Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Avropanın ət tükətimi statistikası - Ölkəmizdə ət və ət məhsullarından hansı səviyyədə istifadə edilir?
Tarix: 13.02.2019 | Saat: 15:19:00
Bölmə:Araşdırma Sosial | çapa göndər

Avropada ölkələr üçün adambaşına düşən ət istifadəsinin statistikası açıqlanıb. Statistikada Azərbaycanın da adı yer alıb. Göstərilib ki, bir insanın ət qidası orta hesabla 80 kq olub. Sözügedən statistikada isə Azərbaycanın ətdən istifadəsi adambaşına 31.1 kq göstərilib. Ümümiyyətlə gündəlik ət yeməkləri orqanizm üçün nə qədər lazımdır?

Həkim, ekspert professor Adil Qeybulla hafta.az-a açıqlamasında məsələyə iki prizmadan yanaşdı: birincisi insan üçün gündəlik norma olan protein tələbatı – mal əti, toyuq əti lazımdlır, bunu normaya salmaq mütləqdir. İkincisi insanların da alıcılıq qabiliyyəti olmalıdır ki, bu normanı qoruya bilsin:

“Məqsəd əvəz olunmayan amin turşularını bərpa etməkdir. Amin turşularının əksəriyyəti orqanizmdə yağdan sintez oluna bilir. Amma əvəz olunmayan amin turşularının çatışmazlığı insan orqanizmdə problemlər yarada bilər. Ətə olan təlabat çəkidən, yaş faktorundan da asılıdır. Ona görə də bu məsələni birmənalı demək çətindir. Birinci növbədə onu nəzərə almaq lazımdır ki, Dünya Səhiyyə Təşkilatı neçə il öncə insanların anemiyadan (qan azlığı) əziyyət çəkdiyini qidalanma keyfiyyəti ilə əlaqəli olduğunu deyirdi. Məhz bugün də qidalanma keyfiyyəti məsələsi aktual olaraq qalır. Ət məhsullarının özü də keyfiyyət parametrlərinə görə fərqlənir. Əvvəla broyler toyuqları, musson yağışlarında heyvanların ətinin müxtəlif emal vasitələrindən sonra ölkəyə gətirilməsi və s. Bunlar orqanizm üçün təhlükəlidir. Ət tədarükü ilə bağlı müammalı məlumatları biz tez – tez eşidirk. Artıq ölkədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yaradılıb. Bu agentliyin məsələyə necə yanaşacağı haqda konkret məlumat yoxdur. Görünən odur ki, küçələrdə ət kəsimi və digər texniki məsələlər həll olub. Məsələnin həlli vətəndaşa keyfiyyətli ətin, protein rasionunun çatdırılmasıdır. Qida genefonda bağlı məsələdir. Bəli, siz dediyini məlumat var ki, ona dövlət ciddi yanaşmalıdır. Bu sahədə məlum qurumlar – Kənd Təsərrüfatı Nazirliyi, AQTA, Baytarlıq İdarəsi konkret işlər görməlidirlər. Digər tərəfdən bunu əhalinin alıcılıq qabiliyyətinə bağlamaq lazımdır. Hətta bu məhsulların olması, vətəndaşa çatması hər şeyin həll olunması deyil. Alıcılıq qabiliyyətinin yüksək olması lazımdır”.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə Azərbaycanda əhalinin təlabatına uyğun rasional norma müəyyən olunmadığını deyir:

