Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Prezidenti tərifləmək qadağan olundu - GÜNÜN TƏZADLARI
Tarix: 12.02.2019 | Saat: 19:20:00
Bölmə:Günün təzadları | çapa göndər

"Özbəkkonsert"in rəhbəri Odil Abdukaxxorov ölkə artistlərini Özbəkistan Prezidenti Şövkət Mirziyoyev haqda mədhedici mahnılar oxumamağa çağırdı. Hafta.az Musavat.com-a istinadla bildirir ki, xəbəri "Azadlıq Radiosu"nun özbək xidməti yayıb. Dövlət idarəsinin başçısı, hansının ki senzurasından bütün özbək artistləri keçirlər, öz yaradıcılıqlarında Mirziyoyevin obrazından istifadə edən müğənniləri tənqid edib: "Hətta prezident özü deyirdi ki, daha onun ünvanına təriflər lazım deyil". "Sonra jurnalistlər, hansılar ki, qaşınmayan yerdən qan çıxarırlar, yazacaqlar ki, guya belə mahnıları hökumətin tapşırığı ilə ifa edirlər. Bu, bizim nəyimizə lazımdır?!" – deyə Abdukaxxorov hiddətlə bildirib. O, əlavə edib ki, “Özbəkistan prezidentinin reklama ehtiyacı yoxdur". Abdukaxxorov təklif edib ki, onlar dövlət başçısının ünvanına tərifləyici mahnılar oxumaq əvəzinə, prezidentin keçirdiyi islahatlara az da olsa töhfə versinlər.

 

ABŞ senatında Tofiq Quliyevin mahnısı səsləndi

Buxara yəhudi konqresinin 20 illiyi münasibətilə ABŞ Senatında təşkil olunan şam yeməyində buxaralı müğənni Rəşid Rubinov məşhur Azərbaycan mahnısı "Yalqızam, yalqız"ı ana dilimizdə ifa etdi. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərdə deyilir ki, bu ifa həmin məclisdə qonaq kimi iştirak edən, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovu o dərəcədə məmnun edib ki, o, yəhudi ifaçıya yaxınlaşaraq onu bağrına basıb. Yəhudi müğənninin bəstəkarımızın mahnısını Azərbaycan dilində oxuması Azərbaycan və yəhudi xalqları arasında möhkəm dostluğun ifadəsi hesab edilib. 

Qeyd edək ki, həmin mahnı Azərbaycanın məşhur bəstəkarı Tofiq Quliyevin populyar əsərlərindən biridir. Mahnının sözlərini görkəmli şairimiz Rəsul Rza yazıb. Onun ilk ifaşısı isə Rəşid Behbudov olub. Sonralar Müslüm Maqomayev, Şövkət Ələkbərova, Lütfiyar İmanov, Rauf Atakişiyev, İran müğənnisi Sami Yusuf, Türkiyə müğənnisi Rafet El Roman və bir çox populyar müğənnilər tərəfindən ifa edilib.


Tramp fars dilində “tvit” yazdı


ABŞ prezidenti Donald Tramp İran hakimiyyətini fars dilində tənqid etdi. Hafta.az Faktor.az-a istinadla xəbər verir ki, o, bu barədə özünün “Tvitter” səhifəsində yazıb. “40 il korrupsiya, 40 il repressiya, 40 il terror. İran rejimi yalnız “40 illik iflas” yaratdı. Uzun müddət əziyyət çəkən İran xalqı daha aydın gələcəyə layiqdir”, - deyə o vurğulayıb.


Qarışqalar qızın qulağından girərək gözündən çıxdı


Hindistanda 11 yaşındakı qız şagirdin gözlərindən qarışqalar çıxdı. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi xəbərdə belə deyilir. Yuxu zamanı kiçik qızın gözünə girdiyi düşünülən qarışqaları təmizləyən həkimlər təəccüb doğuran bir həqiqətlə qarşılaşıblar. Hindistanın Belthangadidəki Nellingeri kəndində yaşayan Aşvini adlı uşağın ailəsi öncə bu duruma çox əhəmiyyət verməsə də, qarışqaların çıxmağa davam etdiyini görüncə xəstəxanaya müraciət edib. Həkimlərin müəyyən etdiyinə görə, qarışqalar uşağın qulağından içəri girib. Xəbərdə, həmçinin, bildirilir ki, müxtəlif dərmanlar yazılaraq evinə göndərilən Aşvininin gözlərindən gündəlik olaraq 5-6 qarışqa çıxmağa davam edir, son 10 gündə isə gözlərindən çıxan qarışqaların sayı 60-a qədər artıb.


Təzə ataların bir aylıq məzuniyyətə çıxa biləcəyi bilindi


Avstriyada yeni ata olan vətəndaşların yaxın gələcəkdə bir aylıq məzuniyyətə çıxa buləcəyi bəlli oldu. Hafta.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu tələblə Avstriyanın vitse-kansleri Haynts-Xristian Ştraxe çıxış edib. Atalıq məzuniyyətindən geri qayıdan Ştraxe keçirdiyi mətbuat konfransında bildirib ki, o, belə bir məzuniyyətin şəxsi hesaba deyil, ödənişli qaydada olmasının tərəfdarıdır. Ailə bağlarını daha da möhkəmləndirməyə xidmət edən bu addım hökumətin ailə siyasətində müsbət amilə çevrilə bilər və ölkə iqtisadiyyatı üçün ciddi xərclər yaratmayacaq. Koalisiya tərəfdaşı Avstriya Xalq Partiyası ilə bu istiqamətdə danışıqların aparıldığını bildirən vitse-kansler Avropa İttifaqı səviyyəsində belə bir qanunun qəbul olunacağını gözləməkdənsə milli səviyyədə bütün ailələr üçün bu istiqamətdə seçim imkanının yaradılmasının vacibliyini bildirib.


Ağstafada 4 təyyarə bombası tapıldı


Fevralın 11-də Ağstafa rayonunun Ceyrançöl qış otlaq sahəsində aviabomba tapıldı. Hafta.az xəbər verir ki, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 4 ədəd təlim məqsədli (içərisində heç bir partlayıcı maddə olmayan) PŞ-50 aviabombaları aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aviabombaların ətrafında 450 kv.m əraziyə yerüstü, 60 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.06.2019
23.06.2019