Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycan Bolqarıstanla gömrük sahəsində əməkdaşlığı müzakirə edib - FOTO
Tarix: 13.02.2019 | Saat: 20:30:00
Bölmə:Sosial | çapa göndər

 

Dövlət Gömrük Komitəsinin (DGK) nümayəndə heyəti fevralın 11-12 tarixlərində Bolqarıstanda işgüzar səfərdə olub.

DGK-dən hafta.az-a verilən məlumata görə, nümayəndə heyətinə Komitə sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov rəhbərlik edib. Səfər Bolqarıstan Maliyyə Nazirliyinin Milli Gömrük Agentliyinin Baş direktoru Georgi Kostovanın dəvəti ilə baş tutub.

Səfər zamanı Bolqarıstan Gömrük Xidmətinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin görüşü keçirilib. Görüşdə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova da iştirak edib.

Görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İ.Hüseynov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu siyasət və həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, gömrük-biznes əməkdaşlığının inkişafı kontekstində "Yaşıl dəhliz" və digər buraxılış sistemləri kimi yeniliklər və gömrük sistemində aparılan son islahatlardan danışıb.

Azərbaycan və Bolqarıstan arasında əlaqələrin ildən-ilə inkişaf etdiyini bildirən İ.Hüseynov, o cümlədən iki ölkənin gömrük xidmətlərinin qarşılıqlı əməkdaşlığının önəmindən bəhs edib. Ümumi Tranzit Proseduru haqqında Konvensiya və Mallarla Ticarətdə Sənədləşmənin Sadələşdirilməsi haqqında Konvensiyaya qoşulma, eləcə də Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiqinə hazırlıq çərçivəsində Bolqarıstanın bu sahədə təcrübəsinin Azərbaycan üçün maraq kəsb etdiyi bildirilib.

BolqarıstanMaliyyə Nazirliyinin Milli Gömrük Agentliyinin Baş direktoru Georgi Kostova iki ölkənin gömrük orqanları arasında səmərəli əlaqələrdən söhbət açıb, Bolqarıstan tərəfinin öz təcrübəsini bölüşməyə daim hazır olduğunu deyib.

Görüşdə, eyni zamanda, 2019-2020-ci illər üçün Ümumdünya Gömrük Təşkilatının Avropa regionu üzrə sədr müavinliyinə seçkilər, gömrük işi sahəsində risklərin idarə edilməsi, Avropa İttifaqında elektron ticarətin aparılması zamanı rüsum və vergilərin toplanması qaydası, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, gömrük işi sahəsində hüquqpozmalar və ümumi maraq kəsb edən digər məsələlər müzakirə olunub, əməkdaşlığın daha səmərəli həyata keçirilməsi üçün bəzi razılıqlar əldə edilib.

Səfər zamanı Azərbaycan Gömrük Xidmətinin nümayəndə heyəti həmçinin Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) praktiki tətbiqi baxımından Bolqarıstan-Serbiya sərhədində yerləşən “Kalotina” sərhəd-gömrük buraxılış məntəqəsinin fəaliyyətilə də tanış olub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.03.2019
25.03.2019
24.03.2019