Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Müəllim şagird nisbətində yeni metodologiya tətbiq olunacaq
Tarix: 12.02.2019 | Saat: 18:15:00
Bölmə:KİVDF | çapa göndər

Nazirlər Kabineti tərəfindən bununla bağlı yeni metodologiya təsdiq edilib

Nazirlər Kabineti “Müəllim-şagird nisbətinə dair ölkə üzrə göstəricilərin müəyyən edilməsi metodologiyası”nı təsdiq edib. Qeyd edək ki, yeni metodologiya Dövlət Statistika Komitəsinin təklifi nəzərə alınmaqla hazırlanıb.

Bu metodologiya statistik müşahidələrin nəticələri əsasında formalaşan rəsmi statistik məlumatlardan istifadə edilməklə, ümumi təhsilin hər bir səviyyəsi üzrə müəllim-şagird nisbətinin hesablanması üsulunu müəyyənləşdirir. Sənəddə qeyd edilir ki, müəllim-şagird nisbəti ümumi təhsilin hər bir səviyyəsi üzrə şagirdlərin ümumi sayının həmin səviyyə üzrə tədris edən müəllimlərin ümumi sayına nisbəti ilə müəyyən edilir. Ümumi orta təhsil səviyyəsində tədris edən müəllimlər tam orta təhsil səviyyəsində də tədris etdikləri üçün ümumi təhsilin bu səviyyəsində müəllim-şagird nisbətinin hesablanması məqsədi ilə ilk növbədə həmin təhsil səviyyəsində tədris edən müəllimlərin nisbi sayı müəyyən edilməlidir. Bunun üçün ümumi orta təhsil səviyyəsində təhsil alanların sayının həm ümumi, həm də tam orta təhsil səviyyəsi üzrə şagirdlərin ümumi sayında xüsusi çəkisindən istifadə olunur.
Yeri gəlmişkən, statistik məlumata görə, 2013-2014-cü illərdə Azərbaycanda hər 8.5 şagirdə bir müəllim düşürdü. Hazırda isə 10.5 şagirdə bir müəllim düşür.

Məlumat üçün bildirək ki, dünyada hər müəllim payına düşən uşaq sayına görə Braziliya ön sırada yer tutur. Dünyada hər müəllimə düşən şagird sayına Portuqaliya sonuncu yerdədir. Belə ki, Portuqaliyada hər müəllimə 7 şagird düşür. Böyük Britaniya isə hər müəllimə 13 şagird düşür.
Ümumilikdə müəllim –şagird nisbəti bir çox ölkələrdə aşağıdakı kimidir:

Braziliya – 32,1; Çin – 27,6;Cənubi Koreya – 18,2; İndoneziya – 17,4; Finlandiya – 16,5; Türkiyə – 16,4; Hollandiya – 16,4; ABŞ – 15,3; İrlandiya – 14,8; İsveç – 14,4; Sloveniya – 14,1; Almaniya – 13,7; Yeni Zellandiya – 13,5; Böyük Britaniya– 13,4; Yaponiya – 13,1; Danimarka – 12,7; Avstraliya– 12,6; Çexiya – 12,4; Macarıstan– 12; İsrail – 11,7; İsveçrə – 11,6; İslandiya – 10,9; İtaliya – 10,8; Fransa – 10,4; Avstriya – 10,2; İspaniya – 10,1; Belçika – 9,9; Yunanıstan– 9,7; Norveç – 9,2; Portuqaliya – 7,6.
Qeyd edək ki, ayrı-ayrı ölkələrdə müəllimlərin nüfuzunu araşdıran GTSİ təşkilatının ( «Global Teacher Status Index») hesablamalarına görə müəllimlərin ən çox hörmət və nüfuza malik olduğu ölkə Çin Xalq Respublikasıdır. ABŞ və Böyük Britaniya bu siyahıda orta mövqedə ,Cənubi Koreyadan da aşağı yerdə dururlar. Araşdırılma aparılmış 21 ölkə arasında ən aşağı yerdə İsrail yer alır. Bu nəticəyə təşkilatın üzvləri həmin ölkələrdə 1000 nəfər valideyinə "Övladınızın müəllim peşəsini seçməsini istərdinizmi ?” sualının cavablarının yekunu olaraq gəliblər. Belə ki, sorğuda iştirak edən çinli valideyinlərin 75 faizi bu suala “bəli” cavabını veriblər.
TALİS (Teaching and Learning International Survey) təşkilatının araşdırmalarına əsasən isə beynəlxaq təcrübədə müəllimlərin orta çalışma vaxtı həftədə 38 saat müəyyən edilib. Böyük Britaniyada bu rəqəm 8 saat çox ,46 saat təşkil edir. Finlandiyada müəllimlər həftədə 32 saat , İtaliyada isə 29 saat işləyirlər. Dünyada ən çox işləyən Yaponiya müəllimləridir ki, onlar həftədə 54 saat çalışırlar.

Bundan başqa, dünya üzrə müəllimlərin 68 faizini qadınlar təşkil edir ki, onların da orta yaş həddi 48 yaşdır. Qadın müəllimlərin sayına görə Latviya liderdir – 88,7 faiz, ondan sonra Estoniya – 84,5 faiz, daha sonra Sloveniya Respublikasıdır. – 81,8 faiz. Bu göstərici Bolqarıstanda – 81,2 faiz, İtaliyada– 78,5 faiz, Çexiyada – 76,5 faiz, İsraildə – 76,3 faiz, Polşada – 74,9 faiz təşkil edir. Qadın müəllimlərin daha az çalışdığı ölkələr isə 54,6 faizlə Hollandiya, 53,8 faizlə Meksikadır.Bu nəticəyə görə Yaponiya qadın müəllimlərin ən az işlədiyi ölkədir. Burada qadın müəllimlər ,bütün müəllimlərin cəmi 39 faizini təşkil edir.

