yanvar ayının 25-i rayonun Qullar kəndində baş verib. Belə ki, kənd sakini Sabir Teliyev yaşadığı evdən naməlum şəxs və yaxud şəxslər tərəfindən 49 min ABŞ dollarının oğurlanması ilə bağlı Balakən rayon Polis Şöbəsinə müraciət edib. Elə həmin gündən Balakən Rayon Polis Şöbəsi tərəfindən S.Teliyevin yaşadığı ünvandan küllü miqdarda pulu oğurlayan şəxs və yaxud şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Lakin hadisə baş verən gündən 15 gün sonra qəribə olay baş verib. S.Teliyevin yaşadığı evdən 49 min ABŞ dollarını oğurlayan şəxs və yaxud şəxslər oğurladıqları pulun məbləğini tam şəkildə “Biz haram pul istəmirik” məzmununda məktubla birlikdə həyətyanı sahənin hasarından içəri tullayıblar.

Oğurlanan pul həyətə tullanılan zaman vəsaitin 29 mini ABŞ dolları şəklində, qalan hissəsi isə Azərbaycan manatı ilə olub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.04.2019
23.04.2019