“Tələbata uyğun olaraq rasional norma müəyyən olunmalıdır. Yəni, belə olan halda adambaşına illik normanı da müəyyən etmək olar. Ölkənin illik təlabatını müəyyən etmək qəliz məsələdir: çünki əhali artımı ilbəil dəyişir. Bütün dünyada isə ortalama bir norma çıxarılır. Qərb ölkələrində bu yüksək səviyyədədir. Onlar həm Dünya Səhiyyə Təşkilatının götürdüyü rəqəmləri, digər tərəfdən özlərinin müəyyən etdikləri rəqəmləri əsas götürürlər. MDB ölkələri minimum istehlak səbətində müəyyən hədd müəyyən edib. Digər tərəfdən adambaşına düşən rasional qida göstəricisi müəyyən edilib. Bunlar çox az bir-birindən fərqlənir. Qazaxısan və Rusiya, Tacikistan da bu göstəriciləri qəbul ediblər. Azərbaycan minimum istehlak səbətində əti 25-31 kq göstərir ki, burada zehni əmək, yaş faktoru və s. nəzərə alınıb. Bunu da mimimum əmək haqqını müəyyən etmək üçün işləyiblər. Mimimum istehlak səbətində olan həddi təəssüflər olsun ki, Dövlət Statisika Komitəsi də norma kimi qəbul edir. Hətta bunu anlayışı olmayan iqtisadçı ekspertlər də norma kimi təqdim edirlər. Ancaq o norma deyil, o minumum həddir. Yerli ət istehsalı tələbatın cəmi 38 faizini ödəyir. Adambaşına təxminən 10 kiloqram toyuq əti, 10 kiloqram mal əti, 10 kiloqram qoyun əti düşür. Halbuki adambaşına tələbat normaya uyğun olaraq 84 kiloqramdır. Biz bunun yalnız 30 kiloqramını təmin edə bilirik”.

Avropanın ətə olan tələbat statistikasını gördükdən sonra sosial sorğu da keçirtdik, maraqlı cavabları sizə təqdim edirik.

Teleqraf.comun əməkdaşı jurnalist Mənsur Rəğbətoğlu: “Yaşadığım evin yanında bir ət dükanı var. Əvvəllər qəssab demək olardı, hər gün dana kəsirdi. Səhərlərin gözünü o qəssabın iri bıçağının tiyəsinin sürətlə boğazına işlədiyi danaların dəhşətli xırıltısına açırdım. Axır vaxtlar isə dana xırıltılarının səsi də, ət almağa gələn insanların ayaqları da bu qəssabın dükanından kəsilib. Bu, balaca bir mənzərədir, amma içində böyük həqiqətləri olan mənzərə... Axır vaxtlar ətli yeməklərə qarşı içimdə qeyri-ixtiyari bir ürəkbulanması olsa da, evdəkilər mənim kimi düşünmürlər. Ət istəyirlər. Buna görə də, almağa məcburuq. Mümkün qədər tələbatı ödəyəcək qədər alırıq”

Əməkdar jurnalist Elnarə Dərziyeva: “ Bəli, üstünlük təşkil edir. Həftə gün ərzində ən azı 3 dəfə ət yeməkləri hazırlayıram. Əsasən toyuq ətinə, yəni ağ ətlərə üstünlük verirəm”.

Mətbua.az-ın müxbiri Sevinc Kərimova: “Həqiqətən ət yeməsəm uzun müddət yadıma düşməz . Nə də canım çəkməz ki, gedim yeyim. Yəni belə sevdiyim yeməklər arasında ət yeməkləri yoxdur”.

Zamilə Rəhimova, müəllimə: “Qida rasionumda çalışıram ət yeməkləri olmasın və ya az olsun. Sevdiyim yeməklər var, içərisində ət yeməkləri çox azdır”.

Lalə Məmmədova, Təhsil Nazirliyində menecer: “Gündəlik qida rasionumuzda ət yeməkləri üstünlük təşkil edir. Ət insan orqanizmi üçün faydalı və vacib qida məhsullarından biri olduğundan gün ərzində 1 dəfə də olsa ət yeməyi ilə qidalanıram. Balıq ətinə isə daha çox üstünlük verirəm”.

Oğuz Ayvaz, şair: “Mənə elə gəlir ki, dünya səhv edir. Bizdən çox ət yeyən millət olar? Harda yeyib-içmək var biz ordayıq. Bu da əlbəttə cəmiyyətdə aqressiyaya, dava-davalaşa şərait yaradır. Mən özüm də ət yeyənəm, ancaq aşırı dozda yemirəm. Gələcəkdə düşünürəm ki, vegeterian olum. Bunu çox istəyirəm. Çoxlu ət yeyən adamlardan həmişə qaçmaq lazımdır. Ailə tanıyırıam ki, hər gün mal əti, qoyun əti yeyirlər. Yaxından ünsiyyət qurmaq olmur bu adamlarla. Bizim cəmiyyət elmlə, ədəbiyyatla yox ət yeməklə fəxr edir, bəh-bəhlə də sosial şəbəkələrdə paylaşır, qürur duyur. Cəmiyyətimizə ətsiz bir gələcək arzulayıram”.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.03.2019
22.03.2019
21.03.2019