Orta yaşa görə İtaliya ən yaşlı müəllimlərə malikdir. Bu ölkədə müəllmlərin orta yaş həddi 48,9 yaşdır, Estoniyada bu rəqəm 47,9 , Bolqarıstanda 47,4 yaş həddindədir. Malaziya 38,9 yaş, Əbu-Dabi ( BƏƏ) 38,7 yaş orta hesabla daha gənc müəllimlərə malikdir. Ümumilikdə isə bu siyahıya Sinqapur rəhbərlik edir. Bu ölkədə müəllimlərin orta yaş həddi 36 yaşdır.

Ali təhsil səviyyəsinə görə Avstraliya və Polşa dövlətləri liderdir. Bu ölkələrdə müəllimlərin 99,9 faizi ali təhsillidir.Cənubi Koreyada müəllimlərin 99,8 faizi, Xorvatiyada 82,3 faizi, Çilidə 81,6 faizi, İtaliyada isə 80,5 faizi ali təhsillidir.
Müəllimlərin pedaqoji stajına görə Latviya ən çox stajlı müəllimlərə-22 il malikdir. Bu rəqəm Estoniyada-21,6 il, Bolqarıstanda-21,5, İtaliyada-19,8 il, Portuqaliyada-19,4 il, İspaniyada-18,3 təşkil edir. Ən az stajı olan müəllimlərə isə BƏƏ -12,8 il, İngiltərə-12,4 il və Sinqapur -9,7 il malikdir.

TALİS-in araşdırmalarına görə iş saatlarında yalnız dərs saatlarının tədrisinə görə Çili öndədir-26,7 saat. Bu rəqəm göstərilən ölkələrdə müvafiq olaraq dəyişir. Braziliyada-25,4 saat, Meksikada-22,7 saat, Finlandiyada-20,6 saat, Böyük Britaniyada-19,6 saat, Fransada-18,6 saat təşkil edir. Bu sahədə daha az göstəricilərə Hollandiya-16,9 saat, Ruminiya-16,2 saat, Norveç-15 saat malikdir.TALİS-in araşdırmasına görə, həmin ölkələrin müəllimləri yerdə qalan digər iş saatlarını tədrislə bağlı planlaşdırmaya ( növbəti dərslərə hazırlaşmağa), məktəbin ümuni işlərindəndə iştirak etməyə,şagirdlərlə əlavə məşgul olmağa ,onlara müxtəlif məsləhətlər verməyə,valideyinlərə, rəhbərliyə hesabatların hazırlanıb çatdırılmasına sərf edirlər.

Azərbaycanda mövcud olan müəllim şagird nisbəti ilə bağlı fikirlərini açıqlayan təhsil eksperti Kamran Əsədov bildirib ki, hazırda ölkəmizin 4472 orta məktəbində 1.5 milyona yaxın şagirdə 151 min müəllim dərs keçir: “Amma 2014-cü ilə qədər müəllimlərin sayı 160 mindən çox idi. Lakin burada heç bir ixtisar olmayıb. Bu, optimallaşdırılma nəticəsində mümkün olub. Hesab edirəm ki, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, respublikamızda da bu məsələni rasionallaşdırmaya ehtiyac duyulur. Təhsilin keyfiyyətinin artırılması və yüksək nəticələr əldə olunması üçün rayon mərkəzlərində nümunəvi liseylərin yaradılmasını da vacibdir. Düşünürəm ki, optimallaşdırılma nəticəsində gənc kadrlara şərait yaradılmalı, yaşlı müəllimlərin fəaliyyətinin isə bacarıq və qabiliyyətlərinə görə tənzimlənməsini təşkil etmək lazımdır. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əsas istiqamətlərdən biri də dünya standartlarına uyğun tədrisin sisteminin qurulmasıdır. Hesab edirəm ki, müəllim şagird nisbətinin dünya standartlarına uyğun qurulması maliyyələşdirməyə və təhsilin inkişafına təsir göstərəcək. Ümumiyyətlə, Azərbaycanda müəllim-şagird nisbəti arzu olunandan yuxarıdır.

Buna görə də hesab edirəm ki, gənc kadrların orta ümumtəhsil məktəblərində yerləşdirilməsi üçün təqaüd yaşına çatmış müəllimlərin pedaqoji sahədən uzaqlaşdırılmasını tənzimləyən normativ hüquqi bazanın olmasına ehtiyac var. Artıq 2 ildir ki, şagirdlərin birinci siniflərə qəbulu zamanı ərazi üzrə yaşayış meyarı əsas götürülür ki, bu da sosial ədalət prinsipini qoruyur. Bir çox hallarda valideynlər övladlarını digər ərazilərdə yerləşən məktəblərə yollayırdı ki, bu zaman həmin məktəbin mikroərazisində sıxlıq formalaşırdı”.
K.Əsədov vurğulayıb ki, bu gün ibtidai siniflər üzrə demək olar ki, Bakı şəhərində bütün orta məktəbdə şagirdlərin sayı 35 dən çoxdur: “Bu əlbəttə ki, keyfiyyətə ciddi təsir göstərir. Çünki 45 dəqiqə ərzində müəllim bütün şagirdləri öyrədə, onların bilik və bacarıqlarını yoxlaya bilmir. Nəticədə isə təhsildə keyfiyyət zəifləyir”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.04.2019
23.04.